Mənhəcin əsasları

Titulo

20.04.2015

Terrorizmin fəsadı, sui qəsd hadisələri və şər əməl işləyənlərin ifşası

XƏVARİC QULDURLARI (TERRORİSTLƏRİ) FƏRQ QOYMADAN MÜSƏLMANLARI VƏ QEYRİ-MÜSƏLMANLARI QƏTL EDİRLƏR
Həqiqətən, Riyad şəhərində baş verən özünü intihar, partlayış hadisələri və dağıntılar, 2003-cü ilin əvvəlində Məkkə və Mədinədə aşkar olunan silah və partlayıcı maddələr səbəbilə meydana gələn hər cür (fəsad) sözsüz ki, bundan cavabdehlik daşıyanların şeytan tərəfindən aldanmasının, həddini aşmaqlarının və şeytanın onlara ekstremizmi gözəlləşdirməsinin nəticəsidir. Baş verən bu hadisələr cinayətlərin ən ləyaqətsizi və yer üzündə fitnə fəsaddır. Bundan da daha biabırçı olanı isə budur ki, şeytan bu əməlləri yerinə yetirən insanlarıa əməllərini gözəlləşdirərək etdikləri bu əməllərinin cihad olduğunu təlqin edir.

Elə isə, hansı dərrakə və dinə görə sui-qəsd, müsəlmanları öldürmək və qeyri müsəlmanlardan müqaviləyə əsasən əhd altında olanları öldürmək, əmin-amanlıqda yaşayan insanları qorxutmaq, qadınları dul etmək və uşaqları yetim qoymaq, içində olan hər bir şey ilə birlikdə binaları dağıtmaq cihad sayılar bilər ki!? (Şeyx Abdul Muhsin Al Abbad, Səudiyyə Ərəbistanı).
Həmçinin, eynilə London, Madrid və digər yerlərdə baş verən bu cür terror aktları cihad sayıla bilməz. İslam dini bu cür şərrli, mənfur əməllərdən və onu edən cinayətkarlardən uzaqdır. Hətta bundan cavabdehlik daşıyan kəslər özlərinin müsəlman olduqlarını və islam dinini, müsəlmanları dəstəklədiklərini iddia etsələr belə. Həqiqətən də, islam dini yalnız tək bir Yaradana, Ruzi verənə, səmaların və yerin Rəbbinə, Nuh əleyhissəlamdan başlayaraq İbrahimə, Musaya, İsaya və Muhəmmədə kimi bütün rəsulları insanlara qarşı Özü tərəfdən bir rəhmət olaraq göndərən Allaha ibadət etməyə çağırır.. Bu peyğəmbərlər yer üzündə fitnə-fəsad yaratmaq və viran etmək, xaraba qoymaq üçün deyil, əksinə bəşər övladını yalnız bir olan Rəbblərinə ibadət etməyə və Ona heç bir şeyi şərik qoşmamaq üçün göndərilmişdir.
MÜSƏLMANI ÖLDÜRMƏK
Allah təala buyurur: "Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar! (Ən-Nisə 4:93)
Şeytanın bu ekstremistlərə qarşı işlətdiyi hilələrdən də biri şəhvətlərə, havalara tave olmağı, öz başçılarına və onların şərrli, batil anlayışına tabe olmağı onlar üçün gözəlləşdirməsidir. Şeytan onları elm əhlinə baş vurmaqdan çəkindirir ki, elm əhli onları maarifləndirə bilməsin və düzgün görüşə doğru onları istiqamətləndirməsin. Nəticədə onlar xətalı fikirlərində və zəlalətlərində qalmağa davam edirlər. Qüvvət və İzzət sahibi Allah buyurur: Əgər sənə (sənin bu təklifinə) cavab verməsələr, bil ki, onlar öz nəfslərinə uymuşlar. Allahdan bir dəlil (hidayət) olmayınca öz nəfsinə uyandan (Rəbbinə şərik qoşandan, küfr edəndən) haqq yolu daha çox azmış kim ola bilər?! Allah zalım tayfanı doğru yolda müvəffəq etməz! (Əl-Qəsəs 28:50)
Allah Rəsulu sallallahu aleyhi və səlləm buyurmuşdur: "Bu dünyanın məhv olması Allahın dərgahında bir müsəlmanın üzrlü bir səbəb olmadan öldürülməsindən daha dəyərlidir. Hətta səmanın və yerin bütün camaatı bir möminin ölümündə iştirak etsələr, Allah onların hamısını cəhənnəmə atardı".
QEYRİ-MÜSƏLMANI ÖLDÜRMƏK
Eynilə, qeyri-müsəlmanı öldürmək də haramdır. Həqiqətən, bu barədə şiddətli xəbərdarlıq gəlmişdir. Allahın Rəsulu sallallahu aleyhi və səlləm demişdir: Hər kim müqavilə altında olan bir kəsi öldürərsə, o kəs cənnətin iyini hiss etməyəcəkdir. Halbuki, onun iyi qırx illik piyada məsafədən hiss oluna bilər". Deməli, buradan qəsd olunan məna müsəlmanlar ilə müqavilə (əhd) bağlayan hər bir kəsdir. Fərqi yoxdur, istər pul ödəməklə müsəlman ölkəsində qalmaq üçün müqavilə bağlayan və yaxud müsəlman hakim ilə sülh müqaviləsi bağlayan və yaxud müsəlmanlar tərəfindən əmin amanlıq verilən kəs olsun. Bu cür insanlara zərər vermək haramdır, qadağandır. Bura müsəlman ölkələrində, həmçinin öz ölkələrində çalışan işçilər də daxildir. Həmçinin müsəlman ölkələrinə diplomatiya, ticarət və qarşılıqlı sövdələşmələrin digər növləri ilə əlaqədar səfər edən kəslər də daxildir.
MÜASİR TERRORİZMİN MƏNBƏYİ, ƏSLİ XƏVARİC İDEOLOGİYASIDIR.
Hər kim müsəlmanların ölkəsində onlara rəhbərlik edən başçıya qarşı çıxarsa, o zaman o kəs "Xəvaricdir". Fərqi yoxdur bu qarşıçıxma Peyğəmbərin sallallahu aleyhi və səlləm səhabələrinin dövründə rəşidi xəlifələrə qarşı və yaxud onlara tabe olanlara qarşı və hər bir əsrdə rəhbərlərə qarşı olsun. (Bax əl-Miləl vən Nihəl Əş Şəhristəni).
Ey oxucu! Özünüz də şahid olursunuz ki, hər bir Xəvaricdə bu dövrdə müsəlman ölkələrinin rəhbərlərinə qarşı həddindən artıq nifrət hissi var. Onlar qan tökməyə, öldürməyə və bu hökumətlərin taxtdan salınmasına dəvət edirlər. Hökumət aparatında işləyən hər bir kəsi mürtəd, kafir sayırlar və bu hökumətlərə qarşı çıxmayan hər bir kəsə kafir ləqəbi tətbiq edirlər. Beləcə, buradan açıq-aydın görmək olur ki, xəvariclər öz düşmənçiliklərində müsəlmanlar ilə qeyri-müsəlman ölkələri arasında fərq qoymurlar, bərabər yanaşırlar. Xəvariclər öz ideologiyalarına müsəlman hökumətərini kafir rejim adlandırmaqla, daha sonra isə vəhşi inqilab və öldürməklə onları taxtdan salmağa davam edirlər. Bütün müsəlmanlara vacibdir ki, bu ideologiyalara qarşı birgə etirazlarını ifadə etsinlər və mübarizə aparsınlar.
İSLAMIN TERRORİSTLƏRƏ QARŞI MÜBARİZƏSİ
Tək bir Yaradıcıya, Allaha ibadət edən və Peyğəmbərin sallallahu aleyhi və səlləm, onun səhabələrinin yolu ilə irəliləyən sələflərimiz etiqadına görə xaricilər (xəvaric sözünün tək şəkli) batil, xarab əqidənin tərəfdarlarıdır və dinə fəsad gətirmişdirlər və (məsələlərə baxışlarında) anlayışlarında müsəlmanların icmasından ayrılmışdırlar. Əvvəlki müsəlmanlar (sələflərimiz) onların zülmlərini və ədalətsizliyini qaldırmaq üçün bu tayfa ilə vuruşmuş, mübarizə aparmışdırlar. Peyğəmbər sallallahu aleyhi və səlləm sağ olsaydı, o da həmçinin onlarla vuruşardı. Necə ki, bunu özü səhih hədisdə buyurur:
"Onlar meydana çıxdıqları zaman onlara çatmış olsaydım (yəni xəvariclərə) onları Ad qövmünün həlak edildiyi kimi həlak edərdim". Ad qövmü Qurani Kərimdə bildirildiyi kimi, mənfur, şər əməllərinə görə cəza olaraq təbii fəlakət nəticəsində məhv edilmiş bir tayfa idi".
Sələflərin bu barədə rəy və görüşləri Səudiyyə Ərəbistan Krallığının keçmiş müftisi İbn Bəzz tərəfindən müxtəsər şəkildə ifadə edilmişdir. Şeyx Riyadda baş verən terror aktları barəsində buyurur:
"Şübhə yoxdur ki, bu cür əməlləri yalnız Allaha və yaxud Axirət gününə inanmayan kəslər yerinə yetirilə bilər. Allaha və yaxud axirət gününə düzgün və sağlam etiqadla iman gətirən kəslərin bu cür cinayətkar, murdar, mənfur, alçaq əməlləri etdiyinə rastlamaq qeyri-mümkündür. Bunun nəticəsində böyük zərər və fəsad baş vermişdir. Bu cür əməlləri yalnız nəfsləri, ruhları düşmənçilik, paxıllıq, qısqanclıq, şərr, fitnə ilə dolu, Allaha və Onun Rəsuluna iman gətirməyən alçaq, rəzil ruhlar işləyə bilər. Allahdan bağışlanma və əmin-amanlıq istəyirik!".
Həmçinin şeyx buyurmuşdur: "Şübhə yoxdur ki, bu əməllər cinayətlərin ən böyüklərindən və yer üzündə fitnə-fəsad yaratmağın ən böyük növlərindəndir. Bu cür əməllər edən kəslər öldürülməyə, etdikləri bu böyük günahdan dolayı həbs olunmağa daha layiqdirlər. Allahdan istəyirik ki, Allah onların cəhdlərini puç etsin, onların və onlara oxşayanların əl qollarını bağlasın, bizləri onların şərrindən və onlar kimilərinin şərrindən xilas etsin, onların hilələrini tamamilə dağıtsın. Həqiqətən də O çox Uca, İzzətli və Səxavətli, Mərhəmətlidir.(İbn Bəzzin fətvalar toplusundan).
Böyük müsəlman alimi Vahab ibn Munabbih hələ min il bundan əvvəl bildirmişdir:
"Xəvariclər nə vaxt vahid bir dəstə halında olmuşdurlar, Allah təala onları bundan da daha pis vəziyyətə salmış, parçalamışdır. Nə zaman ki, onlardan hər hansı biri ağzını açmışdır, Allah onun boynunu əzmişdir. Müsəlmanlar heç zaman xəvariclərdən bir kişinin rəhbərliyi altında birləşməmişdir. Allah təala xəvariclərə səlahiyyət, ixtiyar versəydi, o zaman dünya mütləq fəsada uğrayar, dağılardı, yollar bağlanar və həcc ziyarətinə son qoyulardı. O halda, bir zamanlar mövcud olan İslam dini barbar cahilliyi kimi sona çatardı. Ta ki, insanlar islamdan əvvəlki cahiliyyə dövründə etdikləri kimi dağların başına çıxıb orada dolanaraq yalvarardılar. O zaman onların arasından on və yaxud iyirmidən çox kişi ayağa qalxaraq hər biri düzgün, saleh rəhbər olduğunu iddia edərdilər. Onlardan hər biri on min döyüşkən kişiyə sahib olar, bir-biri ilə döyüşər və biri digərinin küfrünə şahidlik edərdi. Mömin kişi öz nəfsi, dini, qanı, ailəsi və malı üçün qorxardı". (Dəməşq tarixi, cild.18).
Sui-qəsd insanın özünü qəsdən istənilən bir vasitə ilə öldürməsidir. Bu qadağandır və böyük günahlardan sayılır. Bəzi insanların özlərinə partladıcılar bağlayıb kafirlərə yaxınlaşaraq onların arasında partladıcıları işə salmasına gəldikdə, bu da sui-qəsd sayılır. Bundan Allaha sığınırıq. Ona görə də, hər kim özünə qəsd (intihar) etsə, o cəhənnəm atəşinə məhkum olacaqdır, orada əbədi qalacaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur: Kim özünü dəmir silahla öldürsə, o zaman silah onun əlində qalacaq və cəhənnəm odunda əbədi olaraq, həmişə o kəs dayanmadan həmin silahı öz qarnına soxacaqdır".
Bu insan özünü öldürmüşdür və islam dininə fayda verməmişdir. Əgər o özünü və özü ilə yanaşı on və yaxud yüz, və yaxud iki yüz başqa insanı öldürərsə, o zaman onun bu əməli ilə islam dininə bunun heç bir faydası olmayacaqdır. Çünki insanlar islamı qəbul etməyəcəklər. Əksinə, bu əməllər müsəlmanlara qarşı onların düşmənlərini daha qətiyyətli edəcəkdir və bu əməl onların qəlblərində o dərəcəyə qədər kin və hirs doğuracaqdır ki, o insanlar müsəlmanları viranə qoymaq üçün fürsət axtaracqdır. Buna yəhudilərin fələstin camaatı ilə etdikləri əməllərdə şahid oluruq-fələstinlilərdən biri özünü partladanda altı və yaxud yeddi nəfər öldürürsə, daha sonra əvəzində yəhudilər altmış və yaxud daha çox müsəlmanı öldürürlər. Gördüyünüz kimi bu əməllər müsəlmanlara heç bir fayda gətirmir və partladıcı maddələrin partladığı kəslərə də bir fayda vermir. Ona görə də biz bildiririk ki, bu cür sui-qəsd partlayışlarını edən insanlar özlərinə zülm edərək sui-qəsd etmişdirlər və onların bu əməlləri onların cəhənnəm oduna girməsini vacib edir. Bundan Allaha sığınırıq. Həmçinin bu insan şəhid deyildir (Şeyx Useymin, Səudiyyə Ərəbistanı).
(Ya Rəsulum!) De: Özünüzü öldürməyin! Həqiqətən, Allah sizə qarşı mərhəmətlidir! (3:29). Zərrə qədər düşüncəsi, dərrakəsi olan hər bir kəsə məlumdur ki, təyyarələri, uşaqları oğurlamaq və buna bənzər əməllər son dərəcə böyük cinayətlərdir. Tamamilə başqa bir şeydir. Onların zərərli, şərrli təsirləri çox genişdir. Çünki bunda böyük zərər var və insanların rahatlçılıqları, əmin- amanlıqları pozulur. Bunun tam zərərini isə Allahdan başqa heç kəs bilmir. Bu cür cinayətlərin təsirində heç bir şübhə yoxdur: ona görə də alimlər arasında məsul şəxslərə və digərlərinə vacibdir ki, bu cür məsələlərə böyük diqqət yetirsinlər və bu cür şərrə son qoymaq üçün böyük cəhdlər göstərsinlər.
SUİ-QƏSD HADİSƏLƏRİ TAMAMİLƏ QADAĞANDIR.
Bilin ki, bu xəvariclər müsəlmanlara zərərlidir, zərər verəndirlər. Çünki onlardan çox müsəlmanlara zərər vuran heç bir kəs yoxdur, nə yəhudilər, nə də nəsranilər. Çünki onlar öz rəyləri ilə razılaşmayan hər bir müsəlmanı, onların qanlarını, malını, uşaqlarını öldürməyi halal görməklə, müsəlmanları kafir hesab etməklə öldürməyə çalışmışdırlar. Həmçinin onlar cahillikləri, azmaqlarına səbəb olan zəlalətlərindən dolayı bu cür əməllərin ibadət olduğunu hesab edirdilər. Bu məsələ əsrlər boyunca bir çox dahi sələf alimləri tərəfindən qeyd olunmuşdur. (Baxın İbn Teymiyyə Minhəc əs-Sunnə əsəri).
QƏRBDƏ YAŞAYAN MÜSƏLMANLARA QIZIL NƏSİHƏT
Böyük alim Şeyx Useymin demişdir: "Üzərimizdə haqqı olan müsəlmanlara və qeyri-müsəlmanlardan aramızda əmin-amanlıq, qorunma müqaviləsi olanların haqqlarına hörmət etmək üçün sizləri dəvət edirəm, sizlərə üz tuturam. Yaşadığınız ölkələr sizlərlə (müsəlmanlarla) onlar (qeyri-müsəlmanlar) arasında müqavilə (əhd) olan ölkələrdir. Əgər dediyimiz kimi olmasaydı, onlar (qeyri-müsəlmanlar) sizi (müsəlmanları) öldürərdi və sizləri ölkələrinizdən çıxarardılar. Ona görə də bu müqaviləni (əhdi) qoruyun, bunda sadiq olun və xainlik etməyin, çünki xainlik münafiqlərin əlamətidir və möminlərin yollarından deyil. Bilin ki, Peyğəmbərdən sallallahu aleyhi və səlləm səhih olaraq belə buyurduğu rəvayət edilmişdir:"Hər kim əmin amanlıq əhdinə alınan bir kəsi öldürsə, cənnətin iyini hiss etməyəcəkdir".
Ona görə də, avam insanların o cür sözlərinə aldanmayın, o kəslər ki: "O insanlar müsəlman deyil, ona görə də onların malları bizə halaldır və onların qanı bizə halaldır" deyirlər. Allaha and olsun ki, bu yalandır! Allahın dininə qarşı böhtan, yalan və islam cəmiyyətinə qarşı yalandır. Ona görə də, biz "bizimlə aralarında müqavilə (əhd) olan kəslərə qarşı xainlik etmək olar" (onlar kimi) demirik. Ey qardaşlarım! Ey cavanlar! Ey müsəlmanlar! Alış- verişinizdə, icarəyə aldıqda, icarəyə verdikdə, bütün qarşılıqlı sövdələşmələrinizdə sadiq olun, doğru olun. Çünki doğruluq möminlərin xüsusiyyətlərindəndir. Allah təala doğruluğu əmr etmişdir:
"Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin! Sadiqlərlə bərabər olun" (Əhzab,)
Peyğəmbər sallallahu aleyhi və səlləm buna təşviq etmişdir və demişdir: "Doğruluqan tutun, çünki doğruluq yaxşılığa, yaxşılıq da cənnətə aparır və insan doğru olmağa davam edir və doğru olmaq üçün çalışır ta ki, Allahın dərgahında doğru insan kimi yazılır". Həmçinin yalandan çəkindirmişdir: "Yalandan çəkinin,həzər edin. Çünki yalan pisliyə aparır və pislik də cəhənnəmə aparır. İnsan yalan danışmağa davam edir və yalan danışmağa çalışır ta ki, Allahın dərgahında böyük yalançı yazılır".
Ey müsəlman qardaşlarım! Ey cavanlar! Qardaşlarınıza, yanaşı yaşadığınız qeyri-müsəlmanlara qarşı sözünüzdə doğru olun ki, əməlləriniz və sözləriniz ilə İslam dininə ixlasla dəvət edənlərdən olasınız. İslamı ilk dəfə qəbul edən nə qədər insan müsəlmanların davranışı və əxlaqı və alış-verişlərinin doğru olduqlarına görə dini qəbul etmişdir. (Şeyx Useymin, Səudiyyə Ərəbistanı)


Blogger tarafından desteklenmektedir.