Mənhəcin əsasları

Titulo

11.09.2016

Cümə, bayram və cənazə namazları

Cümə namazı iki xütbə və iki rükət səslə qılınan namazdan ibarətdir. Bu namazdan yalnız sonra (daima) iki və ya dörd (iki-iki) rükət sünnə namazı qılmaq olar.

Cümə namazının fəziləti barəsində Uca Allah belə buyurur:
"Ey iman gətirənlər! Cümə günü namaza çağrıldığınız zaman Allahı zikr etməyə tələsin və alış-verişi buraxın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!" ("əl-Cumuə", 9).

Əbu Hüreyrə  rəvayət edir ki, "Peyğəmbər - səllallahu aleyhi və səlləm - dedi:
"Cənabət qüslü (kimi qüsl) edib, cümə gününün ilk saatında məscidə gedən şəxs bir dəvə, ikinci saatında gedən bir öküz, üçüncü saatında gedən bir qoç, dördüncü saatında gedən bir xoruz, beşinci saatında gedən isə bir yumurta qurban etmiş kimidir. İmam minbərə çıxdıqda isə artıq mələklər onun xütbəsini dinləyər""
"Cümə namazını qılmaq yalnız aşağıdakı sifətlərə malik olan şəxsə vacibdir:

* Kişi olmalı (qadın müstəsnadır);
* Azad insan olmalı (qul, dustaq və s. azad olmayan müstəsnadır və yalnız icazə verildiyi zaman onlara Cümə namazına getmək vacibdir);
* Mükəlləf- həddi-büluğa çatmış, ağıllı olmalı (uşaq və ruhi xəstə müstəsnadır);
* Müsəlman olmalı (kafir müstəsnadır);
* Yaşadığı yerin vətəndaşı olmalı (müsafir və müvəqqəti qeydiyyatda olan sakin müstəsnadır);
Müstəsna olan şəxslərin (kafir və ruhi xəstədən başqa) Cümə namazına getməsi müstəhəbdir."
Cümə namazında olanların sayı üç və daha çox olmalıdır. Üç nəfərdən az Cümə namazı qılmaq olmaz.
Cümə namazının ikinci rükətinin rükusuna və ondan əvvəl namaza yetişən şəxs Cümə namazını qılmış sayılır, ikinci rəkətin rükusundan sonra namaza yetişən şəxs isə Cümə namazına gecikmiş hesab olunur və o Zöhr namazını qılmalıdır.


Bayram namazı

İslam dinində yalnız iki bayram mövcuddur ki, bunlar da "Fitr (Oruc)" və "Ədha (Qurban)" bayramlarıdır. Digər bayramlar isə dində olmayan adət-ənənədən hesab olunur.
"Fitr"- Orucu dayandırma, nəhayət vermə deməkdir.
"Ədha"- Qurban vermək deməkdir.
Bayram namazı iki rükət, səslə qılınan namaz və iki xütbədən ibarətdir. Bu namazdan nə əvvəl nə də sonra sünnə namazı qılınmır.
Bayram namazlarını qılmaq hər bir həddi-büluğa çatmış, ağıllı olan müsəlmana fərzdir.
Bayram namazını qılmaq müsafir və müvəqqəti qeydiyyatda olan sakinə fərz deyildir.
Bayram namazından əvvəl azan və iqamə vermək sünnəyə müxalifdir.
"Allahu əkbər, Allahu əkbər, lə iləhə illəllah, Allahu əkbər, Allahu əkbər və liləhi-l-həmd" zikrini hər kəs bayram günü camaatla (xorla) deməmək şərtilə təkrarlamalıdır.
Bayram namazının vaxtı: Günəş üfüqdən bir nizə hündürlüyündə təxminən bir metrə qalxdıqdan sonra (yəni, təqribən günəş çıxdıqdan on beş dəqiqə sonra) günəş səmanın ortasına (zenitə) yüksəlməsindən bir az əvvələdək (təqribən on dəqiqə qabaq).

Bayram namazının qılınması

1. Birinci rükətdə ehram təkbirini edib, "istiftah" duasını oxuduqdan sonra altı dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək, sonra isə digər fərz namazlarında olduğu kimi həmin rükəti tamamlamaq.
2. İkinci rükətə qalxdıqdan sonra isə beş dəfə əlləri çiyinlər səviyyəsinə qaldıraraq təkbir etmək və həmin qaydada o rükəti təşəhhüd və salamlarla tamamlamaq lazımdır.


CƏNAZƏ NAMAZININ QILINMASI

1. Cənazə namazında birinci təkbirdən sonra Fatihə surəsi oxunulur;
"Əuzu billəhi minə-ş-şeytani-r-racim" deyərək ("Lənətlənmiş şeytandan Allaha sığınıram"),
"əl-Fatihə" surəsini oxunulur:
"Bismilləhi-r-rahməni-r-rahim. Əlhəmdu lilləhi rabbi-l-aləmin. Ər-rahməni-r-rahim. Məliki yaumi-d-din. İyyəkə nəbudu və iyyəkə nəstəin. İhdinə-s-sıratal-l-mustəqım. Sırata-l-ləzinə ənamtə aleyhim, ğeyri-l-məğdubi aleyhim və lə-d-dallin"

("Rəhimli, Mərhəmətli Allahın adı ilə! Həmd olsun Allaha - aləmlərin Rəbbinə, Rəhimli, Mərhəmətli olana, din (qiyamət) gününün sahibinə! Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik! Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və azanların yoluna yox!").
2. İkinci təkbirdən sonra Peyğəmbərə - səllallahu aleyhi və səlləm - salavat oxunulur
"Allahummə salli alə Muhəmmədin və alə əli Muhamməd, kəmə salleytə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid, və barik alə Muhəmmədin və alə əli Muhamməd, kəmə bəraktə alə İbrahimə və alə əli İbrahimə innəkə həmidun məcid!"
("Allahım! Məhəmmədə və onun ailəsinə də İbrahimə və onun ailəsinə xeyir-dua verdiyin kimi xeyir-dua ver!").
3. Üçüncü təkbirdən sonra vəfat edən şəxs üçün dua oxunulur;
4. Dördüncü təkbirdən sonra bir və ya hər iki tərəfə salam verməklə namaz tamamlanır;
Vəfat edən şəxs üçün oxunan dua:
"Allahummə-ğfir li hayyinə və meyyitinə, və şahidinə və ğaibinə, və sağirinə və kəbirinə, və zəkərinə və unsanə! Allahummə mən əhyəytəhu minnə fə əhyihi alə-l-isləmi, və mən təvaffəytəhu minnə fətəvaffəhu alə-l-iymən" ("Allahım, dirilərimizi də, ölülərimizi də, burada olanlarımızı da, olmayanlarımızı da, kiçiklərimizi də, böyüklərimizi də, kişilərimizi də, qadınlarımızı da bağışla! Allahım, bizlərdən yaşatdığını müsəlman kimi yaşat, öldürdüyünü də imana gətirib öldür!")
"Allahummə-ğfir ləhu vər-həmhu və afihi vafu anhu, və əkrim nuzuləhu və vassi mudxaləhu, vəğ-silhu biməin və səlcin və bəradin, və nəqqihi minə-l-xataya kəmə yunəqqa-s-səubu-l-əbyadu minə-d-dənəsi, və əbdilhu dəran xayran min dərihi və əhlən xayran min əhlihi və zəucən xayran min zəucihi, və ədxilhu-l-cənnətə və əizhu min azəbi-l-qabri və azəbi-n-nər!" ("Allahım, onu bağışla, ona rəhm et, onu günahlarından uzaqlaşdır, onun günahlarından keç, yeni məskunlaşdığı yerini onun üçün şərəfli et, daxil olduğu qəbrini genişlət, onu su, qar və dolu ilə yu, onu günahlarından ağ paltar kirdən təmizlənən kimi təmizlə, onun evinin əvəzinə daha xeyirli ev, ailəsinin əvəzinə daha xeyirli ailə, zövcəsinin əvəzinə daha xeyirli zövcə ver! Onu Cənnətə daxil et, ona qəbr əzabından, Cəhənnəm odunun əzabından qorunmaq üçüün Öz yanında sığınacaq ver!")
* Qadın üçün dua etdikdə: "hu, hi" bitişən əvəzliklərinə müvafiq olaraq "hə" bitişən əvəzliyi ilə dəyişmək lazımdır.
* İki nəfər üçün dua etdikdə: "hu, hi" bitişən əvəzliklərinə müvafiq olaraq "humə, himə" bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
* İkidən çox kişilər üçün dua etdikdə: "hu, hi" bitişən əvəzliklərinə müvafiq olaraq "hum, him" bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
* İkidən çox qadınlar üçün dua etdikdə: "hu, hi" bitişən əvəzliklərinə müvafiq olaraq "hunnə, hinnə" bitişən əvəzlikləri ilə dəyişmək lazımdır.
Cənazə namazını camaatla qılmaq əfzəldir. Lakin qeyd etmək lazımdır ki, ölən şəxs dəfn olunduqdan sonra qəbrinin önündə üzü qibləyə dayanıb, onun cənazə namazını qılmaq olar.
Kişiyə cənazə namazı qılınarkən imam onun baş tərəfində, qadına cənazə namazı qılınarkən isə onun tən orta istiqamətində dayanmalıdır.
Cənazə namazının qılınması üçün heç bir vaxt məhdudiyyəti yoxdur.
Blogger tarafından desteklenmektedir.