Mənhəcin əsasları

Titulo

19.02.2016

Günümüzdə sünnənin qəribliyi

Sünnənin qəribləşməsinə dəlil olaraq islami jurnalların birində yazılmış məqaləni qeyd etmək olar. Orada belə bir sual verilir: "Quyamət günü heyvanlar diriləcəklərmi?" Cavab isə belə olmuşdur: "İmam əl-Alusi təfsirində demişdir: "Bu haqda Quran və sünnədən heç bir dəlil yoxdur. Dirilənlər yalnız insanlar və cinlər olacaqlar".".

Bu, həmin suala verilən cavabdır. Bu çox qəribə və təəcüblüdür. Indiki vaxtda bəzi elm adamlarının bildikləri və yetişdikləri elmi səviyyə budur. Əslində bu məsələ haqda bir neçə səhih hədis vardır. O hədislərdə, heyvanların da həşr olunacaqları, birinin digərindən öz qisasını alacağı qeyd olunur. Belə hədislərdən Müslimin səhih kitabında qeyd etdiyi rəvayətdir: "(O gün) Hamının haqqları öz sahiblərinə qaytaracaqdır. Hətta buynuzlu qoçdan buynuzsuz qoçun qisası da alınacaqdır". Digər rəvayətlərdə deyilir ki, kafir qiyamətin bu şiddətini gördükdə: "Kaş ki mən də torpaq olaydım" deyəcəkdir:
Indi isə sizə xələf alimlərinin sünnəyə müxalif olaraq qoyduqları qayda və qanunların bəzilərini xatırladım.

1. Bəzi kəlam alimləri deyirlər: Əhəd (yəni, bir nəfərdən eşidilən) hədislər əqidədə qəbul olunmur. Hətta günümüzdəki bəzi islam dəvətçiləri deyirlər ki, əhəd hədisləri əqidə məsələlərində qəbul etmək olmaz və bu haramdır.

2. Məzhəblərin özləri üçün qoyduqları bəzi qanunlar:
a. Qiyası əhəd hədislərdən üstün tutmaq.
b. Qaydalara zidd olan əhəd hədislərin rədd olunması.
c. Quranda deyilən hansısa hökmə hədisdə əlavə edilməsini, bu nəsx olunub (hökmü ləğv olunub) deməklə rədd etmək. Çünki onlara görə hədis Quranı nəsx edə bilməz.
d. Ziddiyyət olduqda ümumi dəlilləri xüsusi dəlillərdən önə çəkmək. Yaxud, "Əhəd" hədislə Quranın ümumi ifadəsini xüsusiləşdirməyə icazə verilməməsi.
e. Mədinə şəhərinin əhalisinin rəyini səhih hədisdən üstün tutmaq.

3. Təqlid etmək və onu özünə məzhəb seçmək.

Mənim toplayıb oxucuya çatdırmaq istədiyim bunlar idi.

Əgər doğru demişəmsə bu Allahdan, səhv demişəmsə nəfsimdəndir. Allah bizi hər bir çirkin əməldən qorusun!

Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Blogger tarafından desteklenmektedir.