Mənhəcin əsasları

Titulo

24.02.2016

Həya

Həya, nəfsin hər hansısa bir şeyi onda qüsur olduğundan ehtiyat edərək tərk etməsidir. Salim bin Abdullah bin Ömərin öz atasından (Allah hər ikisindən razı olsun) rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) bir kişinin öz qardaşına həya barəsində öyüd verdiyini eşidir və ona deyir: "Burax onu! Həya imandandır".

İmran bin Hasinin rəvayət etdiyi hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həya yalnız xeyir gətirər". Əbu Səid əl-Xudri rəsulullahı (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə vəsf etmişdir: "Allahın rəsulu evdəki bakirə qızdan daha həyalı
idi. Əgər bir şey onun xoşuna gəməsəydi, bunu onun sifətindən anlardıq". Əbu Məsud əl-Ənsarinin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "İnsanlara məlum olan peyğəmbərliyin ilk kəlamlarından biri, utanmırsansa, istədiyini et!" Səhih hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "İmanın yetmiş və ya altmışdan çox şöbəsi var. Onların ən fəzilətlisi "Lə ilahə illallah" kəlməsi, ən aşağı olanı isə yoldan bir maneəni uzaqlaşdırmaqdır. Həya da imanın şöbələrindən biridir. Həya imanın ayrılmaz dostudur. Biri harada olarsa, digəri də onunla birgədir. Peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həya imanın dostudur. Əgər biri qalxarsa, digəri də qalxar".
Bəlkə də bu dövrün əksər sosial problemləri həyanın itməsi ilə bağlıdır. Bəzi ölkələrdə inkişaf və mədəniyyət adı altında həya pərdəsi sökülür, haramlar halal bilinir. Bütün bunlar insanların aldadılmasına və azdırılmasına xidmət göstərən yahudi fitnəsidir. İslam isə bu cür şoulardan uzaqdır. Allah taala kişilərin kişilik, qadınların isə qadınlıq xüsusiyyətlərindən irəli gələn təbiətə malik olmalarını istəyir. Hər iki cinsin geyimdə danışıqda, davranışda və görünüşdə bir-birinə oxşadılması Allahın onlar üçün bəxş etdiyi fitrətə qarşı çıxmaq hesab olunur. Həyatın mübtəla etdiyi ən şər əməl fitrətə qarşı getməkdir. Səhih hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Özlərini qadına oxşadan kişilərə və özlərini kişiyə oxşadan qadınlara Allah lənət etsin!" Əbu Hureyrənin rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Qadın paltarı geyinən kişiyə və kişi paltarı geyinən qadına Allah lənət etsin!" "Hər bir dinin əxlaq göstəricisi var. İslamın əxlaq göstəricisi isə həyadır". Başqa bir hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "əxlaqsızlıq olduğu yerə yalnız xələl gətirər. Həya isə olduğu yeri yalnız bəzəyər".
Blogger tarafından desteklenmektedir.