Mənhəcin əsasları

Titulo

19.02.2016

Imam Nəsai a.r.e. və onun "Sünən" əsəri ilə tanışlıq

Rəhimli və mərhəmətli Allahın adı ilə

Imam Nəsai kimdir?

Onun tam adı, Əbu Abdurahman Əhməd ibn Şueyb ibn Əli ibn Bəhr ibn Sinən ən-Nəsaidir. Hicrətin 215-ci ilində Xorasanın məhşur vilayəti olan Nəsədə anadan olmuş və hicrətin 303-cü ilində Fələstində Ramlə şəhərində vəfat etmişdir.
Dəraqutni demişdir: "Əbu Abdurrahman yaşadığı əsrdə bu elimlə məşğul olan hər bir kəsdən daha üstündür."

Hafizlik rütbəsinə ucalmış ibn Yunis deyir: "Nəsai hafiz və sabit bir imam idi."

Rəvayət etdiyi hədislərin dərəcəsi:

Imam Suyuti Nəsainin Sünən əsrinə yazdığı şərhin müqəddiməsində deyir: "Sünən əsəri Buxari və Müslimin "Səhih" adlı əsərindən sonra ən az zəif hədisi və tənqid edilən rəvayətçisi olan kitabdır."

Nəsainin Sünən əl-Muctəbə əsəri:

Nəsai öncə "Sünən əl-kubra" (Böyük Sünən - red.) adı ilə tanınmış əsərini yazmışdı. Onun həcmi çox böyük idi. Sünən Nəsəi adı ilə məşhur olan "Müctəbə" əsəri isə həmin kitabdan seçilmiş hədislərdən ibarətdir. Bəziləri onun adının "Muctənə" olduğunu söyləmişdir.
Müctəbə əsəri fiqhi məsələlərlə yanaşı hədisin sənədlərini də tam dəqiqliklə özündə cəm edir. Imam Nəsai öz kitabını hədislərə uyğun hissələrə (ərəbcə bab - red.) ayırmış və hər bir hissəyə çox dəqiq adlar verilmişdir. O, hədisin müxtəlif isnadlarının hamısını bir yerdə qeyd etmişdir.
Imam Nəsəi kitabında hökmlərlə bağlı (ərəbcə əhkam - red.) hədisləri də toplamış və onları fəsillərə ayırmışdır. Kitabda 58 fəsil vardır. Hər bir fəsil isə hissələrə bölünmüşdür.
Imam Nəsai, Əbu Davud və Tirmizidən fərqli olaraq bəzən zəif hədislərin zəifliyini bəyan etməmiş, rəvayətçilər barəsində tənqid və ya tərif sözlər söyləməmiş və həmçinin müxtəlif məzhəb alimlərinin kəlamlarını nəql etməmişdir.
Əbu Davud, Tirmizi və Nəsainin kitablarında zəif hədisləri qeyd etmələrinə səbəb, bəzi alimlərin və fəqihlərin bu cür hədislərə əsaslanaraq hökm verməsi olmuşdur. Onlar şübhələri aradan qaldırmaq üçün öz kitablarında bu cür hədisləri nəql edərək onların zəif olduğunu bəyan etmişlər.
Imam Nəsai hədisin və rəvayətçilərin seçilməsində onların etibarlı sayılmasında çox sərt bir mövqe tutmuşdur. Onun bu üslubu hamıya bəllidir.

Imam Nəsainin "Sünən" əsərinin şərhlərindən:

1. Cəlaluddin əs-Suyutinin "Zəhrur ribə aləl Muctəbə" əsəri. Suyuti hicrətin 911-ci ildə vəfat etmişdir. Onun bu kitaba yazdığı şərh çox qısadır. O, mənası çətin başa düşülən bəzi kəlmələri izah edərək isnadlarla bağlı heç bir söz deməmişdir.
2. Əbul Həsən Nurəddin Abdulhədi əs-Sindinin haşiyəsi. Sindi hicrətin 1136-cı ildə vəfat etmişdir.
3. Müasir dövrümüzdə yazılmış şərhlərdən biri də, Məkkə şəhərində yerləşən "Dərul hədis" universitetinin müəllimi Məhəmməd ibn Əli ibn Adəm əl-Əsyubinin "Zəxiratul uqbə fi şərhil Muctəbə" əsəridir. Bu çox geniş bir şərhdir. Müəllif, tərifəlayiq dərəcədə böyük səy göstərərək alimlərin rəylərini toplamış və tərtib etmiş və eləcə də onların hansının daha üstün olduğunu söyləmişdir. Həmçinin əsərdə rəvayətçilərin tərcümeyi-halına, hədisləri başa düşmək üçün faydalı olan qrammatik məsələlərə ciddi diqqət yetirilmişdir. Kitabın son nəşri iyirmi səkkiz cilddən ibarətdir.
Blogger tarafından desteklenmektedir.