Mənhəcin əsasları

Titulo

18.02.2016

İslamı pozan amillər

İslamı pozan amillər ondur.
1. Uca Allaha ibadətdə şərik qoşmaq. O buyurur: "Allah Ona şərik qoşmağı əsla bağışlamaz. Bun­dan başqa olan günahları isə dilədiyi kimsə üçün bağış­lar..." (Nisa, 4/116). Başqa bir ayədə isə buyurur: "Allaha şərik qoşana Allah, şübhəsiz ki, Cənnəti haram edər. Onun düşəcəyi yer Cəhənnəmdir. Zalımların heç bir köməkçisi yoxdur!" (Maidə, 5/72) Allahdan qeyrisinə məsələn, cinlərə və ya qəbirlərə qurban kəsmək də şirk əməllərdəndir.
2. Özü ilə Allahın arasına vasitəçilər qoyan, onlara dua edən, Allah qatında şəfaətçilik etmələrini istəyən və onlara təvəkkül edən insan bütün müsəlmanların ittifaqı ilə kafir sayılır.
3. Müşrikləri kafir hesab etməyən və ya onların küfr etməsinə şübhə ilə yanaşan, yaxud da onların baxışları­nın doğru olduğunu qəbul edən küfr etmişdir.
4. Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) hidayət yolundan başqa bir yolun daha mükəmməl olduğunu və ya kiminsə verdiyi hökmün Onun hökmündən daha yaxşı olduğunu etiqad etmək. Məsələn, tağutların hökmlərini Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) verdiyi hökmlərdən daha üstün tutmaqla insan kafir olur.
5. Allahın Elçisinin (ona Allahın salavatı və salamı olsun!) gətirdiyi dindən nəyisə bəyənməyən şəxs, onu yerinə yetirsə belə küfrə etmişdir.
6. Peyğəmbərin dinindən sayılan hər hansı bir şeyə və ya verdiyi mükafata və cəzaya istehza edən küfr etmişdir. Buna sübut uca Allahın aşağıdakı ayəsidir:
"... De: "Allaha, Onun ayələrinə və Onun Elçisinə istehzamı edirsiniz? Üzrxahlıq etməyin! İman gətirdikdən sonra artıq kafir oldunuz". (Tövbə, 9/65).
7. Sehr, yəni falçılıq (baxıcılıq). Bu işlə məşğul olan və ya buna razılıq verən şəxs küfrə düşmüşdür. Buna dəlil uca Allahın aşağıdakı ayəsidir: "...Biz ancaq bir sınağıq, sən gəl kafir olma!"- deməmiş onu heç kəsə öyrətmirdilər..." (Bəqərə, 2/102).
8. Müsəlmanların əleyhinə müşriklərə kömək göstə­rib onların tərəfinə keçmək. Buna sübut uca Allahın aşağıdakı ayəsidir: "...Sizlərdən kim onları özünə dost tutarsa, o da onlardandır. Allah zalım adamları doğru yola yönəlt­məz" (Maidə, 5/51).
9. Xızır əleyhissalamın Musa peyğəmbərin (ona Allahın salamı olsun!) şəriətindən kənara çıxdığı kimi kiminsə də Muhəmməd peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) şəriətindən kənara çıxa bilməsinə inanmaq. Bu cür etiqad edən kəs kafirdir.
10. Uca Allahın dinindən üz çevirmək. Onu öyrənməmək və ona əməl etməmək. Buna dəlil uca Allahın aşağı­dakı ayəsidir: "Rəbbinin ayələri yadına salındıq­dan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq" (Səcdə, 32/22).
Hər hansı bir şəxs istər zarafatla və ya ciddi tərzdə yaxud da qor­xusundan bu bəndlərdən birini (digərlərindən asılı olma­yaraq) işlədərsə, küfrə düşmüş olar. Yalnız məcburiyyət qarşısında olan müstəsnadır. Sadalananların hamısı çox təhlükəli və əksər hallarda baş verən amillərdir. Müsəlman onlardan uzaq durmalı və belə bir vəziyyətə düşməkdən qorxmalıdır. Uca Allahın qəzəbinə düçar olmaqdan və şiddətli cəzasından Ona sığınırıq[1].

_______________________________________________________________________________
[1] Əd-Durərus-Səniyyə, VIII, 89-90.
Blogger tarafından desteklenmektedir.