Mənhəcin əsasları

Titulo

9.02.2016

əl-Buruc surəsinin təfsiri

Məkkə surələrindəndir.

İmam Əhməd deyir: Əbdüssaməd, Zureyz ibn Sələmə vasitəsilə Əbul Muhzəmdən nəql edir ki, Əbu Hureyrə (Allah ondan razı oslun!) demişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) sonuncu - İşa namazında "And olsun bürclərlə dolu səmaya!" və "And olsun səmaya və Taqiqə!" surələrini oxuyardı". Yenə də Əhməd deyir: Əbu Səid, Həmmad ibn Abbad əs-Sədusi vasitəsilə Əbu Hureyrənin belə dediyini rəvayət etmişdir: "Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) İşa namazında səməlara and içilən surələri oxumağı əmr etmişdir". Bu hədis İmam Əhmədin rəvayəti ilə munfəriddir.

Bismilləhir Rəhmanir Rəhim!

1) And olsun bürclərlə dolu səmya!
2) And olsun vəd edilmiş günə!
3) And olsun şahidlik edənə və şahidlik edilənə!
4) Xəndək sahibləri öldürüldülər.
5) Odunla alovlandırılmışdı.
6) Və onlar kənarında oturub,
7) Möminlərə qarşı etdiklərinə baxırdılar.
8) Onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar.
9) Hansı ki, göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə şahiddir!
10) Şübhəsiz ki, mömin kişi və qadınları bəlaya uğratmış, sonra da tövbə etməmişləri cəhənnəm əzabı və yandırıcı od əzabı gözləyir.


Allah təala göyə və bürclərə and içir. Bürclər böyük ulduzlardır. Necə ki, bunun izahı Allah təalanın aşağıdakı ayəsində qeyd olunmuşdu: "Səmada bürclər yaradan, orada bir çıraq (günəş) və nurlu ay vücuda gətirən (Allah) nə qədər ucadır!" (əl-Furqan, 61) İbn Abbas, Mucahid, Dahhak, Həsən, Qatədə və Suddinin sözlərinə görə, bürclər ulduzlardır. Əlavə olaraq Mucahid bildirmişdir ki, bunlar gözətçiləri olan bürclərdir. Yəhya ibn Rafi demişdir: "Bürclər səmadakı qalalardır". Minhal ibn Amr, Allah təalanın "And olsun bürclərlə dolu səmya!" ayəsi haqda demişdir ki, "onlar gözəl məxluqlardır". İbn Cərir Təbəri bürclərin genəş və ayın mənzilləri olduğu fikrini qəbul etmişdir. Onun sözlərinə görə, onlarıns ayı on ikidir. Günəş ayda bir dəfə, ay isə iki-üç gündən bir bu bürclərin hər birinijn yanından keçər. Beləcə, iyirmi səkkiz dayanılacaq mənzil yaranar ki, bu da iki gün çəkər.
Allah təala buyurur: "And olsun vəd edilmiş günə! And olsun şahidlik edənə və şahildik edilənə!" Təfsirçilər bu haqda ixtilaf etmişlər. İbn Əbu Hatim deyir: Abdulla ibn Məhəmməd ibn Amr əl-Ğizzi, Ubeydulla (İbn Musa) vasitəsilə Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Vəd edilmiş gün" Qiyamət günüdür. "Şahidlik edən" cümə günüdür. Günəş cümə günündən daha fəzilətli bir gün üzrə nə doğmuş, nə də batmışdır. Onda elə bir an var ki, müsəlman bir qul o ana təsadüf edərək Allahdan nəsə istəsə, Allah da mütləq istədiyini ona verər. Və o anda bir şərr əməldən Allaha sığınsa, Allah da onu qoruyar. "Şahidlik edilən" isə Arəfə günüdür". Bu hədisi İbn Xuzeymə də Musa ibn Ubeydə ər-Ribzi yolu ilə rəvayət etmişdir. O isə zəif hədislərin rəvayətçisi kimi tanınmışdır. Bu hədisi o, mövquf olaraq Əbu Hureyrədən rəvayət etmişdir.
İmam Əhməd deyir: Məhəmməd, Şubə vasitəsilə Əbu Hureyrədən rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) "And olsun şahidlik edənə və şahildik edilənə!" ayəsi haqda demişdir: "Şahidlik edən Cümə günüdür. Şahidlik edilən isə Qiyamət günüdür". Həmiçinin, Əhməd deyir ki, Məhəmməd ibn Cəfər, Şubə vasitəsilə Yunisdən nəql edir ki, Əbu Hureyrə "And olsun şahidlik edənə və şahildik edilənə!" ayəsi haqda belə demişdir: "Şahidlik edən Cümə günüdür. Şahidlik edilən Arəfə günüdür. Vəd olunmuş gün isə Qiyamət günüdür". Habelə, Əbu Hureyrənin belə dediyi də rəvayət olunur: "Vəd olunmuş gün Qiyamət günüdür". Həmçinin, Qatədə, Həsən və İbn Zeyd də bu cür qeyd etmişlər və onların bu barədə ixtilaf etdiklərinə rast gəlmədim. Həmd aləmlərin Rəbbi Allaha məxsusdur.
Daha sonra İbn Cərir deyir: Məhəmməd ibn Ovf, Məhəmməd ibn İsmayıl ibn İyaş vasitəsilə Əbu malik əl-Əşaridən nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) belə buyurmuşdur: "Vəd edilmiş gün Qiyamət günüdür. Şahidlik edən Cümə günü, şahidlik edilən isə Arəfə günüdür. Cümə gününü Allah təala bizim üçün hazırlamışdır".
Yenə də İbn Cərir Təbəri deyir: Səhl İbn Musa ər-Razi, İbn Əbu Fudeyk vasitəsilə Səid ibn Museyyibdən nəql edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Həqiqətən, günlərin ağası Cümə günüdür. Həmin gün şahidlik edəndir. Şahidlik edilən isə Arəfə günüdür". Bu hədis Səid ibn Museyyibin rəvayət etdiyi mursəl hədislərdən biridir. İbn Cərir başqa bir rəvayəti gətirərək deyir: Əbu Kureyb, Vaki vasitəsilə Şubədən, o da Əli ibn Zeyddən nəql edir ki, İbn Abbas demişdir: "Şahidlik edən Məhəmmədin (Ona Allahın salavatı və salamı olsun!) özüdür. Şahidlike dilən isə Qiyamət günüdür". İbn Abbas daha sonra bu ayəni oxudu: "Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür". (Hud, 103)
İbn Həmid, Cərir vasitəsilə Muğirədən, o da Şəbbakdan nəql etdi ki, bir kişi "And olsun şahidlik edənə və şahildik edilənə!" ayəsi haqda Həsən ibn Əliyə sual etdi. Həsən həmin kişidən soruşdu: "Məndən əvvəl kimdənsə soruşdunmu?" Kişi cavab verdi: "Bəli, səndən əvvəl İbnAmrdən və İbn Zubeyrdən soruşdum və onlar mənə dedilər ki, bunlar Qurban bayramı günü və Cümə günüdür". Həsən dedi: "Yox, şahidlike dən Məhəmməddir (Ona Allahın salavatı və salamı olsun!). Daha sonra bu ayəni oxudu: "Hər ümmətdən (peyğəmbərini) bir şahid gətirəcəyimiz və səni də onlara şahid təyin edəcəyimiz zaman (kafirlərin halı) nə cür olacaq?" (ən-Nisə, 41) "Şahidlik edilən isə Qiyamət günüdür" - deyib, bu ayəni oxudu: "Bu (bütün) insanların bir yerə cəm ediləcəyi, hamının şahid olacağı bir gündür". (Hud, 103)
Həmçinin, Həsənə əl-Basri də bu cür qeyd etmişdir. Süfyan əs-Sövri, İbn Hərmələ vasitəsilə Səid ibn Museyyibin belə dediyini nəql etmişdir: "Şahidlik edilən Qiyamət günüdür". Mucahid, İkrimə və Dahhak demişlər: "Şahidlik edən Adəm övladıdır. Şahidlik edilən isə Qiyamət günüdür". İkrimənin bu cür dediyi də rəvayət olunmuşdur: "Şahidlik edən Məhəmməddir (Ona Allahın salavatı və salamı olsun!). Şahidlik edilən isə Cümə günüdür". Əli ibn Əbu Talha İbn Abbasın belə dediyini nəql etmişdir: "Şahidlik edən Allah, şahidlik edilən isə Qiyamət günüdür". İbn Əbu Hatim deyir: Atam, Əbu Nəim Fəzl ibn Dəkkin vasitəsilə Mucahiddən nəql edir ki, İbn Abbas Allah təalanın "And olsun şahidlik edənə və şahildik edilənə!" ayəsi haqda belə demişdir: "Şahidlik edən insan, şahidlik edilən isə Cümə günüdür". İbn Əbu Hatim ondan bu cür rəvayət etmişdir.
İbn Cərir deyir: İbn Humeyd, Mehran vasitəsilə Mucahiddən belə rəvayət edir ki, İbn Abbas Allah təalanın "And olsun şahidlik edənə və şahildik edilənə!" ayəsi haqda demişdir: "Şahidlik edən Arəfə günüdür. Şahidlik edilən isə Qiyamət günüdür. Yenə İbn Cərir Təbəri, Süfyan əs-Sövrinin Muğirədən nəql etdiyi rəvayətdə İbrahimin sözlərini qeyd edərək deyir: "Qurban bayramı günü və Arəfə günü şahidlik edənlə, şahidlik ediləndir. İbn Cərir deyir ki, başqaları da şahidlik edilənin Cümə günü olduğunu söyləmiş və Əhməd ibn Əbdürrəhmanın Abdulla ibn Vahbdan, onun da Əbu Dərdadan rəvayət etdiyi hədisi xatırlatmışlar. Belə ki, həmin hədisdə Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Cümə günü mənə çoxlu salavat göndərin! Həqiqətən, o gün şahidlik edilən gündür. Mələklər o gün şahidlik edərlər". Həmçinin, rəvayət olunur ki, Səid ibn Cubeyr: "Şahidlik edən Allahdır" - demiş və bu ayəni oxumuşdur: "Allahın buna şahid olması (sənə) kifayət edər". (ən-Nisə, 79, 106; əl-Fəth, 28) Daha sonra da "Şahidlik edilən isə bizik" - demişdir. Bunu Bəğəvi qeyd etmişdir. Əksəriyyətin sözlərinə əsaslansaq, onu deyə bilərik ki, "şahidlik edən" sözündə Cümə günü, "şahidlik edilən" sözündə isə Arəfə günü nəzərdə tutulur.
Allah təala buyurur: "Xəndək sahibləri öldürüldülər". Yəni xəndək sahibləri lənətə düçar oldular. Xəndək torpaqda qazılan böyük çuxurdur. Bu, kafir bir qövm barəsində gələn xəbərlərdən biridir. Onlar izzət və cəlal sahibi Allaha iman gətirmiş möminlərə qarşı yönələrək, onları bəlaya düçar etmiş və öz dinlərindən döndərməyə çalışmışdılar. Möminlər onların bu istəklərinə boyun əymədikdə isə onlar xəndəklər qazıb yandırmaq üçün ora odunlar doldurmuşdular. Sonra qayıdın yenidən möminlərdən öz dinlərini dəyişdirməyi tələb etmiş, lakin yenə də onlardan rədd cavabı almışdılar. Bu səbəbdən də onlar möminləri xəndəklər içərisində şölənənə alova atmışdılar. Ona görə də Allah təala sonrakı ayələrdə buyurur: "Xəndək sahibləri öldürüldülər. Odunla alovlandırılmışdı. Və onlar kənarında oturub, möminlərə qarşı etdiklərinə baxırdılar". Yəni möminlərə çəkdirdikləri zülmə tamaşa edirdilər. Sonra Allah təala buyurur ki, "Onlardan yalnız Qüdrətli, Təlifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar". Yəni həmin kafirlərin onlarda gördükləri günah təkcə, onların qüdrətli, hər şeyə qadir olan, sözlərində, feillərində, buyurduqlarında və qədər kimi yazdıqlarında nöqsansız, pak və tərifəlayiq Allaha iman gətirmələri idi. Hər nə qədər Allah təala iman gətirmiş qullarının qədərində həmin kafirlərin əli ilə edilən bəlanı yazmışsa, O, yenilməz qüvvət və hikmət sahibidir, həmd-səna və tərif ediləndir. Bunun səbəbi insanların çoxunda gizli olaraq qalsa da, reallıq və həqiqət bundan ibarətdir.
Daha sonra Allah təala buyurdu ki, "Hansı ki, göylərin və yerin mülkü Ona məxsusdur". O, bütün göylərin, yerin və onlar arasında olanların sahibidir. "Allah hər şeyə şahiddir!" Göylərdə və yerdə Onun xəbəri olmadığı və ondan gizli qalan heç bir şey yoxdur. Təfsirçilər bu hekayətin kimlər haqda olduğu barədə ixtilaf etmişlər. Əlidən rəvayət olunduğuna görə, onlar fars əhalisi idilər. Fars hökmdarı öz xalqına məhrəmləri ilə evlənməyi halal etmək istədikdə, onların alimləri buna qarşı çıxmışdılar. O da xəndəklər qazdıraraq onların içərəsində tonqallar qalatmış və əmrinə qarşı çıxanları xəndəklərə ardırmışdı. Bununla da farslarda məhrəmlərin halal hesab edilməsi bu günə qədər qalmaqdadır. Yenə də Əlidən nəql edilən bir rəvayət də bildirilir ki, onlar Yəməndə yaşayan bir qövm idilər. Orada yaşayan möminlər kafirlərlə vuruşmuş və möminlər qalib gəlmişdilər. Sonra yenidən hər iki tərəf vuruşmuş, bu dəfə isə kafirlər möminlər üzərində qələbə çalmışdılar. Bu qələbədən sonra kafirlər xəndəklər qazaraq onlara od vurmuş və möminləri xəndəklərə doldurub yandırmışdılar. Əlidən nəql edilən başqa bir rəvayətdə isə qeyd edilir ki, onlar Həbəşistanda yaşayan bir qövm idilər. Ovfi "Xəndək sahibləri öldürüldülər. Odunla alovlandırılmışdı" ayəsi haqda İbn Abbasın belə dediyini rəvayət etmişdir: "Onlar İsrail oğullarından bir camaat idilər. Yerdə xəndək qazdılar və içərisində tonqal qaladılar. Sonra qadınları və kişiləri tutub həmin xəndəyə atdılar. İsrail oğullarının iddiasına görə, xəndəkdə yandırılanlar Daniel və onun tərəfdarları olmuşlar. Dahhak ibn Muzahim də bu cür qeyd etmişdir.
İmam Əhməd deyir: Affan, Həmmad ibn Sələmə vasitəsilə Suheybdən belə rəvayət edir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurmuşdur: "Sizdən əvvəlki qövmlərin birində bir şah yaşayırdı. O şahın bir sehrbazı var idi. Sehrbaz yaşlandığı zaman şaha belə bir müraciət etdi: "Mən artıq yaşlanmışam, əcəlimə də az qalıb. Mənə bir oğlan uşağı ver ki, ona sehri öyrədim". Şah da sehrbaza bir oğlan uşağı verdi. Sehrbaz ona sehr öyrətməyə başladı. Sehrbazla şahın sayarı arasında bir rahib yaşayırdı. Bir dəfə uşaq rahib yanına gəldi və onun sözlərini eşitdi. Uşağın həm rahibin özündən, həm də sözlərindən xoşu gəldi. Beləcə, uşaq sehrbazın yanına gələrkən, sehrbaz onu döyər və ondan harda gecikdiyini soruşardı. Eynilə uşaq evə gəldiyi zaman ailəsi onu döyər və harda geçikdiyini soruşardı. Uşaq bu hadisə ilə bağlı rahibə şikayət etdi. Rahib də ona məsləhət verərək dedi ki, "əgər sehrbaz səni döymək istəsə, de ki, ailəm məni gecikdirdi; səni ailən döymək istədikdə isə de ki, sehrbaz məni gecikdirdi. Günlərin bir günü uşaq yol ilə gedərkən nəhəng bir heyvanın insanların qarşısını kəsdiyini və buna görə dəinsanların heç yerə tərpənə bilmədiklərini gördü. Bunu görən uşaq öz-özünə dedi: Bax bu gün mən rahibi, yoxsa sehrbazın Allaha daha yaxın olduğunu biləcəm. O, əlinə bir daş götürüb dedi: "Ey Allahım, əgər rahibin işi, sehrbazın işindən Sənə daha əziz və daha sevimlidirsə, onda həmin heyvanı öldür ki, insanlar xilas olsunlar". O, bunları deyib əlindəki daşı atdı və heyvan öldü. Bununla da insanlar oradan çıxıb gedə bildilər. Uşaq bu xəbəri rahibə çatdırdı. Rahib uşağa dedi: "Ey uşaq, indi sən məndən üstünsən və buna görə də sınaqlara çəkiləcəksən. Əgər sənə bir bəla üz versə, mənə istiqamətimi göstəmə!" Uşaq karın eşitməsinə, lalın danışmasına və digər xəstələrin şəfa tapmasına bir vəsilə olurdu. Həmişə şahin məclisində iştirak edən yaxınlarından biri bir gün kor oldu. O, uşağın barəsində eşitdi və onun yanına çoxlu hədiyyələrlə gedib dedi: "Mənə şəfa ver, burada olanların hamısı sənin olsun!" Uşaq dedi: "Mən heç kəsə şəfa vermirəm. Şəfa verən yalnız izzət və cəlal sahibi Allahdır. Əgər Allaha iman gətirsən, mən də Ona dua edərəm və sənə şəfa verər". O, iman gətirdi. Uşaq Allaha dua etdi, Allah da ona şəfa verdi.
Sonra həmin adam əvvəllər olduğu kimi gəlib şahın yanında oturdu. Şah ondan soruşdu:
- Ey fılankəs, sənə gözlərini kim qaytardı?
- Rəbbim - dedi.
- Mənmi?
- Xeyr! Mənim və sənin Rəbbin olan Allah! - dedi.
- Sənin məndən başqa Rəbbinmi var?
- Bəli! Mənim və sənin Rəbin olan Allah!
Bundan sonra şah ona o qədər işgəncə verdi ki, axırda məcbur olub uşağın adını şaha söylədi. Şah uşağı yanına çağırtdırıb dedi:
- Oğlum, sehrin elə bir mərtəbəyə çatıb ki, karlara eşitmə, lallara danışma qabiliyyəti verirsən və xəstələrə şəfa verirsən.
- Mən heç kimə şəfa vrmirəm. Şəfa verən ancaq izzət və cəlal sahibi olan Allahdır - dedi.
- Mənmi?
- Xeyr! - dedi.
- Bəs sənin məndən başqa Rəbbinmi var?
- Mənim və sənin Rəbbin olan Allahdır! - deyə cavab verdi.
Şah ona da işgəncə verməyə başladı. Nəhayət uşaq məcbur olub rahibini adını söylədi. Şah rahibin yanına adam göndərib onu gətizdirdi və ondan dinindən dönməyi tələb etdi. Rahib onun bu tələbini yerinə yetirmədikdə, şah mişarla rahibin başından ayağına kimi kəsib onu iki yerə parçaladı. Sonra da şah əvvəlcə kor olmuş yaxınından öz dinindən dönməyi tələb etdi. O da onun tələbini yerinə yetirmədi. Şah tələbinin yerinə yetirilmədiyini görüb onu da mişarla başından ayağına kimi kəsib iki yerə böldü. Şah sonra da uşağın dinindən dönməsini tələb etdi. Lakin uşaq da onun bu tələbinə qarşı çıxdı. Şah uşağı öz adamlarına verib onlara dedi: "Gedin fılan dağın zirvəsinə çıxın! Zirvəyə çatdıqda ondan dinindən dönməsini tələb edin! Yox əgər o yenə də öz dinindən dönməsə, onda onu dağın başından aşağı atın!" Onlar uşağı apardılar və dağın zirvəsinə çatdıqda, uşaq dedi: "Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!" Bu zaman dağ sirkələndi və onların hamısı dağdan aşağı düşdülər. Uşaq gəzə-gəzə şahın yanına gəldi. Şah ondan soruşdu: "Səninlə gedənlərə nə oldu?" Uşaq dedi: "Allah təala məni onlara qarşı qorudu". Bundan sonra şah uşağı bir neçə nəfər adama tapşırıb onları bir qyığıa mindirdi və dedi: "Dənizin ən dalğalı yerinə çatdıqda, ondan öz dinindən dönməsini tələb edin! Yox əgər dinindən dönməsə, onu dənizə atın!" Onlar qayığa minib dənizə çıxdılar. Dənizion ən dalğalı yerinə çatdıqda, uşaq dedi: "Ey Allahım, Sən istədiyin şəkildə onlara qarşı məni qoru!" Bu zaman hamısı dənizə düşüb boğuldular.
Uşaq yenə şahın yanına gəldi. Şah ondan soruşdu:
- "Səninlə gedənlərə nə oldu?"
- "Allah təala məni onlara qarşı qorudu" - deyə uşaq cavab veri. Uşaq daha sonra üzünü şaha tutub dedi:
- "Sən mənim sənə dediyimi etmədikcə, məni öldürə bilməyəcəksən. Əgər sənə dediyimi etsən, mənə öldürə biləcəksən. Əks təqdirdə sən mənim ölümümə nail ola bilməyəcəksən". Şah soruşdu:
- O nədir elə?
- İnsanları yüksəklikdə bir yerə yığ və məni bir kötüyə bağla, sonra da kamanından bir ox çıxarıb "Uşağın Rəbbi olan Allahın adı ilə!" - de və at! Əgər dediyim kimi etsən, məni öldürəcəksən.
Şah belə də etdi və oxu yayına qoyub "uşağın Rəbbi olan Allahın adı ilə!" dedi və atdı. Ox uşağın gözü ilə qulağının arasına sancdı. Uşaq əlini oxun sancdığı yerə qoyub öldü. Bunu görən insnalar dedilər: "Biz uşağın Rəbbinə iman gətirdik. Bu zaman şaha dedilər: "Gördün, qorxduğun şey başına gəlid. Insnaların hamısı iman gətirdi. Şah dəmirçiyə əmr etdi və orada xəndəklər qazıldı, sonra da xəndəklərdə od qalatdırdı. Şah dedi: "Kim dinindən dönsə, onu buraxın! Yox dinindən dönməyəni isə Xəndəyin içinə atın!" İnsanlar orada bir-birinə qarışıb, mübarizə aparırdılar. Orada körpəsini əmizdirən bir qadın da var idi. O qadın oda düşüb-düşməməkdə tərəddüd etdi. Lakin körpə dil açıb anasına dedi: "Ey anam, səbr et! Sən, həqiqətən də haqq üzərindəsən".
Muslimin ""Səhih"inin sonunda Hudbə ibn Xalid vasitəsilə Həmmad ibn Sələmədən buna oxşar rəvayət də nəql edilmişdir. Nəsai bu rəvayəti Əhməd ibn Səlman vasitəsilə Affandan, o da Həmməd ibn Sələmədən, həmçinin, Həmmad ibn Zeyd vasitəsilə Sabitdən nəql etmişdir. Ancaq onlar hədisin əvvəlini bir az müxtəsər qeyd etmişlər.
Əbu İsa ət-Tirmizi bu hədisi tutarlı qəbul edərək bu surənin təfsirində Mahmud ibn Qeylan Abd ibn Humeyd vasitəsilə nəql etmiş və demişdir: Bizə Əbdürrəzzaq Suheybdən belə rəvayət etdi ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) əsr namazını qıldıqda pıçıldadı və sanki danışırmış kimi dodaqlarını tərpətdi. Sonra ona dedilər: "Ey Allahın elçisi, sən əsr namazını qıldıqda dodaqlarını tərpətdin". Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) buyurdu: "Peyğəmbərlərdən bir nəfər ümmətinə heyran oldu". Sonra da dedi: "Bunlara kim mane ola bilər?" Buna görə, Allah təala vəhy nazil etdi ki, ümmətinə "onlardan Mənim intiqam almağamla, yoxsa düşmənləri onların üstünə salmağım" arasında seçim etmələrini xəbər versin. Onlar da Allahın intiqam almağını seçdilər. Allah təala da onlara ölümü göndərdi. Bir gündə onlrdan yetmiş min adam həlak oldu. Suheyb deyir ki, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun!) bunu xəbər verərkən, başqa bir hadisə haqda da xəbər vermiş və buyurmuşdu: "Əvvəllər bir şah yaşayırdı. O şahın da onun üçün kahilik edən bir hakini var idi. Kahin şaha: "Mənə başadüşən bir oğlan uşağı - və ya "ağıllı və tez qavrıyan" demişdi - ver ki, ona öz elmimdən öyrədim". Tirmizi hekayəti axıra kimi qeyd etmiş və sonda da demişdir: "İzzət və cəlal sahibi Allah buyurur: "Xəndək sahibləri öldürüldülər. Odunla alovlandırılmışdı. Və onlar kənarında oturub, möminlərə qarşı etdiklərinə baxırdılar. Onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar".
Suheyb deyir ki, "həmin oğlan uşağı sonradan dəfn edildi. Deyilənə görə, Ömər ibn əl-Xəttabın xilafəti zamanı torpaqdan çıxarılmışdı və barmağı öldürüldüyü vaxt qoyduğu kimi gözü ilə qulağı arasında idi. Sonra Tirmizi xatırlatdığı hədisin "həsən-ğərib" olduğunu bildirmişdir. Bu hekayətin peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun!) kəlamı olduğuna dair açıq bir ifadə yoxdur. Şeyximiz Hafiz Əbul Həccac əl-Mizzi deyir ki, "Ola bilsin bu hekayəti danışan Suheyb ər-Rumi olmuşdur. Onun xristian mənbələrindən xəbəri var idi. Ən doğrusunu Allah bilir". Məhəmməd ibn İshaq ibn Yəsar bu hekayəti öz "Sira"sında başqa bir ifadə ilə və yuxarıda qeyd olunandan tamamilə fərqlənən bir şəkildə bu cür nəql etmişdir: Yezid ibn Ziyad, Məhəmməd ibn Kəb əl-Qurazidən, habelə bəzi nəcranlılar Nəcran camaatından rəvayət edirlər ki, nəcranlılarmüşrik idilər və bütlərə ibadət edirdilər. Nəcran yaxınlığında yerləşən kəndlərin birində (Nəcran o ərazinin əhalisinin bir yerə toplaşdığı böyük qəsəbənin adıdır.) bir sehrbaz var idi. Bu sehrbaz Nəcran əhalisinin uşaqlarına sehr öyrədirdi. Feymun gəlib orada yerləşdikdə (onun adını mənə İbn Munəbbihin adlandırdığı kimi demədilər.) dedilər ki, burada bir kişi məskunlaşdı və Nəcranla sehrbazın olduğu kənd arasında bir çadır qurdu. Bundan sonra Nəcran camaatı öz uşaqlarını sehrbazın yanına gətirməyə başladı ki, uşaqlarına sehr öyrətsin.
Samir də öz oğlu Abdulla ibn Samiri Nəcran əhalisinin uşaqları ilə birgə həmin sehrbazın yanına göndərdi. O, çadır sahibinin yanından keçərkən onun ibadət etdiyini, namaz qıldığını görür və bu onun çox xoşuna gəlir. Onun yanında oturur, dediklərinə qulaq asır, nəhayət müsəlman olur, yalnız Allaha ibadət etmək prinsipini qəbul edir, Onun təkliyini qəbul edir və Ona ibadət etməyə başlayır. Sonra həmin çadır sahibindən İslam dininin əhkamı haqda soruşmağa başladı. O, bu barədə çoxlu məlumat aldıqdan sonra, ondan ən böyük ad haqda soruşmağa başladı. O bunu bilirdi, ancaq ondan gizli saxladı və dedi: "Ey qardaş oğlu, sən bu yükü daşıya bilməyəcəksən. Tab gətirə bilməyəcəyindən qorxuram".
Abdullanın atası Samir oğlunun digər uşaqlar kimi sehrbazın yanına gedib-gəldiyini düşünürdü. Abdulla dostunun onun barəsində gücsüz olduğunu fikirləşdiyini və tab gətirə bilməyəcəyindən qorxduğunu gördükdə, gedib çoxlu ox yığdı və hər oxun üstünə Allahın bir adını yazdı. Sonra onları saydı və bir tonqal qalayıb oxları onun içinə atmağa başladı. Sonda ən böyük ad əlinə keçdi və onu da tonqala atdı. Ox sıçrayaraq heç bir zədə görmədən tonqalın içindən çıxdı. Abdulla onu əlinə aldı. Sonra da onu dostunun yanına aparıb, yazdığı ən böyük adın hansı olduğunu öyrəndiyini ona xəbər verdi. Dostu ondan soruşdu: "Hansıdır o?" O da "bu, bu… addır" - dedi. Dostu ondan yenidən soruşdu: "Bəs necə tapdın onu?" Abdulla etdiklərini ona danışdı. Dostu ona dedi: "Ey qardaşım oğu, düz tapdın. Elə isə onu özünə yaxın tut! Ancaq bunu edə biləcəyinə əmin deyiləm".
Samirin oğlu Abdulla Nəcrana gəldi. O, orada qarşısına keçən hər zərərçəkmişə belə deyirdi: "Ey Allahın qulu, Allahın təkliyini qəbul edib mənim dinimə daxil ol ki, mən də Allaha dua edim, səni düşdüyün bəladan qurtarsın". Hər kəs öz razılığını bildirib "hə" deyirdilər və Tövhid dinini qəbul edib müsəlman olurdular. Sonra Abdulla Allaha dua edir, həmin şəxsə Allahdan şəfa diləyirdi. Allah da onu duasını qəbul edirdi. Nəhayət, Nəcranda ziyana uğramış elə bir adam qalmadı ki, Abdullanın yanına gəlməsin və onun Allaha etdiyi dua vasitəsilə düçar olduğu bəladan qurtulmasın. Onların haımısı Abdullanın dininə daxil oldu. Onun dini o qədər insanın arasında yayıldı ki, haqqında Nəcranın şahına da xəbər çatdı. Şah onu çağırıb dedi: "Mənim diyarımın əhalisini mənə qarşı qaldırdın. Mənim və ata-babalarımın dininə qarşı çıxdın. Buna görə də səni öldürəcəm. Abdulla dedi: "Buna günün çatmaz". Kəb əl-Qurazi deyir ki, şah onu hündür bir dağa göndərir və oradan aşağış tulladır. Abdulla dağın başından yerə düşsə də, ona heç nə olmur. Sonra şah onu Nəcran sularına göndərdi. Ora kim düşürdüsə, mütləq ölürdü. Lakin Abdulla ora atılsa da, ona heç nə olmadı, sağ-salamat oradan çıxdı. Şah onu qalib gələ bilməyincə, Abdulla ibn Samir şaha dedi: "Allaha and olsun ki, sən mənim iman gətirdiyimə iman gətirmədikcə və tək Allaha ibadət etmədikcə, məni öldürə bilməyəcəksən. Əgər belə etsən, mənə qalib gələ və ölümümə nail ola biləcəksən. Kəb əl-Qurazi deyir ki, Şah Allahın təkliyini qəbul etdi, Abdullanın şəhadətini təkrarladı. Sonra şah əsa ilə onun əlinə vurdu. Əlində böyük olmayan bir yara əmələ gəldi. Bu yaradan təsirlənərək Abdulla bin Samir öldü. Şah da həmin yerdə öldü. Nəcran camaatı Abdulla ibn Samirin dinini qəbul etdi və bu din ətrafında birləşdi. Abdulla ibn Samir Məryəm oğlu İsanın gətirdiyi dinə, İncilə və onun hökmlərinə bağlı idi. Bundan sonra Nəcran əhalisi bir çox hadisələr yaşadı. Xristianlığın Nəcranda yayılması bu hadisə ilə bağlı idi.
İbn İshaq demişdir: "Bu, Məhəmməd ibn Kəb əl-Qurazi ilə Nəcran əhalisinin bəzilərinin Abdulla ibn Samirdən nəql etdikləri rəvayətdir. Bunun bu cür baş verməsini ən yaxşı Allah bilir". İbn İshaq deyir ki, Zu-nuvas ordusu ilə birlikdə Nəcran əhalisinin üstünə hücuma keçdi və əhalini yahudiliyə çağırdı. O, Nəcran əhalisini iki seçim arasında qoydu. Onlar ya yahudiliyi qəbul etməli, ya da qılıncdan keçirilməli idilər. Camaat ölümü üstün tutdular. Belə olan təqdirdə xəndəklər qazıldı və onlara od vuruldu. Sonra da camaat qılıncla qətlə yetirildilər. Deyilənə görə, orada həmin zaman iyirmi min adam qılıncdan keçirildi. Ona görə də izzət və cəlal sahibi Allah Zu-nuvas və onun ordusu haqda Öz elçisinə (s) ayələr nazil etdi və buyurdu: "Xəndək sahibləri öldürüldülər. Odunla alovlandırılmışdı. Və onlar kənarında oturub, möminlərə qarşı etdiklərinə baxırdılar. Onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. Hansı ki, göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə şahiddir!"
Həmçinin, Məhəmməd ibn İshaq da öz "Sira"sında qeyd etmişdir ki, xəndək sahibləri Zu-nuvas və onun ordusu olmuşdur. Onun qeydlərinə görə, Zu-nuvasın əsl adı Zura olmuşdur. Lakin hökmdarlığı dövründə o, Yusif adlandırıldı. O, Tibban Əsad əbu Kərbin oğlu idi. O isə Mədinəni işğal etmiş, habelə Kəbənin örtüyünü bürümüş Tübba tayfasından idi. Onlar Mədinədəki iki yahudi qəbiləsi ilə dostlaşmış və qarışmışdılar. İbn İshaqın geniş şəkildə bildirdiklərinə əsasən, Yəməndə onların əli ilə bir çoxları yahudiləşmişdilər. Zu-nuvas bir gündə səhər vaxtı iyirmi min adam qətlə yetirmişdi. Onların arasında yalnız bir nəfər - Dövs Zu-Səlaban adlandırılan bir kişi canını xilas edə bilmişdi. O atla qaçıb qurtulmuşdu. Onun arxasınca təqib etsələr də onu yaxalaya bilməmişdilər. O, Şam kralının yanına qaçdı və ona sığındı. Kral isə öz növbəsində Həbəşistanın kralı Nəcaşiyə məktub yazdı. Nəcaşi Əryat və Əbrəhənin başçılığı altında Həbəşistan xristianlarından ibarət ordu göndərdi və Yəməni yahudilərin əlindən xilas etdi. Bu ərəfədə Zu-nuvas qaçdı və dənizə sığındı. Lakin dənizdə onun dalğaları arasında boğularaq öldü. Həbəş hökmdarlığı yetmiş il xristianların əlində qaldı Sonra isə Himyar qəbiləsindən olan Seyf ibn Zuyeyn oranı xristianların əlindən aldı və bu işə İran hökmdarı Kisranı da cəlb etdi. İran hökmdarı zindanlarda olanları azad edərək Yəmənə göndərdi. Zindanlardan buraxılanların sayı yeddi yüzə yaxın idi. Onlar Yəməni işğal etdilər. kral isə Himyərə qayıtdı. Biz bu hadisənin bir hissəsini inşallah əl-Fil surəsinin təfsirində qeyd edəcəyik.
İbn Sihaq deyir: Mənə Abdulla ibn Əbu Bəkr ibn Məhəmməd ibn Amr ibn Həzm nəql etdi ki, Nəcranlı bir nəfər ona belə rəvayət danışmışdır: Ömər ibn əl-Xəttabın xilafəti dövründə ehtiyac yarandığı üçün Nəcran xarabalıqlarının bəzilərində qazıntılar aparılmış və Abdulla ibn Samirin oturuqlu, əli ilə başındakı yaranı tutmuş şəkildə meyidi aşkara çıxarılmışdı. O zaman onun əli qaldırıldıqda qan fığqırmış, əlini əvvəlki vəziyyətinə qoyduqda isə qan dayanmışdı. Onun əlində, üstündə "Rəbbim Allahdır" yazılmış bir üzük var idi. Bu hal Ömər ibn əl-Xəttaba xəbər verilib nə edilməsi barədə soruşulduqda, o, heç bir şey edilməməsini söyləmiş və onu olduğu kimi sağlayıb dəfni yerinə qoymağı əmr etmişdi. onlar da əmrə riayət edib Abdulla ibn Samirin cəsədini yenidən torpağa gömmüşdülər.
Əbu Bəkr Abdulla ibn Məhəmməd ibn əbu Dünya (Allah ona rəhmət etsin!) deyir: Əbu Bilal əl-Əşari İbrahim ibn Məhəmməd vasitəsilə Abdulla ibn Cəfər ibn Əbu Talibdən rəvayət edir ki, ona elm əhlinin bəziləri bunları danışmışlar: Əbu Musa İsfahanı fəth etdiyi zaman şəhərin divarlarından birinin uçmuş olduğunu gördü. O, həmin divarı tikdirsə də, divar yenidən dağıldı. O, yenidən divarı tikdirdi, ancaq divar yenə dağıldı. Ona dedilər: Bu divarın altında əməlisaleh bir kişinin qəbri var. Divarın təməli qazıldı və oradan ayaqüstə əlində qılın olan bir kişi meyiti tapıldı. Qılıncının üzərində yazılmışdı: "Mən Haris ibn Mudadam. Xəndək sahibləri məndən belə intiqam aldılar". Əbu Musa onun meyitini oradan çıxartdırdı və divarı yenidən tikdirdi. Divar yerində qaldı və dağılmadı.
Həmin adam Haris bin Mudad ibn Amr ibn Mudad ibn Amr əl-Curhəmi idi. O, Curhumlu Amrın oğlu idi. Onlar Nəbt ibn İsmayıl ibn İbrahimin oğullarından sonra Kəbənin idarəçiliyini əlinə alan Curhum şahlarındandır. Harisin bu oğlu - Amr ibn Ahris ibn Mudad Məkkədəki Curhum şahlarının sonuncusudur. Onları buradan Xüzayəlilər çıxartmış və Yəmənə sürgün etmişdilər. İbn Hişamın sözlərinə görə, Ərəb dilində ilk şeir söyləyən o olmuşdur və onun şeiri aşağıdakıdır:
Sanki Həccundan Səfaya qədər bir yol yoldaşı olmamışdı.
Məkkədə də gecənin qaranlığını yaran gecə söhbətləri olmamışdı.
Oranın insanları əlbətdə ki, biz idik.
Bizi oradan ala-qaranlıqda gələn, qəflətən peyda olanlar çıxartdı.
Bu rəvayət hadisənin İsmayıl əleyhissəlamdn təxminən beş yüz il və ya ona oxşar bir müddətdən sonra baş verdiyini tələb edir. İbn İshaqın qeyd etdiyi rəvayət isə göstərir ki, bu hadisə İsa əleyhissəlamla Məhəmməd Peyğəmbər (s) arasındakı dövrdə cərayan etmişdir. Bu, həqiqətə daha yaxındır. Ən doğrusunu Allah bilir.
Bu hadisənin dünyada bir neçə dəfə təkrarlanması da ehtimal olunur. Necə ki, İbn əbu Hatim deyir: Atam Əbu Yəman vasitəsilə Səfvandan, o da Əbdürrəhman ibn Cubeyrdən nəql etdi ki, Xəndək hadisələri Tübbanın dövründə Yəməndə, Konstantinin dövründə isə xristianlar qiblələrini Məsihin dinindən və tövhiddən döndərdikləri zaman Konstantinopolda baş vermişdi. Konstantinopolda olanlar təndirlər yandırmış, tövhid əhlində olanları və İsanın həqiqi dinində qalanları ora armışdılar. Belə bir hadisə İraqda Buxtünnərsin vaxtında da baş vermişdi. Belə ki, o, bir büt düzəltdirmiş və insanların ona ibadət etmələrini əmr etmişdi. Daniyel və yoldaşları Azriya ilə Mişayıl buna qarşı çıxmışdılar. Buxtunnəsr də bir onlar üçün təndir hazırlatmış, içini odunlarla doldurub yandırmış və onları həmin təndirin içərisinə atmışdı. Allah təala isə həmin təndiri onlara sərin və salamatlıq etmiş, onları oradan xilas etmişdi. Bununla qurtarmayıb, əvəzində Allah təala oradakı azğınları alova atmışdı. Onlar doqquz nəfər idilər. Alov dərhal onlara toxunmuş və yandırmışdı.
Əsbat Suddidən Allah təalanın "Xəndək sahibləri öldürüldülər" ayələri haqda rəvayət nəql etmiş və onun belə dediyini bildirmişdir: Xəndəklər üç dənə olmuşdur: İraqdakı, Şamdakı və Yəməndəki. Bunu İbn Əbu Hatim rəvayət etmişdir. Həmçinin, Muqatilində belə dediyi nəql edirmişdir ki, Xəndəklər üçdür: Yəməndəki Nəcranlılara qarşı baş verən; digər biri Şamda, başqa biri isə İranda olmuşdur. Şamda baş verən xəndək hadisəsini Antonyus törətmişdi. İrandakını Buxtunnəsr, Ərəb torpaqlarındakını isə Yusif Zu-nuvas təşkil etmişdi. İranda və Şamda baş verən xəndək hadisələri haqda Allah təala Quran ayəsi nazil etməmişdir. Ərəb torpaqlarında Nəcranda baş verən xəndək hadisəsi haqda isə Allah təala ayə nazil etmişdir.
İbn Əbu Hatim deyir: Atam, Əhməd ibn Əbdürrəhman əd-Diştəki vasitəsilə Abdulla ibn əbu Cəfərdən, o da atası vasitəsilə Rabi bin Ənəsdən "Xəndək sahibləri öldürüldülər" ayəsi haqda nəql edir ki, eşitdiklərimizə görə, onlar İsa əleyhissəlamla Məhəmməd peyğəmbər (s) arasındakı zaman kəsiyində yaşamış bir qövm idilər. İnsanlar arasında fitnənin və şərin yayıldığını və hər dəstənin öz yanındakılardan razı olduğunu görüb bir kəndə sığındılar və orada məskunlaşdılar. Dinlərini Allaha aid edərək, Onun üçün nazmaz qılıb zəkat verməyə başladılar. Onlar beləcə ibadətlə məşğul olurdular. Onlar ibadətlə məşğul ikən zalımların zalımına onlar barədə xəbər verildi. O da onlara xəbər göndərib özünün ibadət etdiyi bütə onların da ibadət etmələrini bildirdi. Lakin onların hamısı buna qarşı çıxaraq, tayı və bənzəri olmayan Allahdan başqasına ibadət etməyəcəyik - deyə cavab göndərdilər. Həmin zalım dedi ki, əgər mənim ibadət etdiyim tanrılara siz də ibadət etməsəniz mən sizi öldürəcəm. Möminlər onun istəyini qəbul etmədikdə, xəndək qazıldı və içərisində tonqal qalandı. Həmin zalım onları xəndəyin yanına gətirtdirib yenidən onlara dedi: Siz ya dinimizi üstün tutacaqsınız, ya da mən sizi bu xəndəyə atacam. Onlar isə ölümü üstün tutaraq dedilər: "Bu alov bizim üçün daha yaxşıdır". Onların arasında qadınlar və uşaqlar da var idi. Uşaqlar qışqırmağa başladı. Onlar uşaqlara "bu gündən sonra bir daha alov olmayacaq" - dedilər və alovun içərisinə atıldılar. Alov onları yandırmazdan əvvəl ruhları alındı. Sonra alov xəndəyin içərisindən çıxaraq oradakı azğınları yandırdı. Allah təala onları külə çevirdi. Buna görə də Allah təala ayələr nazil edərək buyurdu: "Xəndək sahibləri öldürüldülər. Odunla alovlandırılmışdı. Və onlar kənarında oturub, möminlərə qarşı etdiklərinə baxırdılar. Onlardan yalnız Qüdrətli, Tərifəlayiq olan Allaha iman gətirdiklərinə görə intiqam alırdılar. Hansı ki, göylərin və yerin mülkü Ona məxsusdur. Allah hər şeyə şahiddir!" İbn Cərir də bu rəvayəti Ammar vasitəsilə Abdulla ibn Əbu Cəfərdən eyni şəkildə nəql etmişdir.
Daha sonra Allah təala buyurdu: "Şübhəsiz ki, mömin kişi və qadınları bəlaya uğratmış" Yəni yandırmış; İbn Abbas, Mucahid, Qatədə, Dahhak və İbn Əbza bu cür söyləmişlər. "Sonra da tövbə etməmişləri" Yəni etdiklərindən əl çəkib əməllərinə görə peşman olmayanları; "cəhənnəm əzabı və yandırıcı od əzabı gözləyir". Cəza edilən işlə eyni növdəndir. Həsən əl-Basri demişdir: "Bu lütf və kərəmə baxın! Onlar Allahın dostlarını öldürdülər, Allah isə onları tövbə və bağışlanmaya çağırır?!"

11) Həqiqətən, iman gətirib yaxşı əməllər edən kimsələr üçün altından çaylar axan cənnətlər vardır. Bu, böyük qurtuluşdur.
12) Doğrudan da sənin Rəbbinin yaxalaması çox şiddətlidir.
13) Həqiqətən, ilkin yaradan və təkraralayan Odur!
14) O çox bağışlayandır, çox sevəndir.
15) Ərşin sahibidir, şanlıdır;
16) İstədiyini edəndir.
17) Orduların əhvalatı sənə çatdımı?
18) Fironun və Səmudun?
19) Xeyr, kafir olanlar elə hey yalan sayarlar.
20) Allah onları arxalarından əhatə etmişdir.
21) Xeyr, o şanlı Qurandır!
22) O, lövhi-məhfuzdadır!

Allah təala mömin qulları barədə xəbər verərək buyurur: "Həqiqətən, iman gətirib yaxşı əməllər edən kimsələr üçün altından çaylar axan cənnətlər vardır". Allah təala onların düşmənlərinə hazırladığı odlu-alovlu əzabın əksinə olaraq möminlər üçün bu cür nemətlər hazırlamışdır. Ona görə də Allah təala buyurdu ki, "Bu, böyük qurtuluşdur". Daha sonra Allah təala buyurur: "Doğrudan da sənin Rəbbinin yaxalaması çox şiddətlidir". Yəni peyğəmbərləri yalanlayan və əmrinə zidd olan düşmənlərə qarşı Allahın yaxalaması və intiqamı olduqca şiddətli və amansız olacaqdır. Çünki Allah təala güc və qüvvət sahibidir. Onun istədiyi hər şey gözü açıb-qapayana və ya ondan da tez bir zaman kəsiyində baş verər, istəmədikləri isə olmaz. Ona görə də Allah təala buyurdu: "Həqiqətən, ilkin yaradan və təkraralayan Odur!" Yəni O, ilk dəfə yaratmış və əvvəl yaratdığı kimi yenidən təkrarən heç bir maneə və qarşı çıxan olmadan yaradacaqdır. Bu Onun qüdrətinə və əzəmətinə dəlalət edən bir haldır. "O çox bağışlayandır, çox sevəndir". Yəni O, tövbə edib Ona boyun əyən hər kəsin günahlarını bağışlayır. Günah nə olursa olsun, böyüklüyündən və növündən asılı olmayaraq Allah təala günahları bağışlayandır. Ayənin ərəbcəsində ikinci söz olan (vadud) sözü barəsində İbn Abbas və digərləri demişlər ki, Sevəndir. Daha sonra uca Allah buyurur: "Ərşin sahibidir" Yəni bütün məxluqatın üstündə dayanan əzəmətli və uca ərşin sahibidir. "Şanlıdır". Ərəbcəsi (Məcid) kimi tələffüz edilən bu kəlmə iki qirətdə oxunmuşdur: adlıq halda, izzət və cəlal sahibi Rəbbin sifəti kimi; və yiyəlik halda, ərşin sifəti kimi; Hər ikisi məna etibarilə doğrudur. "İstədiyini edəndir". Yəni istədiyi hər şeyi edər. Onun etdiklərinin hikməti, səbəbi soruşulmaz, etdiklərinə görə sorğu-suala məruz qalmaz. Əzəməti, gücü, hikməti və ədaləti ilə heç kim Onu etdiklərinə görə günahkar çıxarda bilməz. Necə ki, rəvayətə görə, Əbu Bəkr əs-Siddiq ölüm xəstəliyinə tutulduğu vaxt ondan: "sənə həkim baxdımı?" - deyə soruşulduqda, cavab vermişdi ki, "bəli!" Soruşanda ki, "bəs nə dedi?" Əbu Bəkr əs-Siddiq belə cavab verdi: "Mənə dedi ki, Mən istədiyimi edənəm".
Daha sonra Allah təala buyurdu: "Orduların əhvalatı sənə çatdımı - Fironun və Səmudun?" Yəni Fironun və Səmudun başına gələn bəlanın və heç kimin uğradılmadığı intiqamın xəbəri sənə gəlib çatdımı. Heç kəs onlardan bu bəlanı dəf edə bilmədi. Bu, Allah təalanın "Doğrudan da sənin Rəbbinin yaxalaması çox şiddətlidir" kəlamının həyata keçməsidir. Yəni Rəbbim zalımları yaxaladığı vaxt çox şiddətli və amansız şəkildə yaxalayar. O, izzət sahibidir, hər şeyə qadirdir.
İbn Əbu Hatim deyir: Əli ibn Məhəmməd ət-Tənafusi, Əbu Bəkr ibn İyaş vasitəsilə Əbu ishaqdan, o da Amr ibn Meymundan rəvayət edir ki, Peyğəmbər (s) "Orduların əhvalatı sənə çatdımı - Fironun və Səmudun?" ayəsini oxuyan bir qadının yanından keçirdi. Dayandı və ona qulaq asmağa başladı. Sonra dedi: "Bəli, mənə gəlib çatdı".
Daha sonra Allah təala buyurur: "Xeyr, kafir olanlar elə hey yalan sayarlar". Yəni onlar şək-şübhə və küfr içərisindədirlər, elə hey inad edərlər. "Allah onları arxalarından əhatə etmişdir". Yəni Allah onların üzərində hakimdir, qalibdir. Allahın onlara gücü çatar, onları məhv edə bilər, onlar isə Allahın əzabından, intiqamından qaçıb canlarını qurtara bilməzlər.
"Xeyr, o şanlı Qurandır!" Yəni əzəmətli və kərim olan Qurandır. "O, lövhi-məhfuzdadır!" Yəni Quran yüksək mövqelərdə mühafizə olunur. Əlavədən, əksiklikdən, təhrif və ya təvildən qorunur.
İbn Cərir deyir: Amr ibn Əli, Qurra ibn Süleyman vasitəsilə Hərb ibn Sureycdən, o da Əbdüləziz ibn Suheybdən nəql edir ki, Ənəs ibn Malik Allah təalanın "Xeyr, o şanlı Qurandır. O, lövhi-məhfuzdadır!" kəlamı haqda demişdir: "Bu, İsrafilin qarşısındadır".
İbn Əbu Hatim deyir: Atam, Əbu Saleh vasitəsilə Muaviyə ibn Salehdən nəql edir ki, Əbul Əbas (o, Əbdürrəhman ibn Salmandır.) demişdir: "Allahın verdiyi hər şey Qurandan əvvəl və sonra mütləq Lövhi-məhfuzdadır. Qorunan bu lövhə İsrafilin iki gözünün qarşısındadır. Ancaq İsrafilə ona baxmaq icazəsi verilməyib.
Həsən əl-Basri demişdir: "Bu şanlı Quran Allah dərgahında lövhi-məhfuzdadır. Ondan istədiyi qədərini istədiyi qullarına nazil edər". Bəğəvi, İshaq ibn Bişr vasitəsilə Muqatil və İbn Cureycdən, onlar da Mucahiddən nəql edirlər ki, İbn Abbas demişdir: "Bu lövhənin üzərində "Təkcə Allahdan başqa ilah yoxdur. Onun dini İslamdır. Məhəmməd isə Onun qulu və elçisidir. Kim Allaha inanar, vədini yerinə yetirər və peyğəmbərlərinə tabe olarsa, Allah təala onu Cənnətə daxil edər". Daha sonra İbn Abbas deyir ki, "Bu, ağ incidən ibarət olan bir lövhədir. Uzunluğu göylə yerin arasındakı məsafə qədərdir. Genişliyi isə məşriqlə məğrib arasındakı məsafə qədərdir. Altı inci və yaqutdan, səhifələri qırmızı yaqutdan, qələmi isə nurdandır. Sözü Ərşə bağlıdır, əsası mələyin qucağındadır".
Muqatil deyir ki, "Lövhi-məhfuz Ərşin sağındadır". Təbərani deyir: Məhəmməd ibn Osman ibn Əbu Şeybə, Mincab ibn Haris vasitəsilə İbn Abbasdan rəvayət edir ki, Allahın elçisi (s) buyurmuşdur: "Allah təala ağ incidən qorunan bir lövhə (lövhi-məhfuz) yaratdı. Onun səhifələri qırmızı yaqutdandır. Qələmi nur, yazısı nurdur. Allahın onda hər gün üç yüz altmış anı vardır. Yaradar, ruzi verər, öldürər, dirildər, izzətləndirər, zəlil edər və istədiyini edər".
"Əl-Buruc" surəsinin təfsiri başa çatdı. Həmdü-səna Allaha məxsusdur.
Blogger tarafından desteklenmektedir.