Mənhəcin əsasları

Titulo

24.02.2016

Mal-dövlət və qadın fitnəsi

Bu günün əyləncələri çoxdur. Allahın müvəffəq etdiyi, Öz itaətinə bağladığı və bəsirətini təqva ilə nurlandırdığı kimsələrdən başqa bu əyləncələrdən heç kim qoruna bilmir. Alah taala buyurur ki, "Ey iman gətirənlər! Nə mal-dövlətiniz, nə də oğul-uşağınız sizi Allahın zikrindən yayındırmasın! Hər kəs bunu etsə, belələri əsl ziyana uğrayanlardır" (əl-Munafiqun, 9).


Həmçinin, Uca Allah belə buyurur: "Həqiqətən, mal-dövlətiniz və oğul-uşağınız ancaq bir imtahandır. Ən böyük mükafat isə Allah dərgahındadır!" (ət-Təğabun, 15) Mal-dövlətin fitnəsi odur ki, Allaha itaətdən uzaq salır və asiliklərə sövq edir. Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, "Hər bir ümmətin fitnəsi var. Məim ümmətimin fitnəsi isə mal-dövlətdir". Başqa bir hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Allaha and olsun ki, sizin üçün kasıbçılıqdan qorxmuram. Lakin qorxuram ki, sizdən əvvəlkiləri dünya necə öz cəndina almışdısa, sizə də elə alsın!"
Hədis insanları dünyaya və onun bər-bəzəyinə aldanmaqdan çəkindirir. Var-dövlət fitnəsi ilə yanaşı qadınların da törətdiyi fitnə olduqca qorunması vacib olan mühüm məslədir. Əbu Səidin (Allah ondan razı olsun!) hədisində peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Dünya şirin və yaşıllıqla dolu bir məskəndir. Allah sizi ora xəlifə təyin etmiş və ondan necə istifadə edəcəyinizə nəzarət edir. Dünyadan və qadınlardan qorxun! Həqiqətən, İsrail oğullarının ilk fitnəsi qadınların əli ilə olmuşdur".
Digər bir səhih hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Sizlərdən biri öz xəstəliyinizi sudan qoruduğu kimi, Allah da sevdiyi qulunu dünyadan qoruyar". İnsan dünya fitnəsinə düşdüyü zaman özünü unudar və istəkləri ona qalib gələr. Axirətin unudulması isə möminin sifətlərindən deyil, əksinə kafirlərə xasdır. Allah taala buyurur ki, "Qoy hələ yeyib içsinlər, ləzzət alsınlar, arzuları-ümidləri başlarını qatsın. Sonra biləcəklər!" (əl-Hicr, 3) Başqa bir ayədə Uca Allah buyurur: "Artıq Bizim Quranımızdan üz çevirib dünya həyatından başqa bir şey istəməyənlərdən üz döndər! Onların bildiyi elə bu qədərdir". (ən-Nəcm, 29-30)

Bu, dünyaya bağlılıq və axirəti unutmaqdır. Allah həmin əməldən çəkindirərək buyurur: "Onlar ancaq o saatın qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. Onlara gəlib yetişdiyi zaman ibrət almaları onlara nə fayda verər?!" (Muhəmməd, 18) Ənəs bin Malikin və Səhl bin Sədin rəvayət edirlər ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) şəhadət barmağı ilə ortancıl barmağını göstərərək buyurdu: "Mənim göndərilişimlə Qiyamətin arası bu qədərdir". Bitməyən arzu-istəklər insanlarin əhəmiyyət vermədiyi iki şeyin - sağlamlığı və vaxtı məhv edir. İbn Abbasın rəvayət etdiyi hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur ki, İnsanların çoxu iki nemətdə aldanırlar: Biri sağlamlıq, digəri isə boş vaxtdır". Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurduğu kimi, var-dövlət də insanın aldandığı bir şeydir: "Adəm övladı "Mənim malım! Mənim malım!" - deyər. Ey Adəm övladı, sənin yeyib sonra heç etdiyin yeməkdən, geyinib sonra köhnəltdiyin geyimdən və ya verib sonuna çıxdığın sədəqədən başqa sahib olduğun nəsə varmı?" Bu hədis həriscəsinə mənimsəmənin törətdiyi fitnəni vəsf edir. Insan dünyada yalnız istifadəe etdiyi geyim və ya qidaya sahib çıxa bilir. Bunların müqabilində isə Allaha şükr edib, malını yaxşılığa və xeyir işlərə xərcləsə, Allah ona savab yazar. Ey insan, sən bu dünyada qoruyucu vəzifəsini daşıyırsan, sənə əmanət edilən şeylərin hesabı səndən soruşulacaq. Və sən həmin hesaba əsasən ya mükafat, ya da cəza qazanacaqsan.
Tirmizi və Müslimin qeyd etdikləri hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Müsəlman olub ruzisinə qane olan və Allahın kifayət etdiyi kimsə nicat tapmışdır". Rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) insanları Allahin nemətlərini qorumağa səsləyir: "Sizdən aşağıdakılara baxın, yuxarınızda olanlara baxmayın! (salaman) Hər şeyin ən doğrusunu Uca Allah bilir.
Blogger tarafından desteklenmektedir.