Mənhəcin əsasları

Titulo

24.02.2016

Əmr sahibləri ilə bağlı olan əmanət

Əmanətin əmr sahiblər ilə bağlı olan növü də mövcuddur. Alimlər qeyd edirlər ki, xatırlanan "Allah sizə əmanətləri öz sahiblərinə qaytarmanızı və insanlar arasında hökm etdiyiniz zaman ədalətlə hökm etmənizi əmr edir". (ən-Nisə, 58) ayəsi Zeyd bin Əsləmin rəvayətinə əsasən bu, vətəndaşlara ədalətsizlik və ya zülm etmədən onların haqlarını qoruyaraq, vəzifənin yerinə yetirilməsi üçün əmr sahiblərinə edilən xitabdır. Vəzifəyə görə məsuliyyət daşımaq yerinə yetirilməsi vacib olan əmanətin bir hissəsidir. Buna görə də müsəlman ölkələrindəki əmr sahibləri zülmün aradan götürülməsinə var gücləri ilə çalışmalıdılar.


Onlar millətə siyasi, ictimai və iqtisadi həyatlarında üz verə biləcək bütün zərər və ziyanlara görə cavabdehdirlər. Insanlara Quran tərbiyəsinin aşılanması, müsəlman gəncinin sağlam ruhda hazırlayaraq istiqamətləndirilməsi, təsbit olunmuş qanunlara yetərincə rəayət edilməsi və bütün bunların təlim prosesinə daxil edilməsi bilavasitə əmr sahibləri ilə bağlı olan ümdə vəzifələrdir. Həmçinin, yaxşı işlər görməyi əmr etmək, pis işlərdən çəkindirmək, insanları Allahın dininə və Onun yolunda cihad etməyə çağırmaq ilk əvvəl onun vəzifəsidir. Əgər bunları etsələr əmanəti yerinə yetirməmək günahından uzaq olarlar. Yox əgər nöqsanlar buraxsalar, buraxdıqları nöqsanlar qədər günah qazanarlar. Rəsulullahın Bizans imperatoruna göndərdiyi məktubda deyilirdi: "Mərhəmətli və Rəhimli Allahın adı ilə! Allahın qulu və elçisi Məhəmməddən Bizans rəhbəri Herakla məktub! Doğru yola tabe olan hər kəsə salam olsun! Daha sonra, səni İslam dininə dəvət edirəm. müsəlman ol, qəbul et, Allah sənin mükafatını ikiqat verəcək. Yox əgər üz çevirsən Bütün Bizanslıların günahı ilə yüklənəcəksən! "Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! ( O kəlmə budur: ) "Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!" Əgər onlar yenə də üz döndərərlərsə, o zaman (onlara) deyin: "İndi şahid olun ki, biz, həqiqətən, müsəlmanlarıq". (Əli İmran, 64)
Rəhbər şəxsin müsəlmanlara idarəçilik etmək üçün içlərində Allah qatında daha layiqli şəxs ola-ola başqa birisini təyin etməsi onun sahib olduğu xəyanətidir. Lazım olmadan və ehtiyac duyulmadan əmirliyin və ya hər hansı rəhbər vəzifənin istənilməsi qadağandır. Əbu Hureyrədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Siz əmirliyə çox can atırsınız, Qiyamət günü isə ona görə peşman olacaqsınız". Əbu Zər rəvayət edərək bildirir ki, mən dedim: "Ya rəsulullah, mənə vəzifə verərsənmi?" O (ona və ailəsinə Allahın salavatı və salamı olsun) əli ilə mənim çiynimə vurub dedi: "Ey Əbu Zərr, sən zəif, o isə əmanətdir. Vəzifə, onu haqqı ilə götürəndən və üzərinə düşdüyü şəkildə yerinə yetirəndən başqası üçün Qiyamət günü peşmançılıq və utanc verici olacaq!"
Blogger tarafından desteklenmektedir.