Mənhəcin əsasları

Titulo

22.02.2016

Orucunu vaxtından əvvəl açmaq fikrinə düşən

• Sual: Qəti olaraq orucu açmaq niyətində olan adam yeyib-içməsə də iftar etmiş sayılırmı?
• Cavab: Məlum olduğu kimi oruc niyət etməklə tərk etməyi birlikdə cəm etməkdir. Insan oruc ilə yemək-içməyi tərk edərək Allaha yaxınlaşmağı niyət edir. Həqiqətən o orucu açamaq niyətində olarsa bu onun orucunu batil edər. Amma bu Ramazan ayında olarsa günəş batana qədər yeyib-içməkdən imtina etmək vacibdir. Sonra bu orucun qəzasını tutmalıdır. Çünki Ramazan ayında üzürsüz yerə iftar edən gündüz vaxtı yeyib-içməkdən imtina etməli sonra isə orucu qəza etməlidir. Amma onun oruc açmaq niyəti tərəddüdlü (qeyri qəti) olarsa bu haqda alimlərin ixtilafı vardır. Bəziləri belə halda orucun batil olmasını deyirlər, çünki tərəddüd etmək əzmə (qəti istəkə) ziddir. Digər alimlər isə orucun batil olmadığını deyirlər. Çünki əsas niyyətin qalmasıdır. Niyət onu qəti dəyişmək istəyinə düşənə qədər davam edir. Mən də bu fikri daha doğru hesab edirəm. Allah daha yaxşı biləndir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Blogger tarafından desteklenmektedir.