Mənhəcin əsasları

Titulo

18.02.2016

Qamət Süleymanovun Said Buryatskinin bəzi ittihamlarına verdiyi təkzib



Bəzi qardaşlarımız "Bir il keçdikdən sonra cihada daxildən baxış" adlı Said Buryatskinin məqaləsini oxuduqdan sonra onu Qamət Süleymanova göstərdilər və ondan bu məqalə ilə bağlı orada olan şübhə və ittihamlara öz münasibətini bildirməyi xaiş etdilər. Çünki məqalənin müəllifi orada nəinki Qamətin özünə və Rinat qardaşımıza böhtan atmış, habelə İslam dininin böyük alimlərini ittiham etmiş, bəzilərinə isə istinad edərək onların adından yalan söyləmiş və təhrif edilmiş faklar gətirmişdir. Bu da, öz növbəsində Qamət qardaşımızı məsələyə aydınlıq gətirməyə sövq etmişdir. Aşağıda gətirdiyimiz məqalə gələmə alınmış Qamət qardaşımızın məsələ ilə bağlı nitqidir. Onun söylədikləri gələmə alındıqdan sonra onun özünə göstərilmişdir və o özü mətni yoxlamış və təsdiqləmişdir.

Rəhmli və Mərhəmətli olan Uca Allahın adı ilə. Onun elçisi Məhəmmədə, onun ailəsinə, əshabələrinə və onların ardınca Qiyamət gününə qədər gedənlərə Allahın salamı və xeyir duası olsun.

Öncə qeyd etmək istərdim ki, Said Buryatskinin tərtib etdiyi məqalədən bəlli olur ki, onun dini biliyi yoxdur və İslam elmlərindən tam uzaqdır. Mən həmişə insanlara onu tövsiyə etmişəm ki, dindən başı çıxmayan dindən danışmasın, çünki sonda bu hər zaman olduğu kimi pis nəticələrə gətirib çıxarır. Bizim qabaqcılarımız (sələflərimiz) deyərdilər: "Bu biliklər sizin dininizdir, odur ki, bu bilikləri kimdən göturdüyünüzə fikir verin!". Onuda bildirmək lazımdır ki, S.Buryatski məqaləni yazarkən güddüyü məqsəd bir qrup müsəlmanları ittiham edərək başqa dəstəni təbliğ etməkdir. Daha dəqiq desək müəyyən adamları reklam etməkdir. Onun yazdıqlarını diqqətlə oxuyan elə nəticəyə gələ bilər ki, guya biz cihadı tam inkar edirik. Belə bir ittiham bizə qarşı ilk dəfə deyil, çünki peyda olan və Allahın dininə yeniliklər gətirən hər bir firqə və ya təriqət bizi İslamda nəyisə inkar etməkdə ittiam edir. Məsələn, bəzilərinə görə guya biz peyğəmbər ailəsini inkar edirik, başqalarına görə guya biz kəramət və övliyaları inkar edirik, kimlərsə guya qəbirləri ziyarət etməyi qadağan etdiyimizi deyir. Əslən bu cür ittihamlar əsassızdır və bizə qarşı böhtandır. Biz heç zaman cihadı inkar etməmişik, fəqət şəriətə zidd və İslamla əlaqəsi olmayan cihaddan başqa. Belə bir cihadı Şeyxul-İslam İbn Teymiyyə Cihadul-Bid`a adlandırmışdır, yəni bidət Cihadı (dində olmayan, sonradan əlavə edilən yeniliklər). Buna misal olaraq xaricilərin Əliyə (r.a.) qarşı savaşını çəkmək olar. Xaricilər həmin savaşı cihad adlandırırdılar, lakin o bidət cihadı idi. Onu bilmək lazımdır ki, bir kəs və ya dəstə əlinə silah alıb başqalarına qarşı çıxarsa, bu o demək deyil ki, onun (və ya onların) mübarizəsi cihad adlandırılacaq və İslama, şəriətə uyğun cihad olacaq.

Əvvəllər dəfələrlə qeyd etdiyimiz kimi, bizim cihada münasibətimiz belədir: İslamda cihad mövcuddur, və onun dində mötəbər yeri var, və cihad ən şərəfli ibadətlərdən biridir. Həmçinin cihad hər bir möminin qəlbində əfzəl ibadət kimi yer almalıdır. Təəssüflər olsun ki, zamanımızda cihadı təbliğ edən müxtəlif insanlar və ya dəstələr cihadın şərtlərini və qaydalarını düzgün izah etmirlər. Bununla onlar o kəslərə bənzəyir ki, gecə gündüz insanları namaza dəvət edir (namaz qılmağı təbliğ edir) lakin namazın şərtlərini və qaydalarını onlara izah etmir. Halbuki namazda şərtlərin və qaydaların olması onun düzgün sayılmasının tələbidir, və yalnız bu halda Allah onu qəbul edir. Əks halda, şərtlər və qaydalar yerinə yetirilməsə Allah həmin ibadəti qəbul etməz. Yəni, namazın məğbul sayılması üçün və Allah tərəfindən qəbul olması üçün bir çox şərtlər var. Məsələn, namazdan öncə dəstəmaz almaqdır (ehtiyac varsa qüsl alınmalıdır), həmçinin mömin dəstəmazı və qüslü nəcür almağı və onları pozan amilləri də bilməlidir. Bundan başqa onu da bilməlidir ki, hər namazın öz müəyyən edilmiş vaxtları var. Şərtlərdən biridə möminin bədənində, paltarında və qıldığı yerdə nəcisin olmamasıdır. Həmçinin qiblə və niyyət də şərtlərdəndir. Sadaladığımız yalnız namazın bəzi vacib şərtləridir ki, namaz düzgün sayılsın və Allah tərəfindən qəbul olunsun.

Bu həmçinin ibadətin başqa növlərinə də aiddir. Yəni hər bir ibadətin şərtləri və qaydaları var. Lakin məqalənin müəllifi bunların əksinə olaraq "cihadı istədiyiniz kimi edin" fikirlə çıxış edir, guya cihad etməyin heç bir qaydaları yoxdur. Maraqlısı odur ki, müəllif cihadı nə cür etməyi şəriətə əsaslanmış şərt və qaydalarla deyil, meşələrdə bir avtomat və iki yüz güllə ilə kimisə öldürərək va ya kimisə təqib edərək özünün göstərdiyi şəxsi "ikidlik" hekayələriylə təbliğ edir. Mömin müsəlman özünün yaxşı əməllərini ifşa etməkdə ilk öncə ehtiyatlı olmalıdır ki, bu onun ihlasına ziyan vurmasın. Bunu peyğəmbər əshabələrin və onlardan sonra gələn əməlisaleh öndərimizlərin həyatından görə bilərik. O şəxsən bunu bilməli idi, çünki öz leksiyalarında əshabələrin və alimlərin həyatlarından danışırdı. Bu cür hərəkət sədəqə vermiş və namaz qılmış sonra isə bunları necə və harada etdiyini hamıya danışmış bir insana bənzəyir.

Lakin müəllif haqqında çox danışmaq istəməzdim, çünki onu yaxşı tanımıram, baxmayaraq ki, o mənim haqqımda öz məqaləsində bir neçə bəyanətlə çıxış etmişdir və bu bəyanətlər ona haqqımda deyilmiş yalnış təsəvvürlər üzərində qurulmuşdur. Halbuki, müəllif özü məqaləsində qeyd edir ki, kimisə ittiham etməkdən öncə məsələni dəqiqləşdirmək lazımdır, lakin mənim barəmdə o bunu etməmişdir. Əlbəttə peyğəmbərin (s.a.s.) dediyi kimi, hər kəs səhv edə bilər.

Allaha Həmd olsun, biz sələfin (qabaqçıl əməlisalehlərin) yolundayıq, əqidəmiz və dəvətimiz açıq aydın olan Quran və peyğəmbər Sünnəsidir, əməli saleh qabaqçılarımızın başa düşdüyü kimi. Təəssüflər olsun ki, zamanımızda müsəlmanlar arasında yalnış fikirlər ondan ibarətdir ki, onlar cihadı yalnız müharibə yolu ilə qəbul edir, şərtlərini və qaydalarını inkar edib, mübarizənin nəticəsinə önəm vermirlər. Onların fikirlərinə görə əsas olaraq cihada başlamaqdır, sonra isə Allah özü kömək edər. Beləliklə, onlar öz ətrafında elə abu havaya gətirib çıxarıblar ki, bir kəs cihadın şərtləri və qaydaları haqqında söz açsa, və yahud cihadın növlərindən danışsa, və cihadın ən şərəflisi nəfsə qarşı olan cihaddır desə (İbn Teymiyyənin qeyd etdiyi kimi: - "nəfsə qarşı olan cihad bütün cihadların bünövrəsidir"), onda onlar o adamı ya gorxaq, ya cihadı inkar edən, ya da kı, hansısa kəşviyyət xidmətinin agentı adlandıracaqlar. Hətta, bəzən elə adamı heç müsəlman saymırlar. Əhli-Sünnənin böyük alimlərindən olan İbn Qeyyum "Zad əl-Məad" kitabında cihadın 14 növündən söz açır və onları bir bir izah edir. Hər bir müsəlman anlamalıdır ki, daxildə olan düşmənlərə, yani nəfsə və öz şeytanına qarşı qalib gəlməyincə xarici düşmənlərə qalib gəlmək mümkün deyil.

Müəllifin məqaləsində başqa qəribə yerlər də var, məsələn o Çeçenistandan dəvət aldıqdan sonra ora cihad etməyə gedir. Sonra orada onun baxışları dəyişir. Əvvələr İslama dəvət üçün istifadə etdiyi Quran ayələri və hədisləri, sonralar o cihada əsas və çağırış kimi istifadə edir.

Həmçinin məqalənin bir çox yerlərində o bizi cihada qarşı çıxanlar kimi təsvir edir. Bəzilərini isə o münafiq (ikiüzlü) və mürtəd adlandırır. Bütün bunlar müəllifin bizə qarşı ittihamlarda ehtitatsız (məhsuliyyətsiz) və diqqətsiz olduğunu göstərir. Bu da, onu başqa gunahlara batmağa yol açır, məsələn yalan danışmağa və böhtan atmağa. Məsələn, onun yalan söylədiyi ifadə ondan ibarətdir ki, guya müdafiyə cihadında şərtlər yoxdur. Xüsusən müsəlman öz bəyanatlarında və ifadələrində ehtiyatlı olmalıdır və bilmədiyi şeylər haqqında danışmamalıdır, çünki bilmədiyi məsələlər haqqında danışmaq böyük gunahlardandır.

Uca Allah bu barədə buyur:
"[Ey insan!] Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü də demə]. Çünki qulaq, göz və ürək - bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır. Yer üzündə təkəbbürlə gəzib dolanma. Çünki sən nə yeri yara bilər, nə də [boyca] yüksəlib dağlara çata bilərsən" (Qurani Kərim, "əl-İsra" sürəsi, ayə 36-37).

Həmçinin Uca Allah buyurur:
"De ki: "Rəbbim yalnız aşkar və gizli alçaq işləri, hər cür gunahı, haqqsız zülmü, Allahın haqqında heç bir dəlil nazil etmədiyi hər hansı bir şeyi Ona şərik qoşmağınızı və Allaha qarşı bilmədiyiniz şeyləri deməyinizi haram buyurmuşdur" (Qurani Kərim, "əl-Əraf" sürəsi, ayə 33).

Öz məqaləsində müəllif bildirir ki, əgər bir kəs müdafiyə cihadında şərtlərin vacib olduğunu sübüt etsə, onda o öz baxışlarından dönüb bəzi əməllər edəcək. Təəssüflər olsun ki, o hələ də hansı problemlə üzləşdiyini anlamır. Çünki mən hesab edirəm ki, o harasa getməkdən öncə alimlərə müraciyət etsəydi, yaxud da, özü zəhmət çəkib bu barədə ədəbiyyət oxusaydı, onda asanlıqla müdafiyə cihadında şərtlərin olmasını aşqar edərdi (xüsusən gücün şərt olması haqda).

Bu barədə Şeyx Useyminin çox sayli dərslərini dinləyib və kitablarını oxumaq kifayətdir. Lakin məlum olur ki, müəllif bu məsələni araşdırmayıb. Hətta elə təsəvvür edirəm ki, onun əvvəldən Camaatul-Cihad dəstəsinin baxışlarına meyli var idi, lakin təzə təzə o baxışlarını ifşa etmirdi, yalnız ümumi mövzulardan, əshabələrin və əməli-salehlərin həyatından danışaraq özünə tərəfdaşları cəlb edirdi. Sonra isə müəyyən nüfuz əldə etdikdən sonra o baxışlarını yaymağa başladı. Əllbətdə, bu mənim şəxsi təsəvvürümdür, doğrusunu Allah bilir, lakin qıraqdan bunu müşaidə etmək olar.

Müdafiyə cihadında gücün şərt olmasını biz peyğəmbərin həyatından da görə bilərik. Bunu alimlərimiz də deyir. İbn Teymiyyə demişdir: "Məkkə dövründə Allah müsəlmanlara silalı cihad etməyi əmr etməmişdir, çünki onlar o vaxt zəif idilər" (bax "Cavab əs-Səhih" və "İqtada əs-Sırat əl-Mustaqim"). İbn Teymiyyənin sözlərindən məlum olur ki, kifaət qədər gücü olmayan halda müsəlmanlara silahlı cihad etmək olmaz. Və Mədinəyə hicrət edənə qədər onlara silahlı cihad əmr edilməmişdir.

Lakin Məkkə zamanı silahlı cihad icazəli olmasada Uca Allah buyurmuşdu:
"[Ya Məhəmməd!]kafirlərə itaət etmə və onlara qarşı Quranla böyük bir cihad et!" (Qurani Kərim, "Furkan" sürəsi, ayə 33).

Fikir verin, Allah Quranla İslama dəvəti böyük cihad adlandırır. Bu isə nə deməkdir:
Birincisi. İslama dəvət etmək böyük cihad sayılır.
İkincisi. Möminlər hər zaman cihad ediblər.
Üçüncüsü. Cihadın müxtəlif növləri var və cihad dedikdə yalnız silahlı cihad nəzərdə tutulmamalıdır.
Dördüncüsü. Allah öz qullarına şəraitə və müsəlmanların imkanlarına uyğun olaraq cihadı əmr edir. Odur ki, müsəlmanlar (baxmayaraq ki, aralarında peyğəmbər, həmçinin Abu Bakr, Ömər, Osman, Əli, Bilal, Həmzə və s. kimi dahi əshabələr var idi) zəif olanda Allah onlara nəinki silahla cihad etməyi buyurmadı, əksinə onlara Məkkəni tərk etməyi əmr etdi.

Beləliklə, alimlərin qeyd etdikləri kimi, cihadın növləri şəraitə uyğun olaraq mərhələlərlə əmr edilmişdir. Öncə Allah İslama dəvəti əmr etmişdir və silahlı cihad yasaq idi. Sonra, müsəlmanlar Mədinədə dövlət quranda Allah onlara silahla müdafiyə olmağa izn vermişdir. Növbəti mərhələdə isə, o kəsləlrə müharibə (hücum) etməyə əmr verilmişdir ki, onlar müsəlmanlarla vuruşurdu. Və sonuncu mərhələdə Allah bütün kafirlərə qarşı (kafir ölkələrə qarşı) cihadı əmr etmişdir. Lakin onu da bilmək lazımdır ki, silahlı cihad iki cür olur, tələb (hücum) və müdafiə cihadı.

Tələb (hücum) cihadın şərtləri bunlardır:
1) Xəlifə (dövlət başçısı) olmalıdır
2) Müsəlmanlarla düşmənlər arasında aydın sərhət olmalıdır
3) Baza olmalıdır (ehtiyac olanda qayıtmaq üçün)
4) Kifayət edən güc olmalıdır və s. şərtlət

Müdafiə cihadında isə şərtlər fərglənir, buna baxmayaraq gücün olması müdafiə cihadında da şərtdir. Lakin müdafiə halları da müxtəlif ola bilər və bəzilərində gücün olması vacib deyil. Məsələn, hər hansı bir ərazidə müsəlmanlar daha güclü düşmənlər tərəfindən mühasirəyə alınarsa və onların məqsədi bütün müsəlmanları qətlə yetirməkdirsə, həmçinin müsəlmanların geri çəkilməyə yaxud da müvəqqəti sülh əldə etməyə imkanları olmasa, onda əlbəttə güc şərt deyil. Belə halda onlar sona qədər vuruşmalıdır. Amma müsəlmanların geri çəkilməyə yaxud da müvəqqəti sülh əldə etməyə imkanları olsa, onda onlar bu əlverişli haldan istifadə etməlidirlər ki, müsəlmanları xilas etsinlər. Bəzən belə halları müsəlmanların qələbəsi kimi də adlandırmaq olar. Buna misal olaraq Xalid ibn Validin başçılığı altında müsəlmanlarla bizanslılar arasında olan Muta döyüşünü çəkmək olar. O zaman ki, Xalid ibn Valid bizanslıların daha güclü və çox saylı olduğunu gördükdə, müsəlmanlara geri çəkilməyə əmr etmişdi, bundan xəbər alan peyğəmbər Xalidin təşəbbüsünü qələbə adlandırmışdı.

Gücün şərt olması haqqında bəhs edərək Şeyx ul-İslam İbn Teymiyyə "əs-Saarim əl-Maslul" kitabında qeyd edir: "silahlı cihadı əmr edən ayələr o zaman tədbiq edilməlidir ki, müsəlmanlar güclüdür və onların idarəçisi-rəhbəri (başçısı) var, amma zəif olan halda müsəlmanlar İslama dəvəti və səbr etməyi əmr edən ayələri tədbiq etməlidirlər". Təəssüflər olsun ki, bir çoxları silahlı cihadı əmr edən Quran ayələrini, hədisləri və alimlərin dediklərini əsas götürərək, onları hansı şəraitdə tədbiq edilməsinə önəm vermirlər. Cihad bir dəvətdir, həm də ibadətdir və onu necə gəldi etmək olmaz. Lakin silahlı cihadda gücün şərt olması məsələsinə qayıdaraq yenə alimlərə müraciyət edək. Bu barədə şeyx ul-İslam İbn Teymiyyə "İstiqama" və"Təlbis əl-Cəhmiyyə" kitabında bəhs edir. Həmçinin, bu barədə imam Nəvavi "Ravdatun ət-Talibin" kitabında demişdir: "həm tələb (hücüm) həm də müdafiyə cihadında güc şərtdir və bu səbəbdən Allah müvəqqəti sülh baxlamağa əmr etmışdir. Əgər güc tələb olunmasaydı onda sülh bağlamağa ehtiyac olmazdı, əksinə sona qədər vuruşmaq əmr edilərdi".

Ümumiyətlə cihadın məqsədlərindən biri də odur ki, nəfsləri qorusun, cihad onun üçün əmr olunmayıb ki, nəfsləri tələf etsin. Bu səbəbdən Uca Allah müsəlmanlar zəif olan halda onlara sülh bağlamağa əmr etmişdir. Elə bu haqda imam Nəvavi öz kitabında qeyd edir və imam Qazalinin də eyni sözdərini rəvayət edir. Bunu həm də Abu Zəkariyyə ibn Nəhhas da demişdir. Onu da qeyd etmək istəyirəm ki, imam Nəvavi hicrətin 676-cı, ibn Nəhhas isə 814-cü ildə dünyalarını dəyişmişdilər. Yəni, onlar müasir alimlər deyil, 6-8 əsr bundan öncə yaşamışlar. Ona işarə edirəm ki, sonra bəzi insanlar "onlar da "KGBşnikdilər" ya da xüsusi organlara çalışırlar" deməsinlər. Təəssüflər olsun ki, bəzi insanların fikirlərinə görə, cihadın şərtlərindən danışan müsəlman ya gorxaqdır, ya xüsusi organ işçisidir, ya da İslamı tərk etmişdir.

Möhtərəm qardaşlar, bu səbəbdən demək istayirəm ki, cihad olduqca böyük və önəmli məsələdir, ona görə də cihad haqda hər müsəlman deyil, yalnız böyük alimlər danışa bilər (xüsusən də cihad haqda hökm vermək yalnız böyük alimlərin işidir ). Bunu şeyx ul-İslam İbn Teymiyyə də "Minhəc əs-Sünnə" kitabında deyir: "Bu cür məsələlər haqda bəhs etmək xüsusi aləmlərin işidir, hər adamın deyil". Beləliklə, cihadda gücün şərt olması haqda biz bəzi dəlilləri və alimlərin dediklərini qeyd etdik. Əgər bütün bunlardan sonra, kimsə əlavə dəlillər tələb etsə, onda o günorta vaxtı istidə günün çıxması barədə dəlil tələb edən adama bənzəyər, halbuki gündüz vaxtı günəşin çıxması dəlilsiz də hamıya məlumdur.

Həmçinin, müəllifin öz məqaləsində İbn Teymiyyəyə və İbn Həzmə istinad edilmiş sözlərə də diqqətimi cəlb etdi. Qəribədir ki, müəllif alimlərin dediklərini hansı kitablardan götürdüyünü qeyd etmir. Nəticəyə gəldim ki, müəllif özü həmin alimlərin kitablarını oxumamış, sitatları isə ya kimdənsə eşidib, ya da başqa bir naməlum kitabdan (guya onların belə dediklərini) iqtibas edmişdir. Mən müəllifə məsləhət görərdim ki, o özü İbn Teymiyyə və İbn Həzmin kitablarını oxusun. Çünki dinə yeniliklər əlavə edən insanlar (bidət əhli) çox vaxt şeyxin və başqa alimlərin adından yalan söyləyirlər. Amma elm tələbəsi özü şəxsən mənbələrə müraciyət edəndə, ona haqq məlum olur. Bu da elm tələbəsi üçün mühümdür.

Sonra o, özlərinin əmiri barəsində yazır. Amma sual vermək istərdik, o əmiri kim təin edib və hansı qaydalarla seçilib? Məgər bir neçə insan meşədə yığışıb kimisə əmir seçə bilərlər? Sonra da bütün müsəlmanlardan ona tabe olmağı tələb edirlər. Bu cür hərəkətlər hansı şəriyətə əsaslanır, hansı qaydalar üzərində qurulub? Hansı alim bu cür əməliyyatların doğru olduğunu deyib? Şəxsən mən onların əmirləri barəsində bir söz deyə bilmərəm, çünki onu tanımıram. Lakin müəllif onu elə vəsf edir ki, bizdə sual doğur: Niyə o əvəllər tanınmışlar sırasında deyildi və biz onun haqqında eşitməmişik, xüsusən birinci və ikinci müharibə dövrlərində? Necə olur ki, ondan da məhşurlar və təcrübəlilər birinci və ikinci müharibə dövrlərində istədiklərinə nail ola bilmədilər, sonda hamısını öldürdülər, baxmayaraq ki, dövlət onların əlində idi və onlar vəzifə sahibləri idi (öz dövlətləri var idi). Lakin İslamı yaya bilmədilər. Belə isə, bu gün bütün o imkanların olmadığı vaxtda bunlar nə edə bilərlər? Bundan əlavə, onların müdafiyə cihadında qəribə və heç bir qaydaya əsaslanmayan yanaşması odur ki, onlar bütün Qafqazı Əmirlik elan ediblər. Müdafiyə cihadın necə olduğunu biz bilirik. Müdafiyə cihadı o deməkdir ki, müsəlman ölkəsi düşmənlər tərəfindən hücuma məruz qalır və müsəlmanlar özlərini müdafiyə etmək üçün və düşmənləri qovmaq üçün onlarla cihad edir, təbii ki, əgər onları gücü və imkanları varsa. Bu müdafiyə cihadında sona çatdırılmalı hədəfdir. Belə isə, harda görünüb ki, müdafiyə cihadı aparılarkən yeni dövlətin qurulması elan edilsin və bu yeni dövlət nəyinki elan edənlərin ərazisini əhatə edir, hətta ətrafda olan müstəqil Qafqaz dövlətləridə ora daxil olmuşdur? Bu şəriyətin hansı qaydalarına əsaslanır? Müdafiyə cihadın bu cür aparılmasına dair onlar bizə dəlilləri hardan gətirə bilərlər? Doğrusu bu müdafiyə cihadına yox, əksinə tələb (hücum) cihadına oxşayır. Daha dəqiq, elə təsəvvür yaranır ki, onlar müdafiyə cihadı pərdəsi altında tələb (hücum) cihadına dəvət edirlər.

Sonra müəllif bizi, yani sələf minhəcində olanları, alimlərə müraciyət etməyi zəruri gördüyümüzə görə və müasir dövrümüzdə müsəlmanların zəif olduğunu dediyimizə görə ittiham edir. Məgər bu belə deyil? Yoxsa o, bu gün müsəlmanların güclü olduğunu iddia edir? Düşünmürəm ki, bir kəs bu gün müsəlmanların zəif olduğunu inkar etsin. Müəllif onu da iddia edir ki, əvvəl o oranın kəşviyyat organları tərəfindən idarə edildiyini düşünürdü, lakin sonra ora gəldikdə aşkar etdi ki, guya orada baş verən hadisələrdən dünyanın kəşviyyat organlarının xəbəri yoxdur. Təki belə olsun, amma onun bu cür düşünməyi qəribədir.

Diqqəti cəlb edən başqa məsələ də odur ki, müəllif Usama bin Ladeni şeyx adlandırır. Bu isə Buryatskinin minhəcinə ləkədir, çünki bin Ladenin zəlalət əhlindən olması bəllidir və bunu tək mən demirəm. Onun haqqında Şeyx İbrahim ibn Abdullah Mutlaq demişdir: "bin Laden müctəhidlərin imamı (şeyxi) deyil, xaricilərin imamıdır". Həmçinin onun zəlalət əhlindən olması barəsində İbn Baz, Useymin, Əlbani, Fauzan və başqa böyük alimlər demişdilər. Amma bəzi yalançılar fərasət edib deyiblər ki, İbn Bazın bin Laden haqqında dedikləri yalandır (guya İbn Baz ona qarşı heç bir şey deməyib), lakin Şeyx Useymin onları tənqid edib və İbn Bazın dediklərini təsdiqləyib. Hətta, şeyx Fauzan bu barədə demişdir: "İbn Bazın bin Laden haqqında tənqidi yalandır, deyən kəs, ozü yalançıdır!" Bu alimlərin bin Laden haqqında dediklərini sadalamağa ehtiyac görmürəm, çünki bu haqda maraqlananlar lazımı olan məlumatı əldə edə bilər. Günümüzdə silahlı cihad məsələsinə gəldikdə isə onu qeyd etmək istəyirəm ki, bu alimlərin heç biri silahlı cihadı məsləhət görməyib, əksinə onların fətvalarına əsasən bu gün silahlı cihad müsəlmanların xeyrinə deyil, zərərinədir. Bu da, cihadın qaydalarındandır ki, istər müdafiyə olsun istərsə də yox, əsas məqsəd müsəlmanların xeyrinə olmalıdır. Əgər xeyrinədirsə, onda cihad aparılsın, yox əgər zərərinədirsə, onda cihad etmək olmaz. Çünki cihad müsəlmanların maraqlarına xidmət edir. Bundan əlavə qardaşların diqqətini ona cəlb etmək istərdim ki, müəllif və onunla həmfikir olanlar heç vaxt İbn Baz, Useymin, Albani, Fauzan və başqa böyük alimləri ittiham etmirlər, ancaq çox məhşur olmayan və dərəcələri aşağı olan Şeyx Rabi, yaxud da Şeyx Cəmi kimi alimləri tənqid edirlər. Çünki bilirlər ki, dindən bir az məlumatı olanlar bu böyük alimlərə olan ittihamları müsbət qarşılamazlar. Bu səbəbdən də müəllif tanınmamış alimləri ittiham edir, bəzən də belə deyir "bu fikri daşiyanlar, Qamət və Rinat". Halbuki Qamət və Rinat bu fikri daşıyan yox, tədbiq edənlərdir, və onları öyrədən məhz Şeyx İbn Baz, Şeyx Useymin, Şeyx Əlbanidir!

Beləliklə onlar sıravi müsəlmanlarda elə təsəvvür formalaşdırmaq istəyirlər ki, guya böyük alimlər bunların tutduğu yolu təsdiqləyir, yalnız dərəcədə aşağı olanlar Şeyx Rabi, Şeyx Cəmi, həmçinin Rinat və Qamət kimiləri bunların fikirlərinə müxalifdir və dinə yeniliklər gətirirlər. Əlbəttə soruşa bilərsiz ki, niyə onlar bu üslubdan istifadə edir? Cavabı aydındır, əgər onlar böyük alimləri açıq aşkar tənqid etsələr, onda hətta dindən az məlumatlı olan müsəlmanlar belə onları dəstəkləməz. Sübhən Allah! Gerçəkdə isə Şeyx Rabi və Şeyx Cəminin dedikləri, həmçinin Rinat və Qamətin tədbiq etdikləri, Şeyx İbn Baz, Şeyx Useymin, Şeyx Əlbani və Şeyx Fauzanın ömür boyu dediklərindən və öyrətdiklərindən heç də fərqlənmir. Qardaşlarımız bunu bilməlidirlər ki, biz heç bir şeyi öz başına demirik, ağlımıza gələni danışmırıq, sadəcə alimlərin dediklərini çatdırırıq. Şəxsən müəllif tərəfindən mənə qarşı olan ədəbsizdiyi (məni istehza ilə Qamlet adlandırır) mən ona bağışlaya bilərəm, lakin böyük alimlərin adından yalan danışdığına göz yumma bilmərəm. Ona görə, onun alimlərə qarşı yalanlarını müsəlmanlara bildirməliyəm ki, insanlar aldanmasın və müəllifin böhtanları aşkar olsun. Bu adam böyük alimləri açıq aydın tənqid etməyə cəsarət etməsə də, bunu dolayısilə əsassız və məhsuliyyətsiz ittihamlarla Şeyx Rabi, Şeyx Cəmi və Rinat Qardaşımızı təngid edərək edir. Mən isə bu adama müraciyət edirəm: Allahdan qorx və tövbə et! Məgər sən İbn Baz, Useymin və Bakr abu Zeyd kimi alimlərin həqiqətə göz yummaqlarını və susmaqlarını zənn edirsən? Yoxsa onların axirət və əbədi olan əvəzində bu dünyanı seçdiklərini iddia edirsən? Sən Şeyx Rabini və Şeyx Cəmini amerika qoşunlarını Səudiyyə Ərəbistanda yerləşdirilməsinə dəstəq verdiklərinə görə tənqid edirsən, bəhs bilmirsən ki, bu qərarı İbn Bazın sədrliyi altında Fətvalar Üzrə Daimi Komitə təsdiqləmişdir? Axı bu məslə ilə bağlı Şeyx Rabinin və Şeyx Cəminin nə əlagəsi var? Sən iddia edirsən ki, İbn Baz, Useymin və Bakr abu Zeydin əvəzinə (onların adından) başqa adamlar imzalarını qoymuşdur, Sübhən Allah! Sənin sözlərindən elə çıxır ki, bu dahi alimlər axirətin əvəzinə bu dünyanı seçərək haqqı gizlədiblər, amma sən, ərəb dilini yenicə öyrənmiş "qoçaq" düz danışırsan. Bu açıq aydın bir yalandır. Amerika qoşunlarının yerləşdirilməsinə dair İbn Baz özü fətva vermişdir, sonralar isə bu qərarı müdafiyə edirdi. Useymin, Bakr Abu Zeyd və Fauzan kimi alimlər isə bu fətvaya qarşı çıxmadılar. Onu da bil ki, bu fətva 1990-cı ildə verilmişdir, İbn Baz və Useymin isə 1999-cu ildə dünyalarını dəyişmişlər. Bu 9 il ərzində onlar kitablar yazmış, dərslər demiş, fətvalar çıxarmışlar və heç bir dəfə həmin fətvanın səhv olduğunu və yaxud bu fətvanı çıxarmağa onları məcbur etdiklərini deməmişlər. Belə çıxır ki, bütün müsəlmanlardan bu həqiqəti susub gizlətmişlər, lakin sənin şeyxin bin Ladenin qulağına kimsə bunu pıçıldayıb. Sübhən Allah! Bu yalan və böhtandır! Belə uydurmalara necə inanmaq olar? Sənə tövsiyə edirəm, bizim dərəcələri aşağı olan alimlərimizi tənqid etməkdən əl çək! Əgər əgidəmiz və minhəcimiz bidət əhlini qane etmədiyi kimi səni də qane etmirsə, onda cəsarətli ol, ya bizim böyük alimlərimizi də tənqid et, ya da heç danışma! Həm Şeyx Rabi həm də Şeyx Cəmi sələfi alimləridir. Şeyx Rabinin evində bir neçə dəfə olmuşam. Şeyx Cəmi isə bizə İbn Teymiyyənin "Tadmuriyə" kitabını oxutdurub və onunla o bizə əgidə dərsini keçmişdir. Və onu deyə bilərəm ki, əgidəyə aid onun dediyi dərslər mənim ən sevimli dərslər idi. Müsəlman Allahdan qorxmalıdır və alimləri ittiham etməməlidir, xüsusən əgər özün İslama böyük xeyir gətirməmisən.

Sonra müəllif çalışır onu göstərməyə ki, guya şeyx Cibrin onları dəstəkləyir. Birincisi, imam Malik peyğəmbərin məscidində aparılan dərslərin birində demişdir: "Hər adamın sözünü rədd edə bilərsiniz, (və əli ilə peyğəmbərin qəbrinə işarə edərək) bu qəbrin sahibinin sözündən başqa". Biz bu cür yanaşmalıyıq, əsası olan hər bir şeyi gəbul edib, olmayanı isə tərk etməliyik. Şeyx Cibrini də yaxşı tanıyırıq. Özüm onun evində iki dəfə olmuşam və söhbət etmişik. Sonuncu dəfə biz Çeçenistanda olan cihada dair sual verdik. Düzdür onun bu məsələylə bağlı fikirləri başqa alimlərdən fərglidir. Amma eyni zamanda Buryatskinin dediklərindən də fərqlidir. O müəllif kimi heç bir şərtin olmadığını demir, əksinə o demişdir ki, Çeçenistanda müdafiyə cihadı var, lakin orada iştirak etmək üçün 3 şərt vacibdir: "valideynlərin icazəsi, dövlətin icazəsi və əgər İslam dəvətinə zərər deyilsə. Bu elə bir iş deyil ki, ora kiminsə çağırışı ilə gedəsən". Bax bunu bizə Şeyx Cibrin iki il öncə söyləmişdir və deyilənlərin audio kasetə yazılmış versiyası var. Said Buryatski isə məqaləsində müdafiyə cihadında heç bir şərtin olmadığını deyir. Bəs niyə müəllif Şeyx Cibrinin Çeçenistana dair fikirlərini öz məqaləsində qeyd edərək, şeyxin şərtlərini qeyd etməmişdir? Axı cihad da ibadətdir və onun şərtləri olmalıdır. Əgər təyamüm almağın şərtləri varsa (su olmayan halda qumla təmizlənmə) onda cihadın da şərtləri olmalıdır!

Müəllifin bu üslubunu yalnız həqiqəti gizlədib və faktları saxtalaşdırmaq adlandıra bilərəm. Gəlin onların Çeçenistanda olan fəaliyyətlərə nəzər salaq. Kimə və nə cür xeyir oldu bu müharibədən? Hamıya aydındır ki, ziyandan başqa bu müharibədən nə çeçen xalqına, nə qonşu xalqlara, nə müsəlmanlara, nə də İslam dəvətinə xeyr olmadı. Həmçinin müəllifin qəribə iddiası odur ki, cihadın nəticəsi mühüm deyil, əsas odur ki, cihad başlansın, sonra Allah kömək edər. Sübhən Allah! Bu nə batil bir xürəfatdır? Əksinə, hər bir ibadətin nəticəsinə baxmaq lazımdır, çünki hər bir ibadət qulun imkanı və gücünə görə vacib olur. Çünki, məxluq bir ibadəti yerinə yetirmək gücündə deyilsə və ya onun imkanı yoxdursa, və həmin ibadətdən xeyirdən çox ziyan olacaqsa, onda o həmin ibadəti etməməlidir.

Allah buyurur:
"Allahdan bacardığınız qədər qorxun..." (Qurani Kərim, "ət-Təğabun" sürəsi, ayə 16).

"Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər" (Qurani Kərim, "əl-Bəqərə" sürəsi, ayə 286).

Bu səbəbdən, Həbəşistan kralı Nəcaşi İslamı gəbul etdiyinə baxmayaraq, Allahın qanunları ilə hökm verə bilmirdi, və nəsrani qanunları ilə idarə etmək məcburiyətində idi. Lakin buna baxmayaraq alimlər onu böyük gunah etdiyini və ya yaxud küfr etdiyini demədilər. Bu haqda Şeyx ul-İslam İbn Teymiyyə "Minhəc əs-Sünnə"də qeyd edir. Bu səbəbdən heç kəsi dərhal küfrdə və ya fasiqlikdə ittiham etmək olmaz, çünki insan bəzən bir işi görməyə qadir deyil.

Sonra müəllif məqaləsində yazır ki, guya İbn Teymiyyə və İmam Əhməd rəhbərlərin etdiyi küfr haqda onların üzünə demişlər. Lakin bu da yalandır. Bu iddiaları hansı kitabdan oxumusan? Çünki məlum olanı odur ki, baxmayaraq İmam Əhməd rəhbərlərin əmri ilə dəfələrlə zülmə və işgəncələrə məruz qalıb, Quranın Allah kəlamı deyil məxluq olduğunu deməyə məcbur edilib (bütün bunlara baxmayaraq Quranın məxluq olduğunu inkar edib) o rəhbərlərə qarşı çıxmamışdır və üsyanı qadağan etmişdir. Rəhbərlərin açıq aydın etdiyi küfr əməllərinə baxmayaraq İmam Əhməd onlar üçün dua edirdi. Eyni sözdəri İbn Teymiyyə haqda demək olar. O bütün həyatı boyu rəhbərləri tərəfindən təqib edilib, zülmlərə məruz qalıb, həyatının çox hissəsini zindanda keçirib amma rəhbərlərə qarşı üsyan etməyi qadağan etmişdir.

Sonra müəllif Rinat qardaşımız haqda yazır və müəyyən olur ki, o bidət əhlinə qarşı mülayimdir. Bu isə yaxşı hal deyil. Sələf əqidəsində olanlar bu məsələyə ciddi yanaşırlar, çünki əqidə ən önəmlisidir. Məqalədən məlum olur ki, müəllif və onu kimilər üçün əqidə böyük rol oynamır, və onlar heç vaxt düzgün əqidədə olmağı təbliğ etmirlər. Onlar üçün ən önəmlisi siyasət və dövlətdir. Həmçinin o "mədxəli" firgəsindən yazır. Görəsən insan nə zaman "mədxəli" olur və onu necə müəyyən etmək olar? Onun sözündən elə nəticə çıxır ki, hər insan orada (Çeçenistanda) cihadın şəriyətə uyğun olmadığını desə "mədxəli" firqəsinə mənsub olur? Buryatski məqaləsində Seyid Qütbü müdafiyə edir və əsassız olaraq Şeyx Rabini ittiham edir. Sonra o Şeyx Rabi və Bakr Abu Zeydin arasında olan bir hadisəyə toxunur. Ümumiyətlə elm tələbələri bu cür hallara normal yanaşmalıdırlar. Alimlər öz aralarında bir birilərinə məsləhət və nəsihət edə bilərlər və ya bir məsələyə fərqli yanaşa bilərlər. O vaxt Şeyx Rabi Seyid Qütb haqqında kitab yazanda onu Bakr Abu Zeydə göstərdi. O da, öz növbəsində Şeyx Rabiyə bu məsələ ilə bağlı bir az mülayim və yumşaq olmağı məsləhət etdi. Həmçinin Şeqx Cibrin də bu cür məsləhət etmişdir. Axı burda aydın olmayan nədir? Məgər onlar Şeyx Rabini bidət etməkdə və ya küfrdə ittihdam etdilər? Aydın olmayan odur ki, müəllif hansı səbəbə görə Seyid Qütbü müdafiyə edir? Niyə məhs Şeyx Rabini tənqid edərək başqa alimlərin mövqelərini bildirmir? Məsələn, İbn Baz demişdir: "Seyid Qütbün kitabları cırılmalıdır". Bizə o aydın deyil ki, Seyid Qütbün çox sayda xətalarına baxmayaraq müəllif onu müdafiyə edir. Sonra isə məni Heydər Əliyevə cənazə namazı qılmağıma görə ittiham edir və guya mən bizimlə namaz qılmayanları münafiq adlandırmışam. Əlbəttə bu yalan və bötandır. Mən heç kəsi cənazı namazı qılmadığına görə münafiq adlandırmamışam. Birincisi, hamı məni təkfir və təkfirçilərə qarşı olan bir insan kimi tanıyır, belə olan halda mən cənazə namazını qılmayan bir kəsi necə münafiq adlandıra bilərəm? Əksinə, müəllif özü onunla razı olmayanları münafiq və mürtəd adlandırır.

İkincisi, bəli, biz Heydər Əliyevin cənazə namazını qılmışıq, çünki o müsəlman idi. Əlbəttə, onun da başqa insanlarda olduğu kimi günahları ola bilər. Sonra nə? Məgər səndə dəlil var ki, Heydər Əliyevə cənazə namazı qılmaq olmaz? Görəsən kimdə var belə dəlil?

Üçüncüsü, məgər ona cənazə namazını qılmaq küfrdür? Peyğəmbər (sallahu aleyhi və səlləm) münafiqlərin başçısı Abdullah ibn Salüləyə cənazə namazı qılmışdır, çünki bu cür etmək məsləhət idi. Və nəhayət sənin Heydər Əliyev haqqında mənfi danışmağa haqqın yoxdur. Bu məsələyə çox toxunmaq istəməzdim çünki qeyriləri də oxuya bilər bu məqaləni, lakin, onu bil ki, birinci müharibə dövründə ora gedənlərin çoxu Azərbaycandan gedirdi və orada yarananlar isə bura gəlib müalicə alırdılar. Bunlar məhz onun idarə etdiyi dövrdə baş vermişdir. O vaxtlar sən balaca uşaq idin, lakin orada olan böyüklərdən soruşsan sənə hər şeyi başa salarlar. Bu səbəbdən sənin o insan haqqında yekəxana tənqidin ən azı yersizdir. Ona görə biz özümüz yaxşı bilirik kimə cənazə namazı qılmaq olar, kimlərə isə olmaz.

Sonra isə məni yenə tənqid etməyə davam edir, guya mən indiki prezidentimizə tabe olmağa müsəlmanları məcbur edirəm. Bu da yalandır! Mən heç kəsi məcbur etmirəm. Əksinə, bu Əhli-Sünnə val-Camaat əqidəsidir ki, rəhbərlərə Allaha itaət etməmək əmrindən başqa hər məsələdə itaət etmək lazımdır. Çünki, zamanımızda bir çox qayda və qanunlar şəriyətə zidd deyil və ona görə biz tabe oluruq. Məsələn, yol hərəkəti qaydaları. Tabe olmaq vacibdir! Çünki şəriyətə zidd deyil. Məgər, Quran və Sünnədə əsası olmadığı üçün kimsə işıqforun qırmızı işığında dayansa küfr etmiş olur? Əlbəttə, yox! Bu bir çox başqa qanunlara da aiddir, çünki onlar vətəndaşların rahatçılığı üçün müəyyən edilib.

Düzdür, əgər hər hansı bir qanun şəriyətə ziddirsə, onda ondan bacardığın qədər çəkinməlisən. Amma ümumən zidd olmayan qanunlara tabe olmaq lazımdır. Bu məhşur qaydadır. İbn Teyməyyə "Minhəc əs-Sünnə"də bu haqda qeyd edir ki, əgər rəhbər fasiq (gunah sahibi) və ya kafir olsa belə, ona şəriyətə zidd olmayan məsələlərdə tabe olmaq vacibdir. Misal olaraq Şeyx onu da qeyd edir ki, əgər kafir düz danışırsa onun dediklərini kafir olduğuna görə yalan adlandırmaq olmaz, əksinə təsdiq etmək lazımdır. Həmçinin Şeyx ul-İslam İbn Teymiyyə onu da qeyd edir ki, əgər bir şəri və ya pisliyi aradan qaldırmaq istəsəniz və nəticədə daha böyük şər və pisliklər baş verəcəksə, onda mövcud olan şəri saxlamaq daha məqsədə uyğundur.

Sonra isə, məqalə müəllifi məni istehza ilə dövlət qulluqşusu adlandırır. Doğrusu, bu cür ittihamlara öyrəşmişik. Çünki, onlar elə düşünür ki, əgər sən onları dəstəkləməsən, sən ya qorxaq, ya kafir, ya da kimlərəsə qulluq edənsən. Biz isə heç kəsi ittiham etmirik və bu cür ciddi olmayan müzakirələrə qarışmırıq.

Bin Ladena gəldikdə isə, bəli, mən onun haqqında danışmışam. Fəqət anlamıram, niyə sən onu müdafiə etməyə çalışırsan? Məndən öncə böyük alimlər onun haqqında öz fikirlərini deyiblər. Bəlkə sən istəyirsən ki, biz onun haqqında deyilənləri toplayaq? Yoxsa zənn edirsən ki, bin Laden xətasızdır və onu tənqid etmək olmaz? Amerika qoşunlarını Səudiyyə Ərəbistanda yerləşdirilməsi məsələsində sən özün dolayisilə İbn Baz, Bakr Abu Zeyd və Useymin kimi böyük alimləri qorxaqlıq edib haqqı gizlətdiklərinə görə ittiham edirsən. Böyük alimlərə qarşı əsassız tənqidlər etməyi sən gəbul edirsən, lakin bilikləri və elmi məlum olmayan Usama bin Ladeni isə tənqid etməyi sən düzgün saymırsan, hətta onu şeyx adlandırırsan. Belə əməl batili gözəlləşdirmək adlanır.

Yekun olaraq qeyd etmək istərdim ki, müsəlman dini məsələlərdə ehtiyatlı olmalıdır və bilmədiyi şeylər haqqında danışmamalıdır. Biz bütün müsəlmanlar üçün Allaha dua edirik, qoy Allah həm bu dünyada həm də axirətdə kömək olsun!

Allah demişdir:
"Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz" (Qurani Kərim, "ər-Rad" sürəsi, ayə 11).

Alimlər isə demişdilər: "Sən İslamı öz qəlbində qur ki, Allah da yer üzündə İslamı sənin üçün qursun".
Blogger tarafından desteklenmektedir.