Mənhəcin əsasları

Titulo

19.02.2016

Qeyd olunan ayə və hədislərin daşıdıqları mənalar

Allahın və Onun rəsulunun hökmü arasında heç bir fərq yoxdur. Mömin insan bu əmrin heç birinə qarşı çıxmamalıdır. Çünki Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) buyurduqlarına itaətsizlik etmək, Allaha itaətsizlik etməkdir. Bu isə açıq aydın zəlalətdir.

Allah təalədən önə keçmək qadağan olduğu kimi, Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) də önə keçmək olmaz. Bu, Peyğəmbərin (Ona

Allahın salavatı və salamı olsun) sünnəsinə itaət etmək mənasını verir. Ibn Qeyyim,Allah onu rəhm etsin,"İlam əl-Muvaqqiin" kitabı (1\ 58)-də Peyğəmbərdən (Ona Allahın salavatı və salamı olsun) önə keçməyi açıqlayaraq deyir: "Yəni, "Ondan əvvəl danışmayın, o əmr verməmiş əmr verməyin, o fətva verməmiş fətva verməyin, onun əmri olmadan bir işdən əl çəkməyin".

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaət etməkdən boyun qaçırmaq kafirlərin xüsusiyyətlərindəndir.

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaət edən Allah təaləyə itaət etmiş sayılır.

Din məsələlərində bir ixtilaf və ya fikir ayrılığı baş verdikdə Allaha və Onun Peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) dönmək lazımdır. Ibn Qeyyim "İlam əl-Muvaqqiin" kitabında (1\ 54) deyir: "Allah təalə Özünə və Peyğəmbərinə (Ona Allahın salavatı və salamı olsun) itaət etməyi əmr edir. Həmin ayədə Peyğəmbərə itaətin müstəqil olmasını açıqlamaq üçün ayədə itaət felini təkrarən vurğulamışdır. Bununla bildirmək istəyir ki, Quranda olub-olmamasından asılı olmayaraq, Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) əmr etdiyi hər bir əmrə dərhal itaət edilməlidir. Çünki Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) Quran və onun misli qədər verilmişdir. Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) itaətini qeyd etdikdən sonra əmr sahiblərinə itaəti qeyd edərkən daha itaət felini təkrarən vurğulamamışdır. Bu onu bildirir ki, əmr sahiblərinə itaət Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaət çərçivəsində olmalıdır. Alimlər yekdilliklə, "Allaha həvalə etmək" sözünün mənasının Allahın kitabına, "Peyğəmbərə həvalə etmək" sözünün mənasının isə sağlığında onun özünə, vəfatından sonra isə onun sünnəsinə (səhih hədislərinə) müraciət etmək olduğunu bildirirlər. Bu, imanın şərtlərindəndir".
Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini tərk etmək və bununla razılaşmaq islam ümmətini və onun qüvvətini məhv etməkdir.

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) müxalif olmaqdan çəkinmək lazımdır. Çünki bunun həm dünyada həm də axirətdə pis aqibəti olacaqdır.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsinə müxalif olanlar bu dünyada fitnəyə, axirətdə isə şiddətli əzaba layiqdirlər.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dəvətini qəbul etmək və əmrlərinə itaət etmək vacibdir. Bu dünya və axirət həyatının xoşbəxtliyinə nail olmağa səbəbdir.

Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) itaət etmək cənnətə daxil olmağa və zəfər çalmağa səbəbdir. Ona müxalif olmaq isə cəhənnəmə atılmağa və alçaldıcı əzaba düçar olmağa səbəbdir.

Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) və onun sünnəsini öz aralarında hakim etmək deyiləndə ondan üz çevirib ona qarşı çıxmaq, islamı təzahür edib, küfrü daxillərində daşıyan münafiqlərin xüsusiyyətlərindəndir.

Möminlər münafiqlərin tam əksini edirlər. Onlara Peyğəmbəri (Ona Allahın salavatı və salamı olsun) və onun sünnəsini hakim etmək deyəndə dərhal itaət edər və "Eşitdik və itaət etdik!" - deyərlər. Bununla onlar nicat tapar və nəim cənnətlərinə qovuşarlar.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) buyurduğu hər bir əmrə itaət etmək, qadağan etdiklərindən də çəkinmək bizə vacib edilmişdir.

Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) Allaha və axirət gününə inanıb nicat tapmaq istəyən hər bir kəsin, bütün dini işlərində örnəyi olmalıdır.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) dinə və qeybə aid buyurduğu hər bir söz Allahın ona nazil etdiyi vəhydəndir. Batil onun ön və ya arxa tərəfindən gələ bilməz.

Sünnə ona nazil olan Quranın açıqlamasıdır.

Quranın sünnəyə ehtiyacı vardır. Həqiqətdə sünnəyə itaət etmək Qurana itaət etmək kimi vacibdir. Sünnədən üz döndərən adam Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) müxalif və itaətsizdir. Bu əməli ilə o, ötən ayələrə müxalifdir.

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) haram etdiyi, Allah təalənin haram etdiyi kimidir. Həmçinin Quranda olmayan, Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) kəlamları Allahın buyurduqlarıdır. Çünki Peyğəmbərə (Ona Allahın salavatı və salamı olsun) Quran və onun misli qədər verilmişdir.

Zəlalət və sapqınlığa düşməmək üçün zəmanət yalnız Quran və sünnədir. Bu, qiyamətə qədər davam edəcək bir düsturdur. Ona görə də Quran ilə

Peyğəmbərin (Ona Allahın salavatı və salamı olsun) sünnəsini biri-birindən ayırmaq olmaz.

Şeyx Məhəmməd Nasirəddin əl-Əlbani
Blogger tarafından desteklenmektedir.