Mənhəcin əsasları

Titulo

22.02.2016

Ruzi qazanmaqla məşğul olub orucdan yayınan

• Sual: Bir kişi ailəsi və uşaqları üçün ruzi qazancı ilə məşğul olub oruc tutmaqdan yayınmışdır. Bu adam nə etməlidir?
• Cavab: Bu insan orucu tərk edərkən Təvil edib (mənasını yozub) fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil. Bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə (mənasını yozmayıbsa) bu haqda alimlər deyirləri ki: "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.
Şeyx İbn Useymin (Allah ona rəhmət etsin!)
Blogger tarafından desteklenmektedir.