Mənhəcin əsasları

Titulo

24.02.2016

Saqqalın qırxılmasınınn qadağan olması

Rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) fitrəti əks etdirən söz və hərəkətlərinə tabe olmaq həyalı olmağa dəlalət edir. Bu tabelik formalarından biri də saqqalın uzadılmasıdır ki, səhih hədislər onun vacibliyini təsdiq edir. Buxari İbn Ömərdən rəvayət edir ki, rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə buyurur: "Müşriklərdən seçilin! Saqqallarınızı uzadın, bığlarınızı isə qısaldın!" Uzadılması deyəndə onun əl dəymədən buraxılması nəzərdə tutulur. Müşriklər isə kafirlərin adətləri kimi bığlarını uzadıb saqqallarını qırxan məcusilərdir.


Bütün alimlər təsdiq edirlər ki, saqqalın uzadılması barəsindəki əmr onun vacibliyinə işarədir. Nəvəvi "Müslimin şərhin"də deyir: "Saqqalın buraxılması onun uzadılması deməkdir". Şövkani "Neylul əvtar" əsərində saqqal barəsində hədislər qeyd edərək onun qırxılmasının şəriətə uyğun olmamasını bildirir. İbn Həzm qeyd edir ki, saqqalın tamamilə qırxılması caiz olmayan bir əməldir". Şeyxul İslam İbn Teymiyyə isə onun haramlığına toxunaraq deyir ki, səhih hədislərə əsasən onun qırxılması haramdır. Və onun caiz olduğunu heç kəs söyləməmişdir. "Saqqalı uzadın!", "Saqqalı əl vurmadan buraxın!" və "Saqqalı çoxaldın!" kimi müxtəlif hədislər varid olub. Elmi təhqiqatlar və fitvalar komitəsinin cari fitvalarında qeyd olunur ki, rəsulullahın (ona və ailəsinə Allahın salavatı və salamı olsun) hədisləri saqqalın uzadılmasının və əl vurmadan buraxılmasının vacib, qırxılmasının və ya qısaldılmasının isə haram olduğuna dəlildir. Çünki, şəriətdə əmr olunan vacib, qadağan olunan isə haramdır. Heç kəs tutarlı dəlil olmadan səhih hədislərin zahiri mənalarına qarşı çıxmaq səlahiyyətində deyil.
Blogger tarafından desteklenmektedir.