Mənhəcin əsasları

Titulo

24.02.2016

Yumşaq xasiyyətlilik

Nəzakət, kibarlıq, zəriflik və yumşaq xasiyyətli olmaq əxlaqın normalarının təzahürüdür. İnsan, ona qarşı həyata keçirilən pisliyi belə yaxşı bir xislətlə dəf etməlidir. Allah taala buyurur: "Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mö’min kimsə!) Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən! Bu (xislət) yalnız (dünyada məşəqqətlərə) səbir edənlərə verilir və yalnız böyük qismət (savab, fəzilət) sahiblərinə əta olunur". (Fussilət, 34-35)


Aişədən rəvayət olunan hədisdə peyğəmbər (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Həqiqətən, Allah nəzakətlidir və bütün işlərdə nəzakətli olmağı sevər". Aişədən rəvayət olunan digər bir hədisdə isə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Nəzakətli olmaq olduğu hər yerə yalnız bəzək verər, ondan uzaq olan yer isə yalnız zərər çəkər". Ənəsdən rəvayət olunan başqa bir hədisdə rəsulullah (ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurur: "Asanlaşdırın, çətinləşdirməyin! Müjdələyin, kin bəsləməyin!" Cərir bin Abdullah rəsulullahdan (ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə eşitdiyini rəvayət edir: "Nəzakətli olmaqdan məhrum olan kəs bütünlüklə xeyirdən məhrum olar". Nəzakətli olmağın əksi kobudluqdur. Allah taala buyurur: "Əgər qaba, sərt ürəkli olsaydın, əlbəttə, onlar sənin ətrafından dağılıb gedərdilər". (Əli İmran, 159) Lakin ehtiyac duyulan zaman kafirlərə və münafiqlərə qarşı sərt olmaq lazımdır. Allah taala buyurur ki, Ya Peyğəmbər! Kafirlərə qarşı (qılıncla), münafiqlərə qarşı (sözlə) vuruş. Onlarla sərt rəftar et". (ət-Təhrim, 9) Burada Allah taalanın əmrinə uyğun olaraq qəzələnməyin və sərt davranmağın ehtiyac duyulan zaman icazəli olduğunun şahidi oluruq.
Blogger tarafından desteklenmektedir.