Mənhəcin əsasları

Titulo

3.03.2016

Kimsə barəsində alimin sözünü götürmək təqlid deyil, güvənilən kəsin xəbərini götürmək (əxbəris-siqa) babındandır.

Kimsə barəsində alimin sözünü götürmək təqlid deyil, güvənilən kəsin xəbərini götürmək (əxbəris-siqa) babındandır.

 Yəmənli muhəddis alləmə Muqbil (rahiməhullah) deyir:

 "Ey qardaşlarım, təqlid budur ki, hüccət sayılmayan birinin sözünü heç bir hüccətsiz götürmək. Amma məsələn mən deyirəm ki, Abdul Məcid Zindəni insanları aldadır (muləbbisdir) və bizdə də onun bu əməllərinə bürhanlar var. Sən də desən ki, Abdul Məcid Zindəni camaatı aldadır (muləbbisdir), bu təqliddən sayılmır. Əksinə bu, Allah təalənin bu sözündəndir: {Ey iman gətirənlər! Bir fasiq sizə bir xəbər gətirərsə, onu dəqiqləşdirin} Ayədən başa düşülən (məfhum) budur ki, əgər ədalətli biri xəbər gətirərsə, biz onun sözünü qəbul edirik və bu təqlid deyildir."

 Həmçinin şeyx sonra deyir: "Sanani öz "İrşədun-nuqqad ilə teysiril-ictihəd" adlı kitabında deyir:

 "Bidətçilər deyirlər ki, siz təqlidi qadağan edir, lakin özünüz Yəhya ibn Məinə təqlid edirsiniz. Əgər Yəhyə bir kişi barədə siqa (güvənilən) deyərsə, götürür və Buxari hədisə səhihdir deyərsə, siz də deyirsiniz ki, hədis səhihdir. Beləliklə siz də təqlidçisiniz. Sanani (rahiməhullah) öz o əzəmətli kitabında cavab verir ki, bütün bunlar heç də təqlid babından yox, məhz etibarlı şəxslərin (siqaların) xəbərlərini qəbul etmək babındandır. Allah təalə Öz Kitabında deyir ki: {Ey iman gətirənlər! Bir fasiq sizə bir xəbər gətirərsə, onu dəqiqləşdirin ki, özünüz də bilmədən bir qövm barədə pis söz demiş olar, sonra da etdiyiniz əməldən peşman olarsınız} Bu ayədən başa düşülən (məfhum) budur ki, əgər bir adil şəxs bizə xəbər gətirərsə, onu qəbul edirik".

 "Əxiru fətəvə fədilətiş-şeyx Muqbil" səh.272 və 274.

 Tural Yusubov 
Blogger tarafından desteklenmektedir.