Mənhəcin əsasları

Titulo

28.03.2016

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Beşinci şübhə və cavabı


Beşinci şübhə: Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdə əksər ərəblər Allahın dinindən çıxdılar (mürtəd oldular). Əbu Bəkr mürtədlərə qarşı döyüşmək üçün qoşunlar göndərdi.
Mürtədlərə qarşı döyüşən görkəmli sərkərdələrdən biri Xalid ibn əl-Valid (Allah ondan razı olsun) idi. Əbu Bəkr əs-Siddiq (Allah ondan razı olsun) onu, Müseyləmə adlı yalançı peyğəmbərə qarşı döyüşməyə göndərmişdi. Xalid ibn əl-Valid (Allah ondan razı olsun) əl-Hədiqə adlı böyük bir döyüşdə ona qalib gəldi.

Bundan sonra Xalid ibn əl-Valid, Allahın dinindən çıxan ərəb qəbilələrinə hücum çəkdi. Onların qarşısına İslama qayıtmağı, əks halda döyüş şərtini qoydu. Xalid ibn əl-Validin hücum çəkdiyi qəbilələrdən biri Malik ibn Nuveyranın qəbiləsi idi. Bu qəbilə mallarının zəkatını nəinki Əbu Bəkr əs-Siddiqə verməkdən, ümumiyyətlə zəkatdan imtina edirdilər. Xalid ibn əl-Valid oraya gəlib dedi: Malların zəkatı hanı? Sizə nə olub, namazla zəkat arasında fərq qoyursunuz?
Malik ibn Nuveyra dedi: Biz bu malı, sağlığında sizin dostunuza verirdik, indi isə o ölüb. İndi Əbu Bəkrin bu işə nə qarışacağı var. Bunu eşidən Xalid ibn əl-Valid qəzəbləndi və dedi: O təkcə bizim dostumuzdur, sənin dostun deyil? Sonra Dirar ibn əl-Əzvərə onun başını vurmağı əmr etdi. Deyilənlərə görə Malik ibn Nuveyra, peyğəmbərlik iddia edən Səcaha təqlid etmişdi[1].
Bu haqda üçüncü rəvayətdə isə deyilir: Xalid ibn əl-Valid (Allah ondan razı olsun) onlarla danışdıqdan və onlara xəbərdarlıq etdikdən sonra (onlarla döyüşür), bir çoxlarını əsir götürür. Soyuq gecələrin birində, Xalid öz silahdaşlarına deyir: "Ədfiu əsrakum" yəni, əsirləri isti yerdə saxlayın. Səqif qəbiləsinin ləhcəsinə görə "Ədfiu ər-rəculə" sözü, öldürün mənasına gəlir. Onlar, Xalidin əsirlərin öldürülməsi istəyində olmasını düşünüb, onun (Allah ondan razı olsun) əmri olmadan əsirləri öldürdülər.
Deyilən bu üç hadisədən hansı baş vermişdir. Xalid ibn əl-Valid (Allah ondan razı olsun) onları yozumlu düşündüyü üçün qətlə yetirmişdi. Buna görə onu qınamaq olmaz.
Xalid ibn əl-Validin, Malik ibn Nuveyranı öldürdükdən sonra həmin gecə onun arvadının yanına daxil olması haqqında deyilənlər yalandır. Xalid ibn əl-Valid, döyüşdə öldürdüyünü öldürdükdən və əsir aldıqdan sonra onun arvadını özünə kəniz götürmüşdür. Çünki o da əsirlərdən sayılırdı. Amma onu öldürdükdən sonra həmin gecə arvadının yanına daxil olması, yaxud, arvadını ələ keçirmək üçün Malik ibn Nuveyranı öldürməsi haqqında deyilənlər yalandır[2].
Allah yolunda mücahidlik edən Xalid ibn əl-Valid (Allah ondan razı olsun) deyir: "Soyuq bir gecədə səhər tezədən düşmənin qarşısına çıxmaq, həmin gecə mənə hədiyyə ediləcək gəlindən, yaxud övlad müjdəsindən daha əzizdir"[3].
Xalid ibn əl-Valid (Allah ondan razı olsun) görkəmli sərkərdələrdən idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun haqqında demişdir: "Xalid, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir"[4].
Xalid ibn əl-Valid (Allah ondan razı olsun) Malik ibn Nuveyranı öldürəndə, Ömər ibn əl-Xəttab, Əbu Bəkrə dedi: Xalidi vəzifəsindən al, çünki onun qılıncında nahaq qan izi var.
Əbu Bəkr isə dedi: Xeyr, Allaha and olsun! O, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir[5].


[1] Şiə alimlərindən sayılan İbn Tavus deyir: Bənu Təmim və əz-Zəyyat qəbilələri mürtəd olub Malik ibn Nuveyra əl-Yərbuinin ətrafına toplaşdılar. Bax, Faslul Xitab Fi İsbat Təhrifi Kitabu Rabbul Ərbab: səh, 105.
[2] əl-Bidayə vən Nihayə: 6, 326.
[3] əl-Bidayə vən Nihayə: 7, 117.
[4] Fəthul Bari, Kitab Fədailus Səhabə: Bab, Mənaqib Xalid ibn əl-Valid, 3757. Deyilən mətn hədisin birinci hissəsində qeyd edilir. Hədisin tam variantını İbn Əsakir (8, 15) rəvayət etmişdir. Həmçinin əs-Silsilətus Səhihə 1237-yə baxa bilərsiniz.
[5] əl-Kamil Fit Tarix: 2, 242.
Blogger tarafından desteklenmektedir.