Mənhəcin əsasları

Titulo

26.03.2016

Səhabələr ətrafında yayılmış şübhələr və onlara cavab: Dördüncü şübhə və cavabı


Dördüncü şübhə: Deyirlər ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Üsamənin qoşununu hazırlamışdı. Qoşunda Əbu Bəkr, Ömər, Əbu Ubeydə və bir çox səhabələr mövcud idi. Peyğəmbər isə belə demişdi: Üsamənin qoşunundan yayınanlara Allahın lənəti olsun. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdə Üsamənin qoşunu yola çıxır, amma nə Əbu Bəkr, nə də Ömər qoşunla getmir. Buna əsasən onların ikisinin Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dili ilə lənətləndiklərini deyirlər.

Birinci cavab: Bu yalandır. Çünki Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) qoşundan yayınanlar üçün lənət etməsi təsdiqini tapmamışdır. Bəli, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) Üsamənin qoşununu hazırlamışdı, lakin ondan yayınanları lənətləməmişdi.
İkinci cavab: Əbu Bəkr əs-Siddiq, Üsamənin qoşununa daxil deyildi. Əcəba, Əbu Bəkr (Allah ondan razı olsun) Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) xəstələndiyi zaman on iki gün onun əvəzinə camaata namaz qıldırdığı halda, qoşuna necə yazıla bilər. Necə ola bilər ki, bir tərəfdən Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) onun qoşunla getməsini desin, digər tərəfdən müsəlmanlara namaz qıldırmasını əmr etsin?!
Ömər isə Üsamənin qoşununda idi. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) vəfat etdikdə Üsamənin qoşunu hələ yola düşməmişdi. Bu əsnada Əbu Bəkr əs-Siddiq, Üsamənin yanına gedib, işlərində məşvərət etməsi üçün Ömərin qalmasını xahiş etdi. Bu hərəkət, Əbu Bəkr əs-Siddiqin gözəl əxlaqından irəli gəlirdi. Əslində o, Öməri, Üsamənin icazəsi olmadan da saxlaya bilərdi. Allah onlardan razı olsun! Üsamə, Ömərin, Əbu Bəkr əs-Siddiqlə qalmasına icazə verdi. Gördüyünüz kimi Üsamənin hadisəsi, iddiaçıların dediyi kimi deyil, belə olub[1].


[1] Tarix ət-Təbəri: 2, 429. əl-Kamil: 2, 215. əl-Bidayə vən Nihayə: 5, 203 və s. i. a.
Blogger tarafından desteklenmektedir.