Mənhəcin əsasları

Titulo

29.04.2016

Alləmə Muhəmməd Nasir Əlbəni-Rəddiyyədən öncə nəsihət şərt deyil


Sual:
Bəziləri rəddiyyəni çap etməmişdən öncə bir nüsxəsini rədd etdiyin kəsə göndərməyi şərt görürlər ki, o da görsün və deyirlər ki, Sələf mənhəci budur.
Cavab:
Bu şərt deyil!
Lakin əgər buna imkan varsa və bu üslub səbəbilə həmən (müxalif olan) rədd verilən əməli heç kimə tanıtdırmamaqla yaxınlaşma umulursa, onda şəkk yoxdur ki, bu babat bir işdir.
Amma birinci növbədə bu əməli şərt qoymaq, sonra isə ikinci olaraq bunu ümumi (hər şeyə aid) bir şərt etməyimiz, mütləq olaraq bunda hikmətdən heç bir şey yoxdur !...
(burada şeyx məsəl çəkir)
Əgər öz görüşündə bilsən ki, kimsə mənhəcdə bizimlə eyni xətt üzrədir və nəsihəti də qəbul edir, onda ən azından xətasını ortaya çıxarmadan ona yazmağın babat bir şey olar.
LAKİN BU ŞƏRT DEYİLDİR !
Əgər birdən buna şərt desək də belə, bu, güc çatmayan bir işdir. Onun ünvanını haradan tapıb onunla yazışacaqsan ?! Sonra da ki, ondan sənə cavab gələcək, ya gəlməyəcək ?! Bütün bu şeylərin hamısı zənni (dəqiq bilinməyən) şeylərdir.
Bu şərti həyata keçirmək çox çətindir, buna görə də BU ,ŞƏRT OLARAQ GÖTÜRÜLMÜR".
(əl-Muvazənə fin-nəqd) adlı kasetin birinci tərəfi. (Silsilə hudə vən-nur) 638.
_______
Tural Yusubov.
@selefi_menhecinin_heqiqeti
Blogger tarafından desteklenmektedir.