Mənhəcin əsasları

Titulo

29.04.2016

Alləmə Ubeyd əl-Cəbiri Hələbi haqqında

Alləmə Ubeyd əl-Cəbiriyə sual:

Allah sizə xeyir versin.
Üçüncü sual:
Bəzi cavanlar şeyx Rabi ibn Hədi əl-Mədxalinin (Allah onu xeyirlərə müvəffəq etsin) Əli Hələbini bidətçi görməsi məsələsində fikirlər yürüdürlər: bəziləri iqrar edir, bəziləri isə etiraz edirlər. Bizə nə yol göstərə bilərsiniz?

Şeyx:
Ilk öncə mən istər kişilər, istər qadınlar olsun bütün övladlarımıza nəsihət edirəm ki, özlərini səviyyələri çatmayan işlərə soxmasınlar. Onlara nəsihət edirəm ki, əgər Sünnə sahibi olan, verdiyi hökmlərdə dəlildən yapışması ilə tanınan alim danışdıqda, ona tabe olsunlar ki, Əhli Sünnənin sözü haqq üzərində, batili rədd etmək üzərində və bidətə və bidət əhlinə qarşı büğz etmək üzərində birləşsin. Amma yoxsa ki, hər bir dəstə öz yoluyla gedərsə, bax , Əhli Sünnəyə bəlalar, problemlər istəyilə pusquda duran Sünnə düşmənlərinin istədikləri də elə budur. Və onların bu işdə əldə etdikləri ən böyük pay da bu olur ki, Sünnə əhlinin sözü bir olmasın və özləri də param-parça olsunlar.
Ikincisi isə, mən, şeyx Rabini uzun illərdən bəri tanıyır və onun daim dəlil dalıyca getməsini də bilirəm. O, müxalifə nəsihət etdikdən sonra, səbri tükəndikdən sonra lazım olan hökmü verir. Böyük qardaşımız olan Şeyx Rabi tərəfindən bildiklərimizə və həmçinin də özümüzün oxuduğumuz şeylərə görə bizə dəlil aydın olmuşdur ki, özünə “Əsəri” – yəni əsər əhli “ ləqəbini vermiş Əli ibn Həsən ibn Əli ibn Abdul Həmid əl-Hələbi heç də əsər əhli deyirdir, əksinə olaraq o, BİDƏTÇİDİR, AZĞINDIR, AZDIRANDIR, ZƏLALƏTƏ ÇAĞIRANDIR, İNSANLARI VƏ DİYARLARI XARAB EDƏNDİR. “Səhəbus-sələfiyyə” saytı vasitəsilə və başqa müştərək saytlar varsa onların vasitəsilə mən bütün müsəlmanları bu insandan çəkindirir və onun Sünnəyə dönməsi və yaydığı bütün zəlalətlərdən bütünlüklə, təfsilatlı şəkildə və açıq-aydın olaraq qayıtması üçün sizləri Allah üçün ona nifrət etməyə və ondan ayrılmağa çağırıram. Həmçinin də “İmam Albani” adı ilə adlandırılan mərkəzdən də çəkindirirəm. Bu mərkəzə Hələbi və onun adamları nəzarət edir, müsəlmanları azdırırlar. Bunlardan da biri budur ki, o, mühazirələr vermək üçün ora təkfirçiləri dəvət edir. Iki şərt orada cəm olmayanədək mən o mərkəzdən çəkindirirəm. Birinci şərt budur ki, o mərkəzi şeyx Albaninin övladlarına təslim etsin. Şeyxin oğlu “Mədinə islam Universitetinin” hədis fakultəsini bitirmiş Abdul Musavvir inşə Allah xeyir üzərədir, versinlər ona. (lakin 2015-də vəfat etdi-tərcüməçi). Ikinci şərt də budur ki, orada dərsləri sələfi mənhəcinə dəvət edən alimlər versinlər. Nə qədər ki, belə deyil yox, min dəfə yox! Indi bu mərkəzdə ya bu şeylərdən qafil olan, ya da ki, öz həvasına dəvət etməsi üçün istədiklərini orada tapan birisi gedir.

Tural Yusubov.
Blogger tarafından desteklenmektedir.