Mənhəcin əsasları

Titulo

29.04.2016

Hələbiçilərlə müamələ qaydası


Alləmə Muhəmməd ibn Hədi əl-Mədxali (həfizahullah)
[Hələbiçilərlə müamələ qaydası]
Hələbiçilər iki qismdir:
1. Elm üzrə olub təəssübkeşlik edənlər, bunlar Hələbiyə nisbət olunur, onun kimi bidətçidirlər. Çünki Əli Həsən Abdul Həmid əl-Hələbinin azğınlıqları ortaya çıxıb, yayılıb və öz batillərilə mücadələ edir. İndi o, əvvəllər bizim onu tanıdığımız yolda deyildir. Əli Həsən bizim əvvəllər onu tanıdığımız yol üzərində deyil. Kim ona təəssübkeşlik edərsə, o da ona aid olunur.
2. Amma aldanmış kimsəyə gəldikdə isə bu kəsə nəsihət olunur, həmən tərk olunmur, nəsihət olunaraq onların xətaları ona bəyan olunur. Əgər Allah təalə ona xeyir istəmişdirsə, əlhəmdulilləh. Yox əgər özbaşınalıq edərsə, nəsihətdən, açıqlamadan və dəlilləri zikr etdikdən sonra birinci qismə aid olunar. Öz istədiyi kimi edərsə, onlara qoşular.
Nəsihət etməyin müəyyən bir hədd vaxtı yoxdur. Ola bilsin ki, bir məclisdə nəsihət edərsən ona aydın olsun, ola bilsin ki, iki məclisdə aydın olsun, ola bilsin ki, telefonla, ola bilsin ki, yazışma ilə ona nəsihət edəsən. Mühüm olan budur ki, açıq-aydın dəlilləri və bürhanları, Hələbinin azğınlığını və xətalarını ona bəyan edəsən, bundan sonra öz halı üzərində davamlı qalarsa, onda o da Hələbiyə aid edilir.
(Təbsirus-sələfiyyin bi mən yuxazu anhu əd-din) dərsindən.
Kimdən din götürməyi sələfilərə öyrətmək dərsi.
_________
Tural Yusubov.
https://telegram.me/selefi_menhecinin_heqiqeti
Blogger tarafından desteklenmektedir.