Mənhəcin əsasları

Titulo

9.05.2016

İslam qardaşlığı


Allahın bəndələrinə əta etdiyi nemətlərdən biri də insanın qəlbinin həsəd və paxıllıqdan, bu təhlükəli xəstəlikdən pak etməsidir. Kimə ki, Allah həsəd və paxıllıq olmayan qəlb veribsə o kimsə bilməlidir ki, bu Allahın ona verdiyi ən əzəmətli nemətdir. Buna görə Allaha şükür etməlidir.
Uca Allah mömin bəndələrinin dilində onların duasını qeyd edərək onları tərifləyir və buyurur:
رَبَّنَا ٱغْفِرْ لَنَا وَلإِخْوٰنِنَا ٱلَّذِينَ سَبَقُونَا بِٱلإيمَـٰنِ وَلاَ تَجْعَلْ فِى قُلُوبِنَا غِلاّ لّلَّذِينَ ءامَنُواْ رَبَّنَا إِنَّكَ رَءوفٌ رَّحِيمٌ [الحشر:10]
"Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!" Həşr: 10.
Uca Allah bu məqamda özlərindən əvvəlki möminlər üçün dua edən və qəlblərində onlara qarşı kin-küdurət, nifrət və həsəd olmasın deyə dua edən bəndələrini tərifləyir. Uca Allah İbrahim Peyğəmbərin duasını qeyd etdikdə buyurur:
يَوْمَ لاَ يَنفَعُ مَالٌ وَلاَ بَنُونَ إِلاَّ مَنْ أَتَى ٱللَّهَ بِقَلْبٍ سَلِيمٍ [الشعراء:88، 89]
"O gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam bir qəlblə Allahın hüzuruna gələn kimsədən (möminlərdən) başqa!" Şuəra: 88-89.

Sağlam qəlb, Allahın şəriəti ilə ziddiyyət təşkil edən şübhələrdən pak olan qəlbdir.
Sağlam qəlb, Allahın qadağan etdiyinə zidd olan şəhvətlərdən və nəfsi istəklərdən pak olan qəlbdir. Belə qəlb, şirkdən, həsəddən, paxıllıqdan, nifrətdən, insanı rəzilliyə aparan şəhvətlərdən pak olar.
Ey müsəlman, qəlbin həsəd və paxıllıqdan azad olması, qəlb üçün rahatlıq, nəfsi sakitlik, köksün genişliyidir. Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizi biri-birimizdən uzaqlaşdıran, bir-birimizə qarşı nifrət oyadan əməllərdən çəkindirmişdir. Əbu Hureyrə (Allah ondan razı olsun) Peyğəmbərin (sallallahu aleyhi və səlləm) belə dediyini rəvayət edir:
((لا تحاسَدوا، ولا تباغَضوا، ولا تناجَشوا، ولا تدابَروا، ولا يبِع بعضكم على بيع بعض، وكونوا عبادَ الله إخوانا. المسلمُ أخو المسلِم؛ لا يظلِمه، ولا يخذِله، ولا يكذِبه، ولا يحقِره. التّقوى ها هنا)) ويشير إلى صدره ثلاث مرات، ((بِحَسب امرئٍ من الشرّ أن يحقرَ أخاه المسلم. كلُّ المسلم على المسلم حرام؛ دمُه وماله وعِرضه))[1].
"Bir-birinizə qarşı həsəd aparmayın, malı satmaq üçün bir-birinizi aldatmayın, bir-birinizə nifrət etməyin, bir-birinizdən üz çevirməyin, biriniz digərinin satışına qarışmasın və Allahın qardaş bəndələri olun. Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz, onu alçaltmaz, aldatmaz və təhqir etməz". Sonra üç dəfə: "Təqva buradadır" deyərək: - əli ilə sinəsinə işarə etdi. "Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır" Buxari: 10\ 484\ № 6066. Müslim: 4\ 1986\ № 2564..
Ey müsəlman, sən Peyğəmbərin Məhəmmədin (sallallahu aleyhi və səlləm) sözünü eşitdin. O səni bu işlərdən çəkindirir, qadağan edir. Sənə doğru istiqamət verir və sən bununla qəlblərin isinişməsinə, birliyə və vəhdətə nail ola bilərsən.
İlk olaraq həsəd aparmağı qadağan edir və deyir: "həsəd aparmayın". Həsəd, Allahın başqa insana verdiyi nemətin onun əlindən çıxmasını istəməkdir. Həsəd aparan insan istər və çalışar ki, Allah nemət verdiyi bəndədən həmin neməti alsın. Sua olunur, axı nə üçün o bunu istəyir? Sualın cavabı belədir: Çünki onun qəlbi müsəlmana qarşı nifrət və paxıllıqla doludur. O söz və əməli ilə çalışır ki, digər bəndənin əlində olan o nemət götürülsün, ya ona verilsin. Ona verilməsə də qoy elə belə götürülsün. Onun üçün əsas odur ki, həmin nemət qardaşında qalmasın. Belə insan qardaşının elminə, malına, vəzifəsinə, iffətli və qürurlu olmasına həsəd aparır. Onun nəfsi rahatlığına, vəziyyətinin yaxşı olmasına həsəd aparır. İnsanlar belə həsəd aparan kimsənin şərindən qurtulan olan deyillər.
Bu həsədin əsər-əlaməti dildə də görsənir. Görürsən ki, dili ilə daim qeybət edir, böhtan atır, müsəlmanlara ləkə yaxır. Hər dəfə məclis qurulanda, imkan olanda qardaşının eyiblərini açır, sirrini deyir, insanlar yanında onu alçaldır ki, hamı ona nifrət etsin və ona qarşı pis zəndə olsunlar. Bəzən də görürsən ki, böhtan və yalan bir-birinə qarışır. Amma o buna əhəmiyyət də vermir. Nə üçün? Çünki dində zəifləyib. İndi onu nə din nə də həya bu işdən yayındıran deyil...
Bu pis əxlaqdır. İblisin günah etməsinin əsas səbəbi də bu olmuşdur. O da atamız Adəmə qarşı həsəd aparmış və Allahın səcdə etmək əmrinə qarşı çıxıb demişdi:
أَنَاْ خَيْرٌ مّنْهُ خَلَقْتَنِى مِن نَّارٍ وَخَلَقْتَهُ مِن طِينٍ [ص:76].
"(İblis) dedi: "Mən ondan daha yaxşıyam (daha üstün, daha şərəfliyəm). Çünki Sən məni oddan, onu isə palçıqdan yaratmısan!" Sad: 76.
Bu Allahın düşmənlərinin əxlaqıdır. Bir çox kafirlər, İslam dininə görə müsəlmanlara həsəd aparırlar. Uca Allah buyurur:
وَدَّ كَثِيرٌ مّنْ أَهْلِ ٱلْكِتَـٰبِ لَوْ يَرُدُّونَكُم مِن بَعْدِ إِيمَـٰنِكُمْ كُفَّارًا حَسَدًا مّنْ عِنْدِ أَنْفُسِهِمْ مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ ٱلْحَقُّ [البقرة:109]،
"Kitab əhlindən bir çoxu həqiqət onlara bəlli olduqdan sonra belə, təbiətlərindəki həsəd üzündən sizi, iman gətirmiş olduğunuz halda, yenidən küfrə sövq etmək istərlər..."
أَمْ يَحْسُدُونَ ٱلنَّاسَ عَلَىٰ مَا ءاتَـٰهُمُ ٱللَّهُ مِن فَضْلِهِ [النساء:54].
"Yoxsa onlar Allahın öz nemətindən bəxş etdiyi şeylərə görə insanlara həsəd aparırlar?..." Nisa: 54.
Demək müsəlmanın boynuna düşən vacib nədir? Müsəlmana vacibdir ki, Allahın bölgüsü ilə razılaşsın. O bilməlidir ki, uca Allah kimə nə verdiyini və nə üçün verdiyini yaxşı biləndir. O, Allaha etiraz etməməli, qardaşına qarşı nifrətli olmamalıdır. Allahdan lütf-mərhəmət diləməlidir. Allahın lütfü genişdir. Allah istədiyini yaradır və istədiyini də ixtiyar edir.
Sonra Peyğəmbərimiz "bir-birinizə nifrət etməyin" - deməklə, bizi nifrət etməkdən çəkindirir. Əlbəttə ki, nifrət etməməliyik. Axı siz möminlərsiniz, iman qardaşlarısınız, birini digərinin dostudur. Uca Allah buyurur:
وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَـٰتِ بَعْضُهُمْ أَوْلِيَاء بَعْضٍ [التوبة:71]
"Mömin kişilərlə mömin qadınlar bir-birinə dostdurlar..." Tövbə: 71.
Belə qardaşlıq çərçivəsində infrətə yer yoxdur. Sevgi Allaha olmalı, dostluq isə iman əhlinə aid edilməlidir. Mənşəyi nəfsi istəklər olan nifrət isə müsəlmana qadağan edilmişdir. Nifrət də Allah üçün olmalıdır. Kim Allah üçün sevər, Allah üçün nifrət edər, Allah üçün dostluq edərsə yalnız bununla Allahın dostluğuna, Allahın vilayətinə nail olmaq mümkündür. Heç kəs belə olmayınca imanın tamını dada bilməyəcəkdir. Hətta çoxlu namaz qılsa, oruc tutsa və digər ibadətləri etsə də, deyilən kimi olmayınca imanın tamını bilməyəcəkdir.
Nəfsin, həsədin və kin-küdurətin hökm etdiyi nifrətdən uzaq durmaq, möminlərə əmr olunmuşdur. Hədislərin birində deyilir:

((دبّ إليكم داءُ الأمم قبلكم: الحسد والبغضاء، حالقة الدين ولا أقول تحلق الشعر))
"Əvvəlki ümmətlərin dərdi sizə gəlmişdir. Bu, həsəd və nifrətdir. Bunlar saçqırxan deyil, dinqırxandırlar". Əhməd, Tirmizi rəvayət etmişlər. Albani rəvayətin həsən olduğunu demişdir.
Daha sonra Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizi digər əxlaqdan çəkindirmiş və demişdir:
((ولا تناجشوا))
"malı satmaq üçün bir-birinizi aldatmayın...".
Alimlər deyirlər ki, hədisdə deyilən bu növ aldatma, malı baha qiymətə satmaq üçün kənardan müdaxilə etməkdir. Beləliklə belə halda ya satana çox pul qazandırır, yaxud da müştəriyə zərər verir. Belə alış-veriş edən kimsə xəyanət edir, sələm yeyir. Çünki o müsəlman qardaşına zərər vurur. Yüz manatlıq malın qiymətini iki yüz edir. O malı yalandan tərifləyərkən satıcıya gəlir gətirir, müştərini isə aldadır. Ola bilər satışa çıxarılan mala şərik olsun. Kənardan yad insan kimi müdaxilə edib müştəriləri aldatsın. Bu isə digər müsəlmanları aldatmaq, onların arasında kin-küdurətin, ədavətin yayılmasıdır.
Daha sonra bizi digər pis əxlaqda çəkindirmişdir: "biriniz digərinin satışına qarışmasın...".
Peyğəmbər (sallallahu aleyhi və səlləm) başqasının satışı üzərinə satış etməyi, alış-verişinə qarışmağı qadağan etmişdir. Yəni, əgər sənin müsəlman qardaşın mal alırsa sən onun işinə qarışıb onu yayındırma. Gəl mən sənə həmin malı daha ucuz verim məndən al - deyərək onu yayındırma. Yaxud satıcıya deyirsən ki, sən satışı mənə həvalə et mən qiyməti qaldıracağam. Bu qadaşına zərər vermək sayılır, ədavət yaradır.
Sonra bizi digər əxlaqdan qadağan edərək deyir:
((ولا تدَابَروا)).
"bir-birinizdən üz çevirməyin..."
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir-birimizdən üz çevirməyimizi qadağan etmişdir. Hədisdə deyilir ki, "iki müsəlman üz-üzə gəldikdə birinin üzünü o tərəfə, digərinin isə bu tərəfə çevirmələri halal olmaz" Buxari və Müslim.
Daha sonra Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə geniş mənalı sözlə xitab edərək demişdir:
((وكونوا عبادَ الله إخوانا))
"Allahın qardaş bəndələri olun...".
Bu qardaşlığın nəticəsində biz bir-birimizə həsəd aparmamalı, nifrət etməməli, kin-küdurət saxlamamalı, alış-verişdə aldatmamalı, başqasının alış-verişinə müdaxilə etməməli, bir-birimizdən üz çevirməməliyik. Çünki qardaşlıq sevgi, dostluq, kömək və dəstək tələb edir.
Sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) ən önəmli məqamı açıqlayaraq dedi:
((المسلمُ أخو المسلم))،
"Müsəlman müsəlmanın qardaşıdır...".
Doğru və möhkəm qardaşlıq iman qardaşlığıdır. Uca Allah buyurur:
إِنَّمَا ٱلْمُؤْمِنُونَ إِخْوَةٌ [الحجرات:10]
"Həqiqətən, möminlər (dində) qardaşdırlar...." Hucurat: 10.
Bu qardaşlığın səmərəsi olaraq müsəlman müsəlmanın qardaşıdır dedikdə, biri digərinə zülm etməz, müsəlmanlar bir-birilərinə zülm etməzlər. Hətta onlar qeyri müsəlmanlara da zülm etməzlər. Doğrudan da Allahın şəriətində zülm etmək haram edilmişdir. Uca Allah özünü zülm etməkdən pak tutmuşdur. Qüdsi Hədislərin birində uca Allah buyurur:
((يا عبادي، إنّي حرمة الظلم على نفسي وجعلته بينكم محرمًا فلا تظالموا))
"Ey Mənim bəndələrim, mən zülm etməyi özümə haram etmişəm. Sizin də bir-birinizə zülm etməyinizi haram etmişəm. Bir-birinizə zülm etməyin". Müslim.
Sən müsəlmana, mal-dövlət işlərində, namusunu tapdalamaqda, qanına əl batırmaqda, ümumiyyətlə hər işdə zülm etməməlisən.
Daha sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) tövsiyəsini davam edərək deyir:
((لا يظلمه ولا يخذله))
"Ona zülm etməz, onu alçaltmaz...".
Ey müsəlman kimsə, müsəlman qardaşını alçaltma. Əksinə ona dayaq ol, kömək et. O kiməsə zülm etmək istədikdə, yaxud kimsə ona zülm etmək istədikdə sən ona mane ol.
Hədislərin birində deyilir:
((انصر أخاك ظالمًا أو مظلومًا))
"qardaşın zalım və ya məzlum olarkən ona kömək et!".
Orada olanlar dedilər: məzlum olarkən kömək etmək aydındır. Bəs zalım olanda necə kömək edək?
((تردعُه عن الظلم، فذاك نصرك إياه))
Peyğəmbər (sallallahu aleyhi və səlləm) dedi: "Onu zülm etməkdən çəkindirirsən. Bu ona kömək etməkdir" Buxari.
Müsəlmanı alçaltmaq ona kömək etməkdən boyun qaçırmaqdır. Müsəlman qardaşına xəyanət olunduğunu, alçaldıldığını, namusuna əl qoyulduğunu, ittiham olunduğunu görürsən, amma buna önəm vermirsən, ona kömək etmir, müdafiəsində durmursan.
Hədislərin birində deyilir:
((مَن خذل أخاه في موطنٍ وهو يقدر على نصرته خذله الله على رؤوس الأشهاد يوم القيامة))
"Kim qardaşına kömək etmək iqtidarında olduğu halda onu alçaldarsa, qiyamət günü Allah təala da onu hamının qarşısında alçaldacaqdır" Əhməd.
Ey qardaş, sən bir məclisə gəldikdə orada olanların hansısa müsəlman haqqında danışdıqlarını, ona böhtan atdıqlarını görsən və qardaşının bu işlərdə təmiz olduğunu bilirsənsə o zaman qardaşını müdafiə et, namus-ismətini qoru. Orada qeybət edənlərə susmağı əmr et. İnsanların ətini yeməkdən əl çəkmələrini, onları rahat buraxmalarını əmr et. Qoy onlar öz eyiblərinə baxsınlar. Belə nəsihət etmək, onun-bunun dalınca danışmaqdan daha yaxşıdır. Belə səviyyəsiz hərəkətlər, xeyirsiz adamlara, imanları naqis olanlara məxsusdur. Çünki onlar öz nəfslərini başqalarının eyibləri və onların alçaldılması ilə düzəltmək istəyirlər. Qeybət edir, böhtan atır, ona buna tənə edir, ləkə vururlar. Allah bizi belə pis xislətlərdən qorusun.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəsihətini davam edərək deyir:
((ولا يكذِبه)).
"Müsəlman müsəlmanı aldatmaz...".
Müsəlman digər müsəlmanı aldatmaz, ona doğru söz danışar. Ona yalan və batil sözlər danışmaz. Doğru danışmaq müsəlman əxlaqıdır. Ona görə də qardaşın sənin danışdıqlarının doğru olduğunu zənn edir. Nə badə ona yalan danışasan. O sənin doğru danışdığını zənn edir, amma sən isə yalan danışırsan. Ya yalan danış, ya da insanlar sənin barəndə pis zəndə olacaqlar.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) nəsihətini davam edərək bizi digər pis əxlaqdan çəkindirir:
((ولا يحقره)).
"Təhqir etməz...".
Müsəlman, müsəlman qardaşını təhqir etməz. Təhqir etməmək, müsəlman qardaşına qiymət vermək, onu uca tutmaqdır. Əgər sən ondan elmdə, yaxud mal-dövlətdə, yaxud vəzifədə, yaxud nəsil-nəcabətdə fərqlənsən də bilməlisən ki, o sənin İslam qardaşındır. Uca Allah buyurur:
يٰأَيُّهَا ٱلَّذِينَ ءامَنُواْ لاَ يَسْخَرْ قَوْمٌ مّن قَوْمٍ عَسَىٰ أَن يَكُونُواْ خَيْرًا مّنْهُمْ وَلاَ نِسَاء مّن نّسَاء عَسَىٰ أَن يَكُنَّ خَيْرًا مّنْهُنَّ [الحجرات:11]
"Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə (rişxənd eləməsinlər). Bəlkə, onlar (rişxənd olunanlar) o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar..." Hucurat: 11.
Ey müsəlman, qardaşını təhqir etməkdən çəkin. Təhqir etmək qəlbdə olan təkəbbürlükdən, özünü başqalarından üstün görməkdən irəli gəlir. Belə insan başqasını özündən aşağıda görür, başqasının ona tay olmadığını düşünür. Özünü hamıdan üstün sayır. Təkəbbürlülük haqqı batil etmək, insanları alçaltmaq deməkdir.
Bir dəfə Əbu Zərr bir kişiyə dedi: Ey qaranın övladı. Peyğəmbər (sallallahu aleyhi və səlləm) ona dedi: "Sən, cahiliyyət xüsusiyyəti daşıyan kimsəsən" Buxari.
Qadağan olunan bütün bu pis xislətlər müsəlman cəmiyyətin birliyinin qorunması, vəhdətin yaranması, qəlblərin bir-birinə isinişməsi üçün deyilmişdir. Həqiqi müsəlman, heç kəsə tənə və ya rişxənd etmədən, islah etmək, vəhdət yaratmaq, müsəlmanlara nəsihət etmək üçün çalışır.
Uca Allah buyurur:

وَلاَ تُطِعْ كُلَّ حَلاَّفٍ مَّهِينٍ هَمَّازٍ مَّشَّاء بِنَمِيمٍ مَّنَّاعٍ لّلْخَيْرِ مُعْتَدٍ أَثِيمٍ [القلم:10-12].
"(Ya Peyğəmbər!) (yalan yerə) hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, (zülm etməkdə) həddi aşana, günaha batana itaət etmə" Nun, Əl-Qələm: 10-12.
أسأل اللهَ لي ولكم التوفيقَ والهداية والعونَ على كلّ خير، وأن يصلحَ قلوبَنا وأعمالَنا، ويجمَعَ قلوبَنا على الخير والهدى، إنه على كل شيء قدير.

أقول قولي هذا، وأستغفر الله العظيم الجليل لي ولكم ولسائر المسلمين من كلّ ذنب، فاستغفروه وتوبوا إليه، إنّه هو الغفور الرحيم.



الخطبة الثانية:
الحمد لله حمدًا كثيرًا طيبًا مباركًا فيه كما يحبّ ربّنا ويرضى، وأشهد أن لا إله إلا الله وحده لا شريك له، وأشهد أنّ محمّدًا عبده ورسوله، اللهمّ صلِّ وسلِّم وبارك على سيّدنا محمّد وعلى آله وصحبه أجمعين.

Ey müsəlmanlar, daha sonra Peyğəmbər (sallallahu aleyhi və səlləm) tövsiyəsini davam edərək:
((التقوى ها هنا))،
Yəni, "Təqva buradadır" - sözlərini üç dəfə demiş və əlilə sinəsinə işarə etmişdir. Sonra yenə demişdir:
((بحسبِ امرِئ من الشرّ أن يحقرَ أخاه المسلم. كلّ المسلم على المسلم حرام؛ دمه وماله وعرضه)).
"Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür. Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır".
Həqiqi təqva qəlbdə sabit olan təqvadır. Əgər təqva qəlbdə sabit olarsa, əxlaq və davranışda əzalara müsbət təsirini göstərər. Hədislərin birində deyilir:
((إنّ الله لا ينظر إلى صوَركم ولا إلى أموالكم، ولكن ينظر إلى قلوبكم وأعمالكم))[1]،
"Allah sizin simanıza, mal-dövlətinizə baxmaz, sizin qəlbinizə və əməllərinizə baxar".
ذٰلِكَ وَمَن يُعَظّمْ شَعَـٰئِرَ ٱللَّهِ فَإِنَّهَا مِن تَقْوَى ٱلْقُلُوبِ [الحج:32].
"(Ey insanlar! Sizə əmr etdiyim) budur. Və hər kəs Allahın mərasiminə hörmət etsə, bu (hörmət), şübhəsiz ki, qəlblərin təqvasındadır (Allahdan qorxmasındadır)." Həcc: 32.

Peyğəmbər (sallallahu aleyhi və səlləm) tövsiyəsində deyir:
((بحسبِ امرِئ من الشرّ أن يحقرَ أخاه المسلم.)).
"Müsəlman qardaşını təhqir edən kimsə artıq şər iş görmüşdür."
Sənin müsəlmanları təhqir etməyin, onları ələ salmağın, özünün onlardan üstün olduğunu düşünməyin şər əməl üçün kifayətdir. Allah yanında insanların üstünlüyü Allah qorxusuna, təqvaya və saleh əməllərə görədir. Uca Allah buyurur:
يٰأَيُّهَا ٱلنَّاسُ إِنَّا خَلَقْنَـٰكُم مّن ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَـٰكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَـٰرَفُواْ إِنَّ أَكْرَمَكُمْ عَندَ ٱللَّهِ أَتْقَـٰكُمْ [الحجرات:13]،
"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır". Hucurat: 13.

Hədisdə isə belə deyilir:
((ومَن بطّأ به عمله لم يُسرِع به نسبُه))[2].
"Kimin əməli onu geridə qoyarsa, nəsəb-nəcabəti onu irəli aparmaz". Müslim.
Sonra Peyğəmbər .(sallallahu aleyhi və səlləm) ümumi məna kəsb edən sözünü demişdir:
((كلّ المسلم على المسلم حرام؛ دمه ومالُه وعرضه))
"Hər bir müsəlmanın qanı, malı və namusu digər müsəlmana haramdır".
Peyğəmbər (sallallahu aleyhi və səlləm) bir müsəlmanın qanını digərinə, birinin malını digərinə, birinin namusunu digərinə haram etmişdir. Haqsız yerə müsəlman qardaşının qanını axıtmaq sənə haramdır. Sənin yer üzündə haqsız yerə fəsad törətməyin haramdır. Günah və ədavət işlərində əlbir olmağın haramdır. Cinayətkarı, yaxud yer üzündə fəsad törətmək istəyən kimsəni gizlətməyin sənə haram edilmişdir. Zalımın zülmünə, ədavətinə kömək etməyin sənə haram edilmişdir. Uca Allah buyurur:

وَتَعَاوَنُواْ عَلَى ٱلْبرِ وَٱلتَّقْوَىٰ وَلاَ تَعَاوَنُواْ عَلَى ٱلإِثْمِ وَٱلْعُدْوَانِ [المائدة:2].
"Yaxşılıq etməkdə və pis əməllərdən çəkinməkdə əlbir olun, günah iş görməkdə və düşmənçilik etməkdə bir-birinizə kömək göstərməyin." Maidə: 2.
Müsəlmanların qanlarının haramlığı çox böyükdür. Allah yanında bütün dünyanın məhv olması, haqsız yerə qan axıdılmasından daha yüngüldür. Uca Allah buyurur:

وَمَن يَقْتُلْ مُؤْمِنًا مُّتَعَمّدًا فَجَزَاؤُهُ جَهَنَّمُ خَالِدًا فِيهَا وَغَضِبَ ٱللَّهُ عَلَيْهِ وَلَعَنَهُ وَأَعَدَّ لَهُ عَذَابًا عَظِيمًا [النساء:93].
"Hər kəs bir mömin şəxsi qəsdən öldürərsə, onun cəzası əbədi qalacağı Cəhənnəmdir. Allah ona qəzəb və lənət edər, (axirətdə) onun üçün böyük əzab hazırlar!" Nisa: 93.
Müsəlmanların mal-dövlətləri də sənə haram edilmişdir. Onların mal-dövlətinə oğurluq, qəsbkarlıq, aldatmaq və fırıldaqla əl qoymaq sənə haram edilmişdir. Hədisdə deyilir:

((ومن اقتطع شبرًا من الأرض طوِّقه يوم القيامة من سبع أرضين)).
"Kim haqsız olaraq bir qarış yer qəsb edərsə, qiyamtə günü yeddi qat yerilə cilovlanar".
Müsəlmanların namusuna əl qoymaq haramdır. Hər kəsin digərinin namus-qeyrətinə hörmət etməsi vacibdir.
Bax islam dini budur. Doğrudan da Peyğəmbərin (sallallahu aleyhi və səlləm) ümmətinə etdiyi bu nəsihəti çox dəyərlidir. O şərə, nifrətə, kin-küdurətə, ədavətə aparan hər bir səbəbi qadağan etmişdir. Qəlbləri birləşdirən, cərgələri düzəldən hər bir səbəbdən tutunmağı isə ümmətinə əmr etmişdir. Bu, dindən tutunmaq və bu yolda sabit olmaqdır. Uca Allah buyurur:

هُوَ ٱلَّذِى أَيَّدَكَ بِنَصْرِهِ وَبِٱلْمُؤْمِنِينَ وَأَلَّفَ بَيْنَ قُلُوبِهِمْ لَوْ أَنفَقْتَ مَا فِى ٱلأرْضِ جَمِيعًا مَّا أَلَّفْتَ بَيْنَ قُلُوبِهِمْ وَلَـٰكِنَّ ٱللَّهَ أَلَّفَ بَيْنَهُمْ إِنَّهُ عَزِيزٌ حَكِيمٌ [الأنفال:62، 63]
"sənə təkcə Allah kifayətdir. (O Allah ki) səni Öz köməyilə və möminlərlə müdafiə edib möhkəmlətdi. Və onların ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi, çünki O, yenilməz qüvvət sahibi, hikmət sahibidir". Ənfal: 62-63.

وَٱذْكُرُواْ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ كُنتُم أَعْدَاء فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُم بِنِعْمَتِهِ إِخْوَانًا [آل عمران:103].
"Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz...." Ali İmran: 103.

Gözəl əxlaq, islam qardaşlığı deyərkən çox önəmli məsələ yada düşür. O məsələ ki, Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bu işi görməyin, uca Allahı əzəmətləndirməkdən irəli gəldiyini demişdir:

((إنَّ مِن إجلالِ الله إكرامَ ذي الشَّيبةِ من المسلمين وحامِلِ القرآن غيرِ الغالي فيه والجافي عنه وذي السلطانِ المقسِط))
"Ağsaqqal müsəlmanlara, ifrata və səhlənkarlığa yol vermədən Quran elmini özündə daşıyanlara və ədalətli rəhbərə hörmət etmək, Allahı uca tutmağın əlamətlərindəndir" Əbu Davud, Albani deyib həsəndir
Ey müsəlman gənc, indi gücün, qüvvətin, gümrahlığınla rahatsan. Fikirləş ki, bir vaxtdan sonra bu gücün, qüvvətin, gümrahlığın zəifləyəcək, uşaq vaxtlarındakı kimi zəifləyəcəksən. Uca Allah buyurur:

اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً يَخْلُقُ مَا يَشَاءُ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ [الروم:54]
"Sizi zəif bir şeydən (nütfədən, bir qətrə sudan) yaradan, gücsüzlükdən (körpəlikdən) sonra qüvvətli (cavan) edən, qüvvətli olduqdan sonra (yenidən) taqətsiz (və qoca) edən Allahdır. O, istədiyini yaradır. O, (hər şeyi) biləndir, (hər şeyə) qadirdir!" Rum: 54.
Peyğəmbər (sallallahu aleyhi və səlləm) demişdir:

((ليس منَّا من لم يوقِّر كبيرَنا ويرحَم صغيرَنا))
"böyüklərimizə hörmət, kiçiklərimizə mərhəmət etməyən kimsə bizdən deyildir" Əhməd və Tirmizi.
Həmçinin Peyğəmbərimiz (sallallahu aleyhi və səlləm) bizə ən önəmli ibadəti öyrədir və deyir:

((ليَلِني منكم أولو الأحلام والنهى ثم الذين يلونهم))
"Mənim arxamda elmli və yaşlı insanlar dayansınlar, sonra digərləri dayansın" Müslim.

Blogger tarafından desteklenmektedir.