Mənhəcin əsasları

Titulo

29.04.2016

Kim sələfi olub sonradan cüzi və ya böyük (külli) məsələdə azğınlığa, bidətə düşərsə, əsli bidətçidən daha da şərli olur


Kim sələfi olub sonradan cüzi və ya böyük (külli) məsələdə azğınlığa, bidətə düşərsə, əsli bidətçidən daha da şərli olur.
Cərh və tədil imamı Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun) deyir:
"Bəzi sələfilər və ya "sələfiləşənlər" cüzi və ya külli şeylərdə azğınlığa düşür, sonra ayələr, hədislər və alimlərin sözləri ona oxunur, lakin qayıtmır, beləliklə də bidət əhlindən daha da pis, daha da facir, daha da xəbis birinə çevrilir. Çünki bu kəsdə mürtədlərə bənzərlik, oxşarlıq vardır. Mürtəd İslamı və haqqı bildikdən sonra ondan azır və mürtəd olur və o, bu halı ilə əsli kafirdən daha da çirkin və daha da xəbis və murdar olur. Bu sələfi olub, sonra da azmış kəs əsli bidətçidən daha çirkin və inad etmək baxımından da daha şiddətlidir, o, haqla və haqq əhli ilə müharibədə yalanlara və böhtanlara girir !!
Biz neçə illərdir sələfilik donu geyinmiş insanları görürük, onlar bidət əhlindən daha yalançı, daha facir biridirlər, bunda Allaha sığınırıq ! Elə yalanlara girirlər ki, yəhudi və nəsranilər bu yalanlardan xəcalət çəkər. Bu kəslərdə haqqı bilib, ona arxa çevirib, haqla və haqq əhli ilə müharibə edən mürtədlərə oxşarlıq vardır. Qorxuram ki, bunların bəziləri mürtədliyə də girə bilər. Allaha sığınırıq.
Çünki bunlar haqqı bilib, sonra da haqqa və haqq əhlinə qarşı müharibə edir, büğz edirlər, bundan Allaha sığınırıq. İndi bu şeylər əqidələrinin sələfi olması kimi tanınan bəzi kəslərdə də cərəyan etməkdədir. Lakin onlar xələflərdən (bidətçilərdən) daha pis, əxlaq baxımından da daha alçaqdırlar, bu sinif insanlardan çəkinin və çəkindirin. Bunlara haqqa qayıtmağı nəsihət edirsən, alimlərin sözlərini və dəlillərlə və bürhanlarla gücləndirilmiş hökmlərini gətirirsən, o da öz növbəsində alimlərə tən edir, onları vurur, haqqı, haqq əhlini, dəlilləri və bürhanları vurur, yıxır, salır yerə və öz batillilərindən bərk yapışır.
Bidət əhlindən çəkinməyinizdən daha şiddətli bir şəkildə bunlardan çəkinin və çəkindirin. Bunlar artıq özləri özlərində bidət əhlindən daha şərli bir yol tutub gedirlər. Bütün bunlardan Allaha sığınırıq".
Şeyxin "Məcəlisu təzkiriyyəh fi təfsiri əyətin qurəniyyəh" kit. səh.76
[Quran ayələrinin təfsirində zikr məclisləri]
Blogger tarafından desteklenmektedir.