Mənhəcin əsasları

Titulo

18.04.2016

Bidət əhli Əhli Sünnəni "şiddətli olmaqla" vəsf edir ki, insanları haqq yoldan ürkütsünlər və azdırsınlar.


Şeyx Rabi ibn Hadi əl Mədxəli.
Şeyx Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisini zikr etdi:
"Həqiqətən, Allah nəzakətlidir və bütün işlərdə nəzakətli olmağı sevər".

Daha sonra şeyx belə buyurur: "Mütəşəddidlərə gəldikdə isə, ola bilsin ki, onlar bu cür keyfiyyətlərdən və yaxud bu keyfiyyətlərin bəzilərindən məhrumdurlar. Bundan dolayı şiddətdən meydan çıxan və nəticələnən aşağıdakı problemlərlə üzləşirik:

• Ğuluv (ekstremizm)
• Əl-Xuruc (Müsəlman hakimlərə qarşı üsyan etmək)
• Ət-Təkfir (Müsəlmanları kafir elan etmək)
• Ət-Təbdi (Müsəlmanları dinlərində bidətçi elan etmək) heç bir dəlil olmadan.

Həmçinin, Alimlərə qarşı müxalifliyi büruzə vermək. Xeyr! Daha doğrusu, onlara (alimlərə) qarşı həmlə, hücumlar etmək və alçaq rəylər irəli sürmək və bununla da onları əvvəllər baş verdiyi kimi və hal-hazırda da müsəlman ölkələrində olduğu kimi "hörmətdən salmaq". Bu məsələ gün işığı kimi açıq-aydındır.

Bidət əhli Əhli Sünnəni "şiddətli olmaqla" vəsf edir ki, insanları haqq yoldan ürkütsünlər və azdırsınlar. Bundan əlavə, hətta məsələ bu cür olduğu halda belə, alimlər arasında "şiddətli" olmaqla vəsf olunanlar olmuşdur və onları şiddətli olmaqla vəsf edənlər Bidət Əhli deyil, Əhli Sünnədən olmuşdur. Bununla belə, onların sayı Hədis və Fiqh İmamlarından olan minlərlə alimlərlə müqayisədə az olmuşdur. Bu alimlərimiz insaflı, mötədil, mülayim, yüksək nizam-intizamlı və yumşaqlıq ilə vəsf olunmuşdurlar. Beləcə onlar Peyğəmbər sallallahu aleyhi və səlləmin yolunu özlərinə nümunə götürmüşdürlər. Peyğəmbər sallallahu aleyhi və səlləm mərhəmət və yumşaqlıqla dolu idi və belə buyurmuşdur:
"Həqiqətən Allah yumşaqdır və yumşaqlığı sevər. Yumşaqlıqla, nə sərtlik, nə də başqa bir şeylə vermədiyi şeyləri bəxş edir".

Həmçinin Aişə hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur:
"Nəzakətli olmaq olduğu hər yerə yalnız bəzək verər, ondan uzaq olan yer isə yalnız zərər çəkər".

Lakin qeyd etmək lazımdır ki, sözügedən alimlərin "şiddətli" olması "axmaq cahil kəslərin" təsəəvvür etdiyi kimi deyildir. Belə ki, o alimlər dərrakə, ağıl sahibi hesab olunan alimlər idi. O alimlər yüksək şəxsiyyət və əxlaqi davranış nümayiş etdirən şəxsiyyətlər idilər. Şiddəti düzgün və münasib yerlərdə istifadə edirdilər! Həmçinin onların istifadə etdikləri şiddət öz həyatlarını və dəvətlərini onun üzərində bina etdikləri əsas və yaxud fundamental əsas kimi istifadə edilməmişdir. Eynilə onların şiddəti nə Əhli Sünnəyə tərəf və yaxud onların üzərində tətbiq olunmamışdır, necə ki, bu günlərdə "şübhəçi həddi-büluğa çatmayanların" bəziləri etməkdədirlər!...".

Şeyx Rabi o cür yüksək keyfiyyətlərə sahib olan son dövrün bəzi alimlərini zikr etməklə sözünü davam edir. O alimlər əvvəllər də qeyd olunan Şeyx İbn Bəzz, Şeyx Abdullah Əl Qaravi və Şeyx Hafiz Əl Hakimi kimi alimlərimizdir. Allah onların hamısına rəhmət etsin.

Sonra şeyx sözünü aşağıdakıları qeyd etməklə bitirdi:
Doğrudan da, bu günlərdə baş qaldıran Şiddət heç bir şəkildə, formada və yaxud istənilən tərzdə qətiyyən Əs Sələfiyyədən (Sələfin yolundan) deyil, onlara əsla istinad edilə bilməz! Bunun dəlili budur ki, bu şiddət indi haqq ilə Sünnəyə dəvət edənlərə istiqamətlənən, boğazlarında bir ox olmuşdur. Şiddətli olan kəslər (sələfi yoluna) dəvət edənləri "tənəzzül etdirmək" və "Dəvət Sahəsindən" onları kənar etmək üçün, özlərinin "Mumayyiun" (Sələfin əsas üsullarınını bəzilərinin tətbiqində yumşaq mövqe tutanlar) olduqlarını iddia etməklə bütün səylərini bu yolda xərcləməkdə, istifadə etməkdədirlər. Bu batil, zalimanə və şeytani bir dəlildir! Belə etməklə onlar "Sünnə, Əhli sünnə, sələfiyyə və onun əhlinin" düşmənlərinə qarşı ən böyük yardımçılar və köməkçilərə çevrilmişdirlər!

Ona görə də, "Sünnənin Düşmənləri" tərəfindən, xüsusilə də bu günlərdə, istifadə edilən hiylələr, sui-qəsdlər və intriqalardan xəbərdar, ehtiyatlı olun!"
Blogger tarafından desteklenmektedir.