Mənhəcin əsasları

Titulo

22.04.2016

Rəhbərləri söymək xəvariclikdir – Süleyman ər-Ruheyli



Rəhbərlərə tənə etmək, onları söymək və alçaltmaq pis əməl əlamətidir, bidət nişanəsidir, burada xəvaric nəfəsi vardır.
Mömin Allahın yer üzündəki rəhbərinə hörmət edər. Çünki Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: “Kim Allahın yer üzündəki rəhbərinə hörmət edərsə, Allah qiyamət günü ona mükafat verər. Kim Allahın yer üzündəki rəhbərini alçaldarsa, Allah da qiyamət günü onu alçaldar.”
Biz də Allahın yer üzündəki rəhbərinə, müsəlman rəhbərə hörmət edir, ehtiram nümayiş elətdirir, şəriətin buyurduğu haqqını veririk. Bunu rəhbərə yaxınlaşmaq üçün deyil, Allaha yaxınlaşmaq üçün edirik. Çünki bunu Allah bizim üçün şəriət qaydası etmişdir.
Biz kiminsə rəhbərə qarşı dua etdiyini, rəhbəri alçaltdığını. yaxud onu söydüyünü görsək bilməliyik ki, bu adam fitnə sahibidir, pis insandır.
Bu insanın şəri dəf edilməlidir.
Əvvəlcə ona nəsihət etmək lazımdır. Əgər bacarırsa özü nəsihət etsin, bacarmırsa bu işi bacaran adama müraciət etsin. Əvvəlcə nəsihət etmək mütləqdir.
Əgər ona nəsihət etmək üçün çarə tapmazsa, yaxud nəsihət etməklə onun şərrini dəf edə bilmirsə, vacibdir ki. onun haqqında məsul yerlərə məlumat versin.
çünki bu bir xəstəlikdir və olduqca tez yayılan xəstəlikdir.
Ələlxüsus əgər camaat arasında açıq şəkildə söyürsə, bidətinə dəvət edən sayılır. onun şərri təkcə özündə deyil, digərlərinə təsir edir.
Nəsihət edə bilməyən, yaxud nəsihət edib nəsihətinin fayda vermədiyini görən şəxsə şəriətlə vacibdir ki, onun haqqında məsul şəxslərə müraciət etsin ki, onun şərrindən həm camaat, həm də ölkə salamat olsun.
Blogger tarafından desteklenmektedir.