Mənhəcin əsasları

Titulo

29.04.2016

Şeyxin ən gözəl susdurucu cavablarından biri


Şeyx Usəmə əl-Uməri (həfizahullah) deyir:
Təxminən on il bundan öncə şeyximiz Rabinin evində idik, Əli Həsən əl-Hələbi və Səlim əl-Hiləli də orada idi. Şeyx Rabi onların ikisinə də nəsihət edirdi. Əli Həsən şeyxə Ömərin (radiyallahu anhu) əsərini gətirirdi:
"Əgər qardaşın bir söz deyərsə, onu xeyrə tərəf yoza bilirsənsə, o sözün şər olmasını zənn etmə".
Şeyx də ona cavab verdi ki, mən də Buxaridə gələn Ömərin başqa sözü ilə səninlə mücadələ edirəm:
Ömər deyir:
"Kim bizə xeyir izhar edər, xeyir göstərərsə, biz də o şəxsdan əmin olar, onu özümüzə yaxınlaşdırarıq, gizlində saxladığının isə bizə aidiyyatı yoxdur, Allah onunla Özü hesab çəkəcəkdir. Kim də bizə pislik zahir edərsə, hətta gizlində olan şeylərinin yaxşı olduğunu desə də belə, ondan əmin olmarıq, onun doğru olduğunu demərik".
Bu söz şeyxin ən gözəl susdurucu cavablarından biri idi.
Şeyx Usəmə ibn Səd əl-Umərinin səhifəsindən.
_______________
Tural Yusubov.
_______________
https://telegram.me/selefi_menhecinin_heqiqeti
Blogger tarafından desteklenmektedir.