Mənhəcin əsasları

Titulo

29.04.2016

Sələfi elm əhlinə tən edən bidətçidir, zındıq da ola bilər - Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)


[Bidət əhlinin əlamətlərindən]

{Sələfi elm əhlinə tən edən bidətçidir, zındıq da ola bilər}

Alləmə Rabi ibn Hədi əl-Mədxali (Allah onu qorusun)

Hər bir rafizi, sufi, hizbi və bunların yolunda olub sələfi olduqlarını iddia edən kəzzəblərin  hamısının  hədis əhlinə büğz etdiklərini görərsən, onların adları gəldikdə eşitmək belə istəmirlər, xüsusən də bunların bidətlərinə və zəlalətlərinə qarşı çıxan, şeyxlərini bidətçi çıxaranları. Ən sərt şəkildə və müxtəlif yollarla sələfilərə qarşı hərb edirlər.  Bəzən də yalan danışmaqda və yalan, batil şayələr yaymaqda yəhudiləri belə üstələyirlər.

Əgər hər hansı bir kəsi Sünnə əhlinə tən edən görsən, bu onun bidətçi olmasına dəlildir, bəzən də zındıq olur. Əgər hər hansı bir kəsi Sünnə əhlinə, hədis əhlinə tən edən görsən, bil ki, onlara müxalifdir, onların yolunu təhqir edərək aşağı görür. Bunda heç bir şək yoxdur.

Yoxsa ki, Sünnə əhlinə tən etməyə onu nə vadar etmişdir?! Onu buna vadar edən onun azğın olmasıdır və o, öz azğınlığında, mundarlığında və şərrində batıb qalmışdır. Bu onların əlamətlərindəndir. Bu şər əhlinin, bidət əhlinin əlamətlərindəndir. Hətta əhli sünnədən olduğunu desə də belə, ona inanma, çünki o kəzzəbdir.

Bu kəzzəb batilçi sənə deyəcəkdir ki, "mən sələfiyəm", lakin o kəzzəbdir. Bunu yalnız hiyləylə deyir, münafiq kimi, o da deyir ki, "mən möminəm, mən müsəlmanam"! Münafiq "mən kafirəm, mən münafiqəm, mən İslama nifrət edirəm" demir, əksinə deyir ki, "mən müsəlmanam" və namaz qılır, sədəqə verir və sair işlər görür, lakin İslama və müsəlmanlara nifrət edir.

İndi də insanların çoxu deyir ki, sələfidir, lakin onu yalnız hədis əhlinə nifrət edən və onlara tən edən görürsən.

Hədis əhli hər yerdə: Məkkədə, Mədinə, Yəməndə, Hindistanda, Pakistanda, hər yerdə mövcuddurlar. Bu kəsin isə hədis əhli ilə yalnız hərb etmək münasibəti vardır. O tərəfdən isə bidət əhli ilə gizlində də, aşkarda da dostluq edir, onları müdafiə edir və onarı müdafiə etməkdə özünü həlak edir.
Bu kəslər heç bir şək yoxdur ki, bidətçidirlər, hətta özlərini nə adlandırırlar adlandırsınlar, özlərini necə vəsf edirlər etsinlər. Bütün bunlar onların hallarını açıb göstərən əlamətlərindəndir.

Şeyxin "Məcmu kutub və rasəil və fətəvası" 2/311,312.

__________
Tural Yusubov.
Blogger tarafından desteklenmektedir.