Mənhəcin əsasları

Titulo

15.05.2016

Əli Bin Həsən Əl-Hələbinin Alimlərin Sözləri İlə, "Oynaması" Və Onları, Təhrif Etməsi

Əli əl-Hələbi "Saleh sələfilərin mənhəci" adlı kitabında (səh. 102), "əl-cərhul-muffəssər" məsələsini, qeyd edərkən, kitabın haşiyəsində, şeyxul-islam İbni Teymiyyənin (rahiməhullah): "Bidət əhlinin nişanələrindəndir (yəni, sifətlərindəndir) ki, insanları, öz sözlərinə, ilzəm etsinlər (yəni, tabe olmağa, məcbur etsinlər)" dediyini qeyd etmiş və bunu, şeyxin, "əl-istiqamə" adlı kitabına (1 cild, səh. 176) nisbət etmişdir.

Halbuki, qeyd edilən, mənbədə - kitabda, nəinki, həmin cild və səhifədə, ümumiyətlə, bu kitabda, mütləq olaraq, həmin sözlər, yoxdur.

Lakin, şeyxul-islam İbni Teymiyyənin (rahiməhullah) başqa bir kitabında – "əl-Fətaval-kubra" adlı kitabında (6 cild, səh. 339), əl-Hələbinin yazdığı sözlərdən, uzaq olan, bir mənada, dediyi sözlər vardır.

Şeyxul-islam İbni Teymiyyə (rahiməhullah) demişdir:
"وَلِهَذَا كَانَ مِنْ شِعَارِ أَهْلِ الْبِدَعِ، إحْدَاثُ قَوْلٍ أَوْ فِعْلٍ، وَإِلْزَامُ النَّاسِ بِهِ وَإِكْرَاهُهُمْ عَلَيْهِ، وَالْمُوَالَاةُ عَلَيْهِ وَالْمُعَادَاةُ عَلَى تَرْكِهِ، كَمَا ابْتَدَعَتْ الْخَوَارِجُ رَأْيَهَا، وَأَلْزَمَتْ النَّاسَ بِهِ وَوَالَتْ وَعَادَتْ عَلَيْهِ.
وَابْتَدَعَتْ الرَّافِضَةُ رَأْيَهَا، وَأَلْزَمَتْ النَّاسَ بِهِ، وَوَالَتْ وَعَادَتْ عَلَيْهِ وَابْتَدَعَتْ الْجَهْمِيَّةُ رَأْيَهَا وَأَلْزَمَتْ النَّاسَ بِهِ وَوَالَتْ وَعَادَتْ عَلَيْهِ لَمَّا كَانَ لَهُمْ قُوَّةٌ فِي دَوْلَةِ الْخُلَفَاءِ الثَّلَاثَةِ، الَّذِينَ اُمْتُحِنَ فِي زَمَنِهِمْ الْأَئِمَّةُ لِتَوَافُقِهِمْ عَلَى رَأْيِ جَهْمٍ الَّذِي مَبْدَؤُهُ أَنَّ الْقُرْآنَ مَخْلُوقٌ وَعَاقَبُوا مَنْ لَمْ يُوَافِقْهُمْ عَلَى ذَلِكَ".
"Buna görə də, bidət əhlinin, nişanələrindəndir (sifətlərindəndir) ki, yenilik olan bir söz və ya əməl etsinlər və insanları, buna ilzam (məcbur) etsinlər, ona dəvət edərlər, onun üzərində, dostluq qurarlar və onun üzərində, düşmənliklə tərk edərlər, necə ki, xəvariclər öz rəylərində, bidət etdilər , bunu, insanlara, ilzam (məcbur) etdilər və dostluğu və düşmənçiliyi, onun üzərində qurdular.
Və (necə ki) rafizilər öz rəylərində, bidət etdilər, bunu, insanlara, ilzam (məcbur) etdilər və dostluğu və düşmənçiliyi, onun üzərində qurdular. Və (necə ki) cəhmiyyələr, öz rəylərində, bidət etdilər , bunu, insanlara, ilzam (məcbur) etdilər və dostluğu və düşmənçiliyi, onun üzərində qurdular. Onlar, üçüncü xəlifələrin, dövlətində, qüvvətləndikləri zaman, imamları (alimləri), başlanğıcda, Cəhm (bin Saffanın) rəyi üzrə, Quranın məxliq (xəlq edilmiş) olmasına, müvafiq olmaları (məcbur etmələri) ilə, imtahan edir və bu rəydə, onlara, müvafiq olmayanları (çeşidli üslublarla) cəzalandırırdılar".
Subhan Allah, görün, Əli bin Həsən əl-Hələbi alimin sözünü, necə təhrif edir və onun sözü ilə, necə "oynayır". Halbuki, şeyxul-islamın bu sözlərində, əl-Hələbinin, qeyd etdiyi sözlərlə, yaxından, uzaqdan, heç bir əlaqəsi yoxdur. Əksinə, şeyxul-islamın, bu sözlərində, onun özünə rəddiyə vardır. Necə? Şeyxul-islam İbni Teymiyyə (rahiməhullah) bu sözlərində, üç məzhəbin adını və onların bəzi sifətlərini qeyd edir. Bunlar, kimlərdir? Xəvariclər, rafizilər və cəhmiyyələr. Hər üçü də, zəlalət məzhəbləridir.

Əli əl-Hələbi isə, bəzi, sapıq bidətçiləri, təbdii etməkdən (bidətçi deməkdən) yayınmaq üçün, sələfin mənhəcinə, zidd olan, bir qayda, gətirir və onu, İbni Teymiyyənin (rahiməhullah) kitabından iqtibas gətirməklə, əsaslandırmağa çalışır.

Müvəffəqiyyət Allahdandır!

Tərcümə edən: Yaşar Suleymanlı
Blogger tarafından desteklenmektedir.