Mənhəcin əsasları

Titulo

14.05.2016

Şeyx İbn Useyminin (Allah ona rəhmət etsin!) oruc ilə əlaqədar suallara cavabları



Orucun vacib edilməsində hikmət nədir?
• Sual: Orucun vacib edilməsində hikmət nədir?
• Cavab: Əgər biz Allah təalənin bu ayəsini oxusaq
"Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə vacib edildiyi kimi, sizə də vacib edildi ki, (bunun vasitəsilə) siz pis əməllərdən çəkinəsiniz! (təqvalı olasınız)" (Əl-Bəqərə: 183).
Bu ayədən göruruk ki orucun hikməti Allahdan olan qorxu və Ona olan ibadətdir. Təqva: haram edilənləri tərk etmək və əmr olunanları isə yerinə yetirməkdir.

Həmçinin Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub:
"Kim yalan danışmağı və ona əməl etməyi, cahilliyi tərk etməzsə Allahın, onun yeməyini və içməyini tərk etməsinə, ehtiyacı yoxdur". (Əl-Buxari\1903)
Buradan belə aydın olur ki, oruc tutan kimsə hər bir haram işdən çəkinməli və vacib olan əməlləri yerinə yetirməlidir. Ona qiybət etmək, yalan danışmaq, nəmmamlıq (sözgəzdirənlik) və s. etmək olmaz. Ümumiyyətlə bütün haramlardan çəkinmək, bacardığı qədər yaxşı işlər görmək və vacib olan əməlləri yerinə yetirmək lazımdır. Bunu bir ay ərzində edən insan, ilin qalan hissəsində öz nəfisini doğru istiqamətdə yönləndirə bilər. Amma təəsüflər olsun ki, oruc tutanların çoxusu oruclu günləri ilə digər günləri arasında heç bir fərq görmürlər. Onlar əvvəlki kimi vacib əməlləri tərk etməkdə və haram işlər görməkdə davam edirlər. Öz üzərlərində orucun məsuliyyətini hiss etmirlər. Bu adı çəkilən əməllər orucu batil etmir, amma onun savabını azaldır. Hətta ola bilsin ki, onun bu pis əməlləri orucunun savabı bərabərliyində olsun və nəticədə orucun savabını başa-baş itirsin.


Ramazan ayının daxil olmasını bilməyən insan nə etməlidir?
• Sual: Bir kəs Ramazan ayının başlamasını bilməyib və birinci gün oruca niyyət etməyib sonra Sübh namazından sonra eşidib ki, bu gün artıq Ramazan ayıdır, bu halda nə etməlidir?
• Cavab: o eşitdiyi vaxtdan oruc tutmalı və Ramazandan sonra ehtiyat üçün bu günün əvəzinə qəza tutmalıdır.


Ramazan ayında oruca niyyət etmək
• Sual: Ramazan ayında hər gün niyət etmək lazımdır yoxsa bir aylıq oruc niyəti kifayətdir?
• Cavab: Ramazan ayında birinci gün bir dəfə niyət etmək kifayətdir. Çünki oruc tutan hər gün axşam niyət etməsə də artıq onun bir ay oruc tutmaq niyyəti var idi. Amma orucu Ramazan ayı əsnasında müəyyən səbəb üzündən kəsərsə onda yenidən niyət etmək lazımdır. Çünki onun orucu səbəb üzündən kəsilmişdir və buna görə də niyəti təzələmək lazımdır.


Daimi xəstə orucunu necə etməlidir?
• Sual: Bir adam daimi xəstəliyə tutulub və həkim ona oruc tutmağı yasaq edibsə bu adam nə etməlidir?
• Cavab: Əgər insan müalicəsi olmayan daimi xəstəliyə tutulubsa bu zaman o, hər günün əvəzinə bir nəfər yedizdirir.


Astma xəstəliyinin, qusmağın və damağ qanamasının oruca təsiri
• Sual: Astma xəstəliyi ilə əlaqədar olaraq asma dərmanlarından istifadə edərsə bununla orucu açmış olurmu?
• Cavab: bunu istifadə edən adamın orucu batil olmur, çünki bu onun mədəsinə yetişmir.
• Sual: Qusmaq orucu pozurmu?
• Cavab: Bilərəkdən özünü qusdurmaq orucu pozur. Bilməyərəkdən qusmaq isə orucu pozmur. Buna dəlil Əbu Hureyrənin (Allah ondan razı olsun) hədisidir. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "kim qusarsa o orucunu qəza etmir, kim ki, bilərəkdən özünü qusdurarsa orucunu qəza etsin"
• Sual: Oruc tutanın damağından çıxan qan onun orucunu batil edirmi?
• Cavab: dişlərdən çıxan qan oruca təsir etmir. Amma onu udmaqdan bacardıqca çəkinmək lazımdır.


Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
• Sual: Ağır işdə işləyən şəxs ona çətin olduğundan orucu aça bilərmi?
• Cavab: buna görə orucu açmaq olmaz və əgər buna görə oruc tuta bilmirsə Ramazan ayında icazəyə çıxsın. Çünki oruc islamın ərkanlarından biridir və onu tutmamaq olmaz.


Ruzi qazanmaqla məşğul olub orucdan yayınan
• Sual: Bir kişi ailəsi və uşaqları üçün ruzi qazancı ilə məşğul olub oruc tutmaqdan yayınmışdır. Bu adam nə etməlidir?
• Cavab: Bu insan orucu tərk edərkən Təvil edib (mənasını yozub) fikirləşibsə ki, xəstə adama oruc tutmaq vacib olmadığı kimi yeməksiz dayana bilməyən adama da oruc tutmaq vacib deyil. Bu zaman o sağdırsa tutmadığı orucları qəza edir, ölübsə onun əvəzinə yaxınları bu orucları tutur, yaxud bunu da bacarmırlarsa onda onun adından bir günün əvəzində bir nəfəri yedizdirirlər. Yox əgər o oruc tutmayarkən heç bir təvil etməyibsə (mənasını yozmayıbsa) bu haqda alimlər deyirləri ki: "hər bir müvəqqəti ibadət üzürsüz yerə, bilərəkdən vaxtından çıxarılarsa bu əməl ondan qəbul olunmaz və bunun əvəzinə başqa yaxşı iş görmək, çoxlu tövbə edib bağışlanma diləmək, nafilələr etmək lazımdır". Amma onun orucu tərk etməsinin səbəbi unutmaq yaxud cahillik olarsa onda orucunu qəza etməlidir.


Müvəqqəti olaraq üzürlü səbəbə görə orucunu açan nə etməlidir?
• Sual: Bir kəs müəyyən səbəb üzündən orucunu açıb və günün bir hissəsində həmin səbəb götürülübsə günün qalan hissəsində oruc tutmalıdırmı?
• Cavab: O günün qalan hissəsini oruc tutmalı deyil çünki onun oruc açması şəriətə müvafiq olan səbəb üzündəndir.


Orucunu vaxtından əvvəl açmaq fikrinə düşən
• Sual: Qəti olaraq orucu açmaq niyətində olan adam yeyib-içməsə də iftar etmiş sayılırmı?
• Cavab: Məlum olduğu kimi oruc niyət etməklə tərk etməyi birlikdə cəm etməkdir. Insan oruc ilə yemək-içməyi tərk edərək Allaha yaxınlaşmağı niyət edir. Həqiqətən o orucu açamaq niyətində olarsa bu onun orucunu batil edər. Amma bu Ramazan ayında olarsa günəş batana qədər yeyib-içməkdən imtina etmək vacibdir. Sonra bu orucun qəzasını tutmalıdır. Çünki Ramazan ayında üzürsüz yerə iftar edən gündüz vaxtı yeyib-içməkdən imtina etməli sonra isə orucu qəza etməlidir. Amma onun oruc açmaq niyəti tərəddüdlü (qeyri qəti) olarsa bu haqda alimlərin ixtilafı vardır. Bəziləri belə halda orucun batil olmasını deyirlər, çünki tərəddüd etmək əzmə (qəti istəkə) ziddir. Digər alimlər isə orucun batil olmadığını deyirlər. Çünki əsas niyyətin qalmasıdır. Niyət onu qəti dəyişmək istəyinə düşənə qədər davam edir. Mən də bu fikri daha doğru hesab edirəm. Allah daha yaxşı biləndir.


Oruclu olarkən unudaraq yemək
• Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
• Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir." Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!" Allah təalə də buyurmuşdur ki: - Artıq (belə də) etdim, (sizin duanızı qəbul etdim). Bunu görən insan isə onu xatırlatmalıdır və bunu etmək vacibdir. Çünki bu, münkəri dəyişmək deməkdir. Oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir. Amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır, lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.


Südverən qadının orucu
• Sual: Süd verən qadın iftar edə bilərmi? O nə vaxt qəza etməlidir? Orucun əvəzinə yemək yedizdirə bilərmi?
• Cavab: Süd verən qadın oruc tutmaqla südün azalacağından, bunun da uşağına zərər verəcəyindən qorxarsa bu zaman iftar edə bilər amma sonra həmin bu orucun qəzasını tutmalıdır. Çünki onun vəziyyəti xəstənin vəziyyətinə oxşayır. Bu səbəb getdikdən sonra o orucunu tutmalıdır və əgər bu il tuta bilməsə o birisi il tuta bilər. Orucun əvəzinə kəffarə olaraq yemək vermək isə həmin səbəb və ya xəstəliyin daimi olması zamanı edilir.


Sübh namazından əvvəl heyzdən qurtaran qadının orucu
• Sual: Heyzli (aybaşı) olan qadın sübh namazından əvvəl heyzdən kəsilərsə sonra sübh namazının vaxtı çıxandan sonra qüsl alarsa onun orucunun hökmü nədir?
• Cavab: Əgər onun heyzi sübh namazından əvvəl kəsiliblə orucu doğrudur. Əhəmiyyətli olan odur ki, qadın tam əmin olmalıdır ki, artıq o hezdən kəsilib. Buna görə də qadınlar Aişənin yanına gələr və pambıq gətirərdilər ki, Aişə baxsın görək heyzdən təmizlənib ya yox!? Aişə isə onlara belə deyərdi: "Siz tələsmətin, hətta ağ su görənədək gözləyin". Qadın heyzdən kəsilməsinə tam əmin olmalıdır. Əgər o heyzdən kəsilibsə bu zaman oruca niyət edə bilər hətta sübh namazının vaxtı çıxandan sonra qüsl alsa da onun orucu düzdür. Amma belə hallarda gərək qüslü tez alasan ki, sübh namazını vaxtı çıxmadan qıla biləsən.


Heyzli ola-ola oruc tutan qanının hökmü
• Sual: Kiçik qız uşağı bilməyərək heyzli (aybaşı) ola-ola oruc tutub bunun hökmü nədir və nə etməlidir?
• Cavab: Heyzli (aybaşı) qadın oruc tutmamalıdır və o heyz (aybaşı) günlərində tutduğu orucların qəzasını etməlidir. Burada belə bir məsələ də vardır: Əgər kiçik qız uşağına birinci heyz (aybaşı) gəlibsə və o utandıqından bu haqda ailəsinə xəbər verməyib və oruc tutmayıbsa onda tutmadığı bir aylıq orucu qəza etməlidir. Çünki heyz (aybaşı) olan qadın artıq həddi-büluğa yetişib və oruc tutmaq ona vacibdir.


Oruclu olarkən unudaraq yemək
• Sual: Oruc olarkən unudaraq yeməyin hökmü nədir? Onu görənlər nə etməlidirlər?
• Cavab: Oruc olarkən unudaraq yeyib-içənin orucu düzdür, amma yadına düşən anda yeyib-içməyi tərk etməlidir. Hətta tikə onun ağzında olarsa onu çıxartmaq vacibdir. Belə halda orucun düzgün olmasına dəlil Əbu Hüreyrənin Allah ondan razı olsun etdiyi rəvayətdir: Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Kim oruclu alarkən unudaraq yeyib-içərsə orucnu davam etdirsin. Sadəcə olaraq Allah onu yedizdirib və içizdirmişdir." Həmçinin unutmaqla edilən qadağalı işə görə cavabdehlik yoxdur. Allah təalə buyurur: "Ey Rəbbimiz bizi unutmağımıza və ya xəta etdiyimizə görə sorğu-sual etmə!" Allah təalə də buyurmuşdur ki: - Artıq (belə də) etdim, (sizin duanızı qəbul etdim). Bunu görən insan isə onu xatırlatmalıdır və bunu etmək vacibdir. Çünki bu, münkəri dəyişmək deməkdir. Oruc tutanın oruc vaxtı yeyib-içməsi münkərdir. Amma burada onun üzrü unutmaq olduğu üçün ona günah yazılmır, lakin onu görənlərə isə bunu inkar etməməkdə heç bir üzr yoxdur.


Oruclu olarkən bəlğəm və burun suyunun udulması
• Sual: Oruc tutana bəlğəm və ya burundan çıxan suyu udmağın hökmü nədir?
• Cavab: Bəlğəm və ya burundan çıxan su ağıza çatmayıbsa yekdil olaraq orucu pozmur. Amma ağıza çatandan sonra udubsa bu haqda iki rəy vardır.
a. Bəzi alimlər deyirlər ki, belə halda oruc pozulur. Onlar bunu yemək-içməyə bənzədərək belə deyirlər.
b. Başqa alimlər isə deyirlər ki, belə hal orucu batil etmir. Bu alimlər isə bunu ağız suyuna bənzədərək belə deyirlər.
Çünki ağız suyunu ağzında cəm edib udarsa bu orucu batil etmir. Amma alimlər ixtilaf etdikdə bizim istinadımız Allahın kitabı və Peyğəmbərin ona Allahın salavatı və salamı olsun sünnəsi olmalıdır. Həmçinin biz bir işin ibadəti pozmasında şəkk etsək ki, bu ibadəti batil edir yoxsa yox? Əsl odur ki, batil etmir. Buna əsasən də bəlğəm və burundan axan suyu udmaq orucu batil etmir. Hər halda insan oruclu olsada olmasa da belə şeyləri udmaqdan çəkinməlidir və ağzına gələnləri bayıra çıxartmalıdır. Amma bunun orucu batil etməsinə isə dəlil lazımdır ki, insan üçün Allah qarşısında hüccət (sübut) olsun.


Oruclu olarkən yeməyin dadına baxmaq
• Sual: Yeməyin dadına baxmaq orucu batil edirmi?
• Cavab: Yeməyin dadına, onu udmadan baxmaqla oruc batil olmur. Amma bunu lazımsız yerə deyil, yalnız ehtiyac olan zaman etmək olar. Yeməyin dadına baxarkən istəmədən mədəyə bir şey gedərsə orucu batil etmir.


Oruclu olarkən sərinlənmək
• Sual: Oruclu olarkən sərinlənməyin hökmü nədir?
• Cavab: Oruclu olarkən sərinlənmək olar. "Peyğəmbər ona Allahın salavatı və salamı olsun oruclu olarkən sərinlənmək üçün və susuzluğu yatırmaq üçün başına su tökərdi". Həmçinin Ibni Ömər (Allah ondan razı olsun) susuzluğun və istinin qarşısını almaq üçün paltarını yaş edərdi. Ümumiyyətlə rütubət oruca təsir etmir. Çünki rütubət su kimi mədəyə daxil olmur.


Bilmədən buruna gedən su və burundan açılan qan
• Sual: Oruclu adam ağzını və ya burnunu yuyarkən mədəsinə su gedərsə bu onun orucunu pozurmu?
• Cavab: Belə halda oruc batil olmur. Çünki o bunu qəsdən etməyib.
• Sual: Burundan açılan qan orucu pozurmu?
• Cavab: Burundan açılan qan orucu pozmur, çünki bu onun öz ixtiyarı ilə olmur.


Oruclu olarkən ətir iyləmək, buruna, qulağa və gözə damla dərman (kapli) tökmək
• Sual: Oruclu adama ətir iyləməyin hökmü nədir?
• Cavab: Oruclu adam yağ və ya dezodorant tipli ətirləri iyləyə bilər. Dezodorant tipli ətirləri iyləyərkən onun zərrəciklərini dərindən nəfəs alaraq udmaq olmaz. Çünki bu zərrəciklər onun mədəsinə daxil olur və belə halda orucu batil edir. Amma adi formada iyləmək isə oruca təsir etmir.
• Sual: Buruna, qualğa və gözə tökülən damla orucu batil edirmi?
• Cavab: Əgər buruna tökülən damla mədəyə gedərsə bu onun orucunu batil edir. Amma mədəyə getməyən damla isə orucu batil etmir. Buna görə də oruclu adam onun mədəsinə yetişəcək qədər damla tökməməlidir. Əksinə az miqdarda tökməlidir ki, onun mədəsinə getməsin. Bunun dəlili Peyğəmbərin ona Allahın salavatı və salamı olsun bu hədisidir: "Oruclu olmaqığın vaxt burnunu dərindən təmizlə". Amma qulağa və gözə tökülən damlalar, gözə sürtülən sürmə və s. isə orucu batil etmir. Çünki bu kimi şeylərə dəlil yoxdur və bu orqanlar yeyib içmək orqanları sayilmir.


Oruclu olarkən diş çəkdirmək, qan vermək və istimna etmək
• Sual: Oruclu adam diş çəkdirə bilərmi?
• Cavab: Oruclu olarkən diş çıxartmaq olar və bu zaman gələn qan orucu batil etmir.
• Sual: Oruclu adam müayinə üçün qan verə bilərmi?
• Cavab: Bəli, bunun oruca heç bir təsiri yoxdur.
• Sual: Oruc tutan istimna (onanizm) edərsə orucu batil olurmu? Bu adam kəffarə də verməlidirmi?
• Cavab: Oruclu adam istimna edərsə orucu batil olur. O, bu günün əvəzinə bir gün qəza etməlidir. Amma buna görə kəffarə düşmür. Çünki kəffarə yalnız cinsi əlaqədə olmaqla vacib olur. Həmin bu adam etdiyi işə görə tövbə etməlidir.


Oruc tutan misvakdan və ətirdən istifadə edə bilərmi?
• Sual: Oruclu olarkən misvakdan və ətirdən istifadə etmək olarmı?
• Cavab: Doğrusu odur ki, oruclu olarkən gün ərzində misvakdan istifadə etmək olar. Həmçinin növündən asılı olmayaraq ətirdən də istifadə etmək olar. Amma ki, burnu ilə dərindən nəfəs alıb onu içəri salmasın çünki bu onun mədəsinə gedə bilər.


Oruc tutan sürmə çəkə bilərmi?
• Sual: Oruc tutan sürmədən istifadə edə bilərmi?
• Cavab: Oruclu adama sürmə işlətmək, gözə və qulağa damla axıtmaq olar. Hətta bunun dadını boğazında hiss etsə belə bunun təsiri yoxdur çünki bu nə yemək nə də içməkdir. Qadağa yemək-içmək və onların mənasında olan şeylərədir. Ona görə də yemək-içmək mənasında olmayan şeyləri ona aid etmək düzgün deyildir. Bu dediklərimiz Ibni Teymiyyənin (Allah rəhmət etsin) seçdiyi rəydir və düzgün rəy də budur. Amma burnuna damla tökərkən qəsdən onu içəri salarsa orucu batil edər. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "oruclu olmadığın halda istinşaqı (burunu təmizləməyi) dərindən et!".


Oruclu olarkən vaxtını yataraq keçirmək
• Sual: Orucun məşəqqətindən, aclıq və susuzluqdan, günün çox hissəsini yataraq keçirmək oruca mənfi təsir göstərirmi?
• Cavab: Bu oruca mənfi təsir göstərmir, əksinə bu çətinlikdə çoxlu savab vardır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun Aişəyə (Allah ondan razı olsun) demişdir: "Sənin savabın çətinliyin qədərdir". Insanın Allaha itaətində çətinliyi nə qədər çox olarsa savabı da bir o qədər çox olar. Belə çətinliklə üzləşdikdə sərin yerdə oturmaq və su ilə sərinlənmək olar.


Müsafir adamın orucu necə olmalıdır?
• Sual: Müsafir adamın orucu necə olmalıdır?
• Cavab: Müsafir adamın Ramazan ayında oruc tutması daha yaxşıdır. Əgər iftar edərsə bunun bir zərəri yoxdur. O, iftar etdiyi günlərin qəzasını tutur. Əgər iftar etmək ona daha asandırsa iftar etmək daha yaxşıdır. Çünki Allah təalə Onun rüxsətlərinə (asanlaşdırdığı işlərə) əməl edilməsini sevir.


Müsafirə oruc tutmaq çətinlik yaradarsa o nə etməlidir?
• Sual: Müsafirə oruc tutmaq çətinlik yaradarsa o nə etməlidir?
• Cavab: çətinlik çox ağır olmazsa bu zaman onun oruc tutması məkruhdur (bəyənilmir), çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun hamının bir nəfərin başı üzərinə toplaşmasını gördü və nə baş verdiyini soruşdu, cavabında orucdur dedilər. O buyurdu: "Səfərdə oruc tutmaq yaxşılıqdan deyildir". Əgər bu çətinlik ona çox ağır olarsa bu zaman iftar etmək vacibdir. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun səfərdə olarkən insanlar orucun çətinliyindən şikayətləndilər və Peyğəmbər ona Allahın salavatı və salamı olsun orucunu açdı. Sonra Peyğəmbərə bəzilərinin oruc açmadıqları xəbəri deyildikdə o buyurdu: "Onlar asi olanlardır, onlar asi olanlardır". Amma məşəqqətsiz olan səfərdə oruc tutmaq daha yaxşıdır.


Müasir zamanda müsafir orucunu necə yerinə yetirməlidir?
• Sual: Hal-hazırda müsair texnika səbəbi ilə səfərə çıxmaq çox asan olduğundan oruc tutmaq da ağır olmur, belə halda müsafirin nə etməsi daha yaxşıdır?
• Cavab: Səfərə çıxan insan istəsə iftar edər yaxud da oruc tutar. Peyğəmbər ona Allahın salavatı və salamı olsun öz səhabələri ilə səfərə çıxardılar onlardan bəziləri oruc tutar bəziləri isə iftar edərdilər. Amma buna baxmayaraq biri-digərinə irad tutmazdı. Amma səfər rahat olarsa oruc tutmaq daha yaxşıdır. Çünki bu işdə üç fayda vardır:
1- Peyğəmbəri ona Allahın salavatı və salamı olsun örnək götürmək.
2- Oruc tutmağın asan olması. Çünki hamılıqla tutulan oruc daha asan olur.
3- Tez bir zamanda yükünü boynundan atmaq.


Orucunu açandan sonra günəşin batmadığını görən müsafirin orucu
• Sual: Bir kəs hava limanında olarkən azan oxunur və o orucunu açır, sonra təyyarə havaya qalxandan sonra günəşi görür. Belə olan halda yemək-içməyi dayandırmalıdırmı?
• Cavab: Belə olan halda yemək-içməyi dayandırmaq lazım deyil. Çünki iftar vaxtı onlar yerdə idilər. Peyğəmbər ona Allahın salavatı və salamı olsun buyurub: "Gecə bu tərəfdən gəldikdə, gündüz isə bu tərəfdən getdikdə və günəş batdıqda oruclu orucunu açır". Hava limanında iftar edən adamın günü bitmişdir. Günü bitmişdirsə deməli yemək-içməkdən imtina sabahkı gün olacaqdır. Həmçinin o, iftarını şəriətə uyğun olan dəlillə açmışdırsa, yenidən belə halda oruca davam etmək üçün də şəriətə uyğun dəlil olmalıdır.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!)


Fitrə zəkatı haqda alimlərin fətvaları
• Sual: Fitrə zəkatı nədir və onun səbəbi varmı?
• Cavab: Fitrə zəkatı ramazan ayı bitmədən insanın çıxartdığı 2,5 kq yeməkdir.
Səbəbi isə: Ramazanı bitirmək və iftar etmək münasibəti ilə Allaha olan şükrün təzahürüdür. Buna görə onun adı "Fitrə zəkatı" qoyulmuşdur.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!)


• Sual: Fitrə Zəkatının hökmü nədir?
• Cavab: Fitrə zəkatının hökmü fərzdir. Bunu Peyğəmbər ona Allahın salavatı və salamı olsun fərz etmişdir. Abdullah ibn Ömər (Allah ondan razı olsun) demişdir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını 2,5 kq xurma və ya buğda fərz etmişdir". Fitrə zəkatını yalnız qida məhsullarından vermək olar. Yeməyin əvəzinə pul, paltar, qab-qacaq və s. çıxartmaq olmaz.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!).


• Sual: Fitrə zəkatını verməkdən imtina edənin hökmü nədir?
• Cavab: Onu verməkdən imtina etmək haramdır. Çünki bu cür etmək Peyğəmbərin ona Allahın salavatı və salamı olsun fərz etdiyinə təcavüz etməkdir. Məlum olduğu kimi fərz olunan şeyin tərki haramdır. Bu zəkatı verməkdən imtina edən adam Allaha asilik edir və günah qazanır.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!)


• Sual: Fitrə zəkatının hökmü nədir və bunu çıxarmaq üçün insanın malı müəyyən həddə yetişməlidirmi?
• Cavab: Fitrə zəkatının hökmü fərzdir və bunun çıxarılmasında nisab (malın müəyyən həddə yetişməsi) şərt deyil.
(Şeyx, Əbdül Əziz Ibn Bəzz).


• Sual: Fitrə zəkatı kimə vacib və kimə müstəhəbdir?
• Cavab: Fitrə zəkatı hər bir oruc tutan və ya tutmayan kişi və qadın, böyük və kiçik müsəlmana vacibdir. Həmçinin səfərdə olub oruc tuta bilməyən adama da fitrə zəkatı vacibdir. Əvəzinə verilməsi müstəhəb olan ana bətnində olan uşaqdır. Bu Fiqh alimlərinin rəyidir.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!).


• Sual:Ev sahibi fitrə zəkatını ev əhlinin (bütün ailə üzvlərinin) əvəzinə verməlidirmi?
• Cavab: Müsəlman şəxsə özü və ailəsi, yəni: uşaqları, arvadları, kölələri və s. üçün fitrə zəkatı çıxarmaq vacibdir. Bu vaciblik, həmin ailənin bir günlük yemək və içmək ehtiyatı olduğu halda təyin olunur.
(Şeyx, Əbdül Əziz Ibn Bəzz).


• Sual: Fitrə zəkatında verilən yeməklər məhduddurmu?
• Cavab: Fitrə zəkatı hər ölkənin yemək adətləri olan şeylərdən çıxarılır. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun bunu təyin etməmişdir.
(Şeyx, Əbdül Əziz Ibn Bəzz).


Həmçinin şeyx Ibn Bəzzdən söruşdular ki, hal hazırda fitrə zəkatını düyü vermək olarmı? Cavabında: Bəli olar və bu daha yaxşıdır, Çünki bugünki insanların təlabatı bu yeməkdir.
• Sual: Fitrə zəkatını yeyinti məhsullarından başqa şeylərlə ödəmək olarmı?
• Cavab: Fitrə zəkatı yalnız hədisdə adı keçən yeyinti məhsullarının cinsindən olmalıdır. Məsələn: Fitrə zəkatında ət, paltar, həmçinin pul da vermək olmaz.
(Ibn Useymin, Ibn Bəzz).


• Sual: Fitrə zəkatının miqdarı nə qədərdir?
• Cavab: Şeyx Ibn Bəzz-in rəyinə görə fitrə zəkatının miqdarı təqribən 3 kq-dır. Amma şeyx Ibn Useyminə görə 2,5 kq-dır.


• Sual:Fitrə zəkatını bayram namazından əvvəl çıxartmağı unudubsa nə etməlidir?
• Cavab: Fitrə zəkatını namazdan əvvəl çıxartmaq vacibdir. Kim ki, unudarsa onun borcu yalnız fitrəni çıxartmaqdır. Çünki bu fərzdir və bunu yadına düşən zaman çıxartmalıdır. Buna baxmayaraq fitrəni namazdan sonraya saxlamaq olmaz. Çünki Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrəni namazdan öncə çıxarmağı müsəlmanlara əmr edib.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!).

• Sual: Fitrə zəkatını ramazanın ilk günləri çıxartmaq olarmı?
• Cavab: Bu məsələ alimlərin arasında ixtilaflı məslədir. Amma daha doğru olan rəy odur ki, fitrə zəkatı bayramdan bir-iki gün və ya bayram namazina çıxmadan öncə verilməlidir ki, kasıb adam bayram günü evində yeməyə bir şey tapsın və gedib başqasından istəməsin.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!).

• Sual: Fitrə zəkatının veriləcək yerləri hansılardır?
• Cavab: Fitrə zəkatı yalnız kasıblara verilir. Abdullah ibn Abbasdan Allah ondan razı olsun gələn hədisdə deyilir: "Peyğəmbər ona Allahın salavatı və salamı olsun fitrə zəkatını oruc tutanın təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir". Buna görə də fitrə zəkatı yalnız kasıb və müsəlman olan adama verilir.
Şeyx, Məhəmməd İbn Saleh əl-Useymin (Allah ona rəhmət etsin!).

• Sual: Fitrə zəkatı harada çıxarılmalıdır?
• Cavab: Firtrə zəkatı sənin bayram günü olduğun yerdə çıxarılmalıdır. Bu daha yaxşıdır. Bu rəy, İbn Bəzz, İbn Useymin, əl-Fovzan və s. alimlərin rəyidir.

Axtardığınız cavabı tapmadınızsa, telegram qrupunda və ya forumda soruşa bilərsiniz:

Blogger tarafından desteklenmektedir.