Mənhəcin əsasları

Titulo

1.05.2016

Əsər əhli (sələfi əhli sünnə) barədə pis danışmaq bidət əhlinin əlamətlərindəndir


İmam Əbu Hətim ər-Razi (hicri 277-də vəfat edib) deyir:

"Əsər əhli (sələfi əhli sünnə) barədə pis danışmaq bidət əhlinin əlamətlərindəndir.


Zındıqların əlamətlərindən onlar Əhli sünnəni həşəvilər (rəzillər) adlandırır və bunanla da əsərləri (hədisləri) ibtal etmək istəyirlər.
Cəhmilərin əlamətlərindən onlar Əhli Sünnəni muşəbbihə (Allahı məxluqa bənzədənlər) adlandırırlar.
Qədərilərin əlamətlərindən onlar Əhli Sünnəni mucəbbirə (Allah qulu məcbur edir deyənlər) adlandırırlar.
Murciyələrin əlamətlərindən onlar Əhli Sünnəni muxalifə və nuqsaniyyə (iman artır-azalır dediklərinə görə "azaldanlar", "nöqsançılar) adlandırırlar.
Rafizilərin əlamətlərindən isə onlar Əhli Sünnəni nasibilər (əhli beytə düşmənçilik edənlər) adlandırırlar.

Lakin Əhli Sünnəyə yalnız bir ad yapışır, bu adların onlara verilməsi mümkün deyildir".

Alləmə Lələkəinin "Şərh usuli etiqadi Əhli Sünnə vəl-Cəməa" kitabı 1/197, əsər №3217.

Deyirəm ki, imam Əbu Zura indiki bidətçiləri görsəydi onları da bura əlavə edərək deyərdi:
Mumeyyilərin (bidət əhli səhlənkar olanların) əlamətlərindən Əhli Sünnəni ğulət təcrih adlandırırlar. Necə ki, şeyx Rabi deyir:
İndi sələfilər bəzi "silahsız döyüşən" (dəlilsiz danışan) insanlar tərəfindən müsibətə düçar olub, onları ğuluv əhli adlandırırlar.
Həmçinin deyir:
Əhli sünnə alimləri barədə pis danışan hətta lap zındıq da ola bilər.
________
Tural Yusubov.
Blogger tarafından desteklenmektedir.