Mənhəcin əsasları

Titulo

15.05.2016

Təməyyu əhlinin mənhəci


Bismilləhir-Rahmənir-Rahim.

Möhtərəm müsəlmanlar!

Son dönəmlər, baş verən, fitnə hadisələri, hər bir müsəlmanı, daha məsuliyyətli olmağa, fitnələrə uymamağa, şayiələrə inanmamağa və s. sövq etmişdir. Xüsusən də, sələfilər - əhli sünnə vəl-cəmaədən olan kəslər, təmkinli olmalı və imkan verməməlidirlər ki, bidətçi fikirlər, sələfilərin arasına daxil olsun və ya onların arasında tüğyan etsin.


Sələfilər əsrlər boyu, ümmət arasında, zühür edən, bid`ətləri və sapıq fikirləri, ifşa etmiş və rədd etmişlər. Və bununla da, sələfilərin saf bir əqidə, mənhəc və üsul üzərində, olmasına və ya qalmasına səbəb olmuşlar.

Bu səbəbdən, günümüzdə olan və ya ölkəmizdə olan, sələfilər də, bu cür bidətçi fikirləri təbliğ edən və yayan, Əli bin əl-Həsən əl-Hələbi, Əbul-Həsən əl-Mə`aribi, Adnan əl-Arur, Muhəmməd bin Əbdur-Rəhman əl-Mağravi, Əbu İshaq əl-Huveyni, Muhəmməd əl-Həssan və s. kimilərin, mənhəcinə uymamalı və onların hiyləgər üslublarını tanımalı və bilməlidirlər.

Və dua edirəm ki, ki uca Allah, mənim bu əməlimi, xalis üzünə, qəbul etsin və müsəlmanları, bu əməlimlə faydalandırsın. Amin.

BİRİNCİ MƏSƏLƏ: TƏMƏYYUNUN TƏRİFİ:
1 – Lüğəti mənada: Ərəb dili lüğət kitablarında, "ماع" kəliməsinin iki mənası vardır:
Birincisi: Axmaq (axıb getmək). Suyun, qanın və s. axması kimi.
İkincisi: (Bərk) Əşyaların əridilib axması. Yağın, qızılın, gümüşün əriyib axması kimi.
Təməyyu - تمييع - ميّعَ –nın məsdəridir.
2 – İstilahi – şər`i mənada: Bu istilah, qədim zamanda, alimlər arasında, istifadə edilməmişdir. Bu istilahı, müasir dönəmdə olan, məşhur alimlər:
Şeyx Muhəmməd Nasirud-din əl-Albani (Allah ona rəhmət etsin!)
Şeyx Muhəmməd Əman əl-Camii (Allah ona rəhmət etsin!)
Şeyx Muqbil əl-Vadii (Allah ona rəhmət etsin!)
Şeyx Əhməd ən-Nəcmi (Allah ona rəhmət etsin!)
Şeyx Əbdul-Muhsin əl-Abbad (Allah onu qorusun!)
Şeyx Salih əl-Fövzan (Allah onu qorusun!)
Şeyx Rabii bin Hadi əl-Madxali (Allah onu qorusun!)
Şeyx Ubeyd əl-Cabiri (h.) və başqaları istifadə etmişlər.

Alimlər, bu istilahı, istifadə etmələrinə rəğmən, ona, hər hansı bir xüsusi, tərif verməmişlər. Lakin, alimlər, bu istilahı, aşağıda qeyd olunan, kəslər barədə, istifadə etmişlər. Alimlər, bu istilahı:

1 – Bid`ət əhlini təhzir etməyən, hüccət, dəlil və bürhan olmasına rəğmən, onları tənqid etməyən kəslər barədə,
2 – İslama müxalif olanlarla, müamilə etməyi, islamın üsuluna və qavaidinə zidd olaraq, xəfifə alanlar barədə,
3 – Özlərindən üsul və qavaid icad edərək, və bu barədə, mövcud olan, şər`i qaydaları pozaraq, bid`ət əhli barədə danışmağı tərk edib, onlardan təhzir etməyənlər barədə,
4 – Camaatlar və mənhəclər arasında, fərq qoymadan, bid`ət əhlinin yollarını səhihləyən və onları sünnəyə nisbət edən və aralarını ayırmadan, hamısının, o kəslərin, onun, qardaşları olduğunu, deyən kəslər barədə,
5 – Bidətçi kimi tanınan, kəsləri, təbdii etməyən, onlara, hidayət imamları kimi, hökm edən və onlardan, elm götürməyi, tövsiyə edən, kəslər barədə,
6 – Bid`ətçinin, bid`əti ilə, sünnə əhlindən, fərqləndiyini inkar edən, onun bid`ətini tanıtmayan və onun müxalif olmasını inkar edən kəslər barədə,
7 – Sünnə əhli ilə bid`ət əhli arasında fərq qoymayan, müsəlman ilə kafir arasında fərq qoymadan, onların arasını ayırmayan kəslər barədə, istifadə etmişlər.

Belələklə, bütün bu qeyd edilənlərdən sonra, belə bir nəticəyə gəlmək olar ki, təməyyu əhli, o kəslərdir ki:
- Müxaliflər ilə, müamiləni xəfifə (yüngülə) alanlar,
- Təbdiidə, sələfin qavaidləri ilə razılaşmayan kəslər,
- Və s.
Xülasə olaraq, yuxarıda qeyd edilənlərdən, belə bir nəticə hasil olur ki, alimlər, bu istilahı, müasir dönəmdə, sələfi mənhəcinə muxalif olan:
Əli bin əl-Həsən əl-Hələbi,
Əbul-Həsən əl-Mə`aribi,
Adnan əl-Arur,
Muhəmməd bin Əbdur-Rəhman əl-Mağravi,
Əbu İshaq əl-Huveyni,
Muhəmməd əl-Həssan və s. barədə istifadə etmişlər.
Möhkəm dəlillərlə, bəllidir ki, uca Allah, bu ümməti, orta bir ümmət etmiş və onu başqalarından, seçib ayırmışdır. Əqidə babında, bir çox məsələdə, əhli sünnə vəl-cəmaə orta bir mövqedədir. O məsələlər ki, o məsələlərdə, üç rəy vardır – iki tərəf və orta yol. İki tərəf – ifrat (ğuluvv edənlər, şişirdənlər) və təfrit (alçaldanlar) edənlər.
Bu ümmət, orta bir ümmət, olduğu üçün, uca Allah, bu ümməti, ucaltmış və başqa ümmətlərdən üstün və fəzilətli etmişdir.
Lakin, hər əsrdə, bu ümmətdə, haqq əhli olan - əhli sünnə vəl-cəmaəyə, müxalif olan, əqidə və mənhəclər olduğu kimi, bu əsrdə də, belələri olmuşdur.
Bu müxalif olan, mənhəclərdən bir də, ixvanil-müslimin partıyasıdır.

Qısa bir arayış: İxvanil-muslimin partiyası – Misirdə, miladi 1928-ci ildə, Həsənul-Bənna tərəfindən qurulan və nizamnaməsində, ilk mərhələdə Misirdə, sonrakı mərhələdə, ərəb dünyasında və daha sonrakı mərhələdə isə, qeyri ərəb - əcəm müsəlmanlarının, islah olmasını, qarşısına bir məqsəd kimi, qoymuşdur.
Onlar, özlərindən əvvəlki, sapıq məzhəb və təriqətlər kimi, sələfin əqidəsinə, mənhəcinə və üsuluna zidd olan, bir takım, qaydalar təsis edərək, fəaliyyətlərini, həmin qaydalara uyğun olaraq, qurmağa çalışmışlar.
Bu qaydalardan biri də, "əqidəsi, əxlaqı, fiqhi və mədəniyyəti bir-birinə müxalif olan, camaatları, bir çatı, ətrfında, cəm etmək" qaydasıdır.

İlk baxışdan, mütərəqqi bir ideya kimi, görünən bu qayda, təbii ki, tərkibində, bir çox fəsadları da, cəm etməkdədir. Vaqe olaraq, bu ideyanın, gerçəkləşməsinin mümkünsüz olduğu və gələcəkdə, çox ciddi, fəsadlara səbəb olacağı, bəlli idi.

Həmçinin, onların, təsis etdiyi, batil qaydalardan biri də, "əsas məqsədə (yəni, islaha) çatmaq üçün, ilk öncə, dövlətə sahib olmaq – yəni, dövlətə hakim olmaq, bundan sonra, Misirdə, ərəb dünyasında və qeyri ərəb -əcəm müsəlmanların islah olunmasına nail olmaq" qaydasıdır.

Bəllidir ki, bu, sələfin üsuluna ziddir və Allah rəsulunun (sallallahu aleyhi və səlləm) mənhəcinə müxalifdir. Allah rəsulu (sallallahu aleyhi və səlləm) Məkkədə olarkən, Məkkənin böyükləri, onu, öz tərəflərinə çəkmək üçün, çeşidli təkliflərdə, bulunmuşlar. Və bu təkliflərdən biri də, onu, özlərinə başçı təyin edə biləcəkləri təklifi idi. Məlumdur ki, Allah rəsulu (sallallahu aleyhi və səlləm) o biri təkliflərdən imtina kimi, bu təklifdən də, imtina etmişdir.

Həmçinin, ixvanların, qoyduğu qaydalardan biri də, "ittifaq etdiyimiz, məsələlərdə birləşək və ixtilaf etdiyimiz məsələlərdə isə, bir-birimizi özürlü görək" qaydasıdır. Bu qayda da, Muhəmməd Rəşid Rizanın "nurlu qızıllıq" qaydası olaraq, adlandırdığı bir qaydadır. Hansı ki, o, bu qaydanı, iki şeyxi, massonlar, Cəmalud-din əl-Əfğani və Muhəmməd Abduhdan götürmüşdü. İxfanlar da, bu qaydanı, onlardan götürərək, özlərinə, mənhəc etmişlər.

Bundan sonra, bu qaydanı, ixvanlardan, Adnan Arur götürmüşdür və onun sözlərini dəyişdirərək, "نصحح و لا نجرح" - "düzəltək (islah edək) və cərh etməyək (pisləməyək)" və "نبين و لا نضلل" - "(islah etmək üçün) bəyan edək və zəlalət əhli adlandırmayaq" halına salmışdır.
Bundan sonra, Əbul-Həsən əl-Mə`aribi gəlmiş və həmin qaydanın sözlərini dəyişərək, "نبني و لا نهدم الأشخاص" - "(islah edərək) bina quraq və şəxsləri (ətrafımızdan) dağıtmayaq" və "نُصَحِّحُ ولا نَهْدِم" – "düzəldək və dağıtmayaq" halına salmışdır.
Bundan da sonra, Əli Həsən əl-Hələbi gəlmiş və bu qaydanın sözlərini dəyişərək, "لا نجعل خلافنا في غيرنا سبباً للخلاف بيننا" – "başqasına münasibətdə, müxtəlif mövqelərdə olmağımızı, bizim aramızda, ixtilaf etməyimiz üçün, səbəb etməyək" halına salmışdır. Və həmçinin də, buna bənzər, başqa qaydalar da demişdir.

Bununla da, bu cür, sapıq qaydalara, istinad edərək, bir-birinə müxalif mövqedə olan, məzhəb və təriqət nümayəndələrini, bir çatı altına toplayaraq, bidətçıləri də təbdii etməkdən çıkinərək, onları, sələfiliyin, tərkibinə daxil etməyə, cəhdlər etmişlər.
Lakin, bütün bu cəhdlər, boşa çıxacaq və sələfi əqidəsi və mənhəci, hər zaman olduğu kimi, yenə də, İnşaAllah, saf və pak olaraq, qalmağa davam edəcəkdir.

Yaşar Suleymanlı
14.02.2016

Blogger tarafından desteklenmektedir.