Mənhəcin əsasları

Titulo

2.06.2016

"Dəvə şeytanlardan yardılmışdır" hədisinin zəifliyi.

Abdullah ibn Muğaffəlin hədisində gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir:

"Qoyunların yerində namaz qılın, amma dəvələrin yerində namaz qılmayın, çünki dəvə şeytandan yaradılmışdır"

Bu hədisi İmam Tirmizi və ibn Məcə rəvayət etmiş, şeyx Albani isə səhih demişdir.

Lakin şeyx "Daif Məvarid Zam'ən" kitabında 25-335 axırıncı cümlənin- yəni "çünki dəvə şeytandan yaradılmışdır" cümləsinin səhihliyindən qayıtmış, zəif olduğunu bildirmiş və bunu səhihləşdirənə də rəd etmişdir.

"Təracuat şeyx Albani" 1-ci cild 30-cu səhifə.

Hətta səhihliyini fərz etsək də -lakin səhih deyil, zəifdir - məna budur ki, imam Əbu Hətim ibn Hibbənin (354 hc) dediyi kimi:
"mənası budur ki, onunla bərabər şeytan var. Necə kimi digər hədisdə gəlmişdir ki, "namaz qıldıqda qarşından biri keçərsə, bacarsan onu onu dəf et, əgər israr edərsə, vuruş, çünki o şeytandır".

Sonra Əbu Hətim ibn Hibbən fəsl açaraq adını bu cür qoyur:
"Peyğəmbərin "çünki dəvə şeytandan yaradılmışdır" sözünün mənası həqiqi mənada yox, birgəlik, yanaşı olmaq mənasında olmasının bəyanı".
Bax: Albaninin "Təliqat hisən alə sahih ibn Hibbən" kitabı 3/245-246.

Sonra ibn Hibbən (rahiməhullah) bunun üzərində uzun-azadı dayanır və sözü uzadır.
_____
Bu hədisi oxuyanda hədisin bu hissəsinin səhihliyində qəlbinə bir hiss düşdü və araşdırdım ki, hədisin bu hissəsi zəifdir. Verdiyi nemətlərlə bütün xeyirlər tamam-kamal olan Allaha həmd olsun.

Tural Yusubov.
Blogger tarafından desteklenmektedir.