Mənhəcin əsasları

Titulo

15.06.2016

Quran oxuduqdan sonra [SadaqAllahul-Azim] demək bidətdir


Bir çox insanların Quran oxuduqdan sonra xəbərsiz olduqları sünnə


Aişə anamız (radiyallahu anhu) belə deyir:
Peyğəmbər (sallallahu aleyhi və səlləm) oturduğu hər bir məclisdən, oxuduğu hər bir Qurandan, qıldığı hər bir namazdan sonra bu kəlmələrlə xətm edərdi:

"Subhənəkə Allahummə va bihəmdik, əşhədu ən lə iləhə illə əntə, əstəğfirukə və ətubu ileykə"

Dedim ki, ey Allahın Elçisi! Görürəm ki, olduğun hər bir məclisdən, oxuduğun hər bir Qurandan, qıldığın hər bir namazdan sonra bu sözləri deyirsən.

Dedi ki, bəli. Kim xeyir deyərsə, ona xeyirlə son vurular, kim şər söyləyərsə, onun üçün kəffarə olar.

İmam Nəsəi bu hədisin üzərində fəslin adını belə qoymuşdur ki,
[Quran tilavətinə xətm etdikdə deyilən söz]

Hədisin isnadı səhihdir. Nəsəi "Sunən Kubrada" rəvayət etmişdir. Hafiz ibn Həcər "Nukət" kitabında 2/733 isnadı səhihdir demişdir.

Alləmə Albani "Sahihədə" 7/495 demişdir ki, isnadı Muslimin şərtlərinə uyğun olaraq səhihdir.

Alləmə Muqbil isə "Cəmius-sahih mimmə leysə fis-sahiheyn" kitabında 2/128 demişdir:
[Bu, səhih hədisdir]

SadaqAllahul-Azim demək Sünnədə varid olmayıb. 

Buna görə də "Ləcnə dəimənin" fətvasında deyilir ki,

Quran qiraətindən sonra "Sadaqallahul-Azim" və ya buna bənzər nəsə demək bidətdir, çünki Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Quran oxuduqdan sonra belə deməsi sabit olmamışdır. Əgər Quran qiraətindən sonra belə demək şəriətdən olmuş olsaydı, Peyğəmbər (sallallahu aleyhi və səlləm) bunu edərdi.

Peyğəmbər (sallallahu əleyhi və səlləm) demişdir:

"Kim bizim bu işimizdə ondan olmayan bir yenilik gətirərsə, o rədd olunar." Buxari və Muslim.

Şeyx Abdul Aziz ibn Baz
Şeyx Abdullah Ğudeyyan
Şeyx Abdur Razzaq Afifi

Fətva №7306

Tural Yusubov
Blogger tarafından desteklenmektedir.