Mənhəcin əsasları

Titulo

18.08.2016

Alimlərin getməsi Şeyx Fövzanı ağlatdı



“Elm əhli tanınır. Diplom alaraq fakultəni bitirən, hədis və ayələr əzbərləyən, kitablar oxuyan hər bir kəs fəqih olmur. Fəqihlər insanlar tərəfindən tanınırlar. Lakin bəzi insanlar, yaxud insanların bir çoxları yalnız özünə sərf edəni istəyir və axtarır. Danışarkən ola bilsin ki, onlar insanların ən cahili və ən azmışıdır. Bu böyük bir təhlükədir. Xüsusən də, alimlərin azaldığı belə bir zamanda. Fəqihlər azalmış və oxuyanlar çoxalmışdır.

Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: “Həqiqətən, Allah-Təala elmi kişilərin ürəklərindən çəkib götürməz. Lakin elm alimlərin ölümü ilə çəkilib götürülər. Alim qalmayanda isə insanlar özlərinə cahil başçılar seçərlər. Onlar soruşularlar və cavabında isə elmsiz fətva verərlər. Azarlar və digərlərini də azdırarlar”. (Buxari və Müslim).

Güc də qüvvət də Allahdandır. Qorxuruq ki, bu artıq bizim zamanımızda başlamışdır. Hamımızın çəkinməyimiz, qorxmağımız və ehtiyatlı olmağımız vacibdir. İmkan dairəsində olanların içindən elm əhlini, etibar əhlini seçmək lazımdır. Əvvəlki alimlərə, fəqihlərə gəlikdə isə artıq onlar gediblər. Lakin olanların ən xeyirlisini seçmək lazımdır. Bacardığınız qədər Allahdan qorxun. Allahdan istəyirəm ki, bizi və sizi haqqı bilməyə və ona əməl etməyə müvəffəq etsin. Allahın salavat və salamı Peyğəmbərimiz Məhəmmədə olsun”.

Blogger tarafından desteklenmektedir.