Mənhəcin əsasları

Titulo

15.08.2016

Müəyyən bir şəxsə görə dostluq və düşmənçilik etmək olarmı?

Şeyx Rabi ibn Hədi əl-Mədxali cavab verir:

"Bunun mənşəyi Allah təalənin hərb etdiyi ğuluvdur. Allah təalə deyir: {Ey Kitab əhli, dininizdə həddi aşmayın. Allah barəsində haqq olmayan bir şey deməyin. Məryəm oğlu İsa Məsih yalnız Allahın Rəsuludur}. Peyğəmbər (sallallahu aleyhi və səlləm) deyir: «Nəsranilər Məryəm oğlu İsanı öz dərəcəsindən yüksəkdə tutduqları kimi siz də məni elə ucaltmayın. Mən qulam, sizə də deyin ki, Allahın qulu və rəsuludur.»
Peyğəmbər barəsində ğuluv etmək icazəli deyildirsə, bəs onda başqa şəxslər necə?! Miskinlər!

Bəs azğın bidətçilər barəsində necə?! Necə də bu cür insanlar üzərində dostluq və düşmənçilik qurula bilər?!

Necə bu cür insanlar üzərində dostluq və düşmənçilik edə bilərsən, onlar barəsində həddi aşa bilərsən, ğuluv edə bilərsən, onları müqəddəs tuta bilərsən?! Bu icazəli deyildir!

Dostluq da, nifrət də Allah üçün olmalıdır. Hətta biz, Peyğəmbərlərin özlərini də, salehləri də Allah üçün sevirik. Kafirlərə və bidətçilərə də Allah üçün nifrət edirik. Dostluq da, düşmənçilik də, nifrət də Allah üçündür. Əgər bu şeylər bu yol üzərə olmazsa, onda şeytanın yolundadır. Onda Allahdan heç bir şey yoxdur.

"Əhli Sünnə və onların əlamətləri" kaseti.

________________
Tural Yusubov

https://telegram.me/selefi_menhecinin_heqiqeti
Blogger tarafından desteklenmektedir.