Mənhəcin əsasları

Titulo

5.09.2016

Aləmlərin Rəbbinin rəhmətinin genişliyi

Müəllif: Şeyx Seyyid İbn Səduddin Əl-Ğabəşi 
Təsdiq Etmiş Və Nəşrinə İzn Vermişdir: İmam Abdul Aziz İbn Bəz 
Tərcümə Etdi: Tural Yusubov (Məkkə Ummul-Qura Universitetinin Əqidə Fakultəsinin Tələbəsi)

Ön Söz 

Həqiqətən həmd yalnız Allaha layiqdir, Ona həmd edir, Ondan kömək və bağışlanma diləyirik. Nəfslərimizin və pis əməllərimizin şərindən Allaha sığınırıq. Allahın hidayət etdiyini azdıran və azdırdığını hidayət edən olmaz. Şəhadət edirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və şəhadət edirəm ki, Muhəmməd Onun qulu və elçisidir. Ona və ailəsinə Allahın xeyirbərəkəti və salamı olsun.

Artıq, firqələrin ixtilaf etdikləri iman və əhkam məsələlərində suallar artmışdır. İnsanlar isə xüsusən bu dövrdə ortaya çıxarılan və qarışdırılan bu məsələlərin bəzilərində qənaətbəxş cavablar tələb edir. Artıq iman məsələlərində, həmçinin şəriətə müxalif olan cahilin hökmü və şəriətin bəzisini tərk edənin hökmü məsələlərində insanların rəylərini, fikirlərini ortaya qoyan, bəyan edən risalələr yayılmışdır.

Bundan öncə də əzm etmişdim ki, elmlə məşhur olan və sələfi salehin yoluna tabe olan imamlardan gələn sabit nəqlləri cəm etmək və bu nəqllərdə gələn üsul və qaydalardakı bəzi kəslərə qaranlıq qalan məqamlara açıqlıq gətirməklə, Əhli Sünnə imamlarının əqidə məsələlərində ittifaq etdiklərini – Allaha həmd olsun – bəyan etməklə bir kitab yazım. İxtilaflar isə yalnız və yalnız bidət əhli tərəfindən, yaxud imamların kəlamlarında və elmi qaydalarda cahil olanlar tərəfindən meydana gəlmişdir.

Əlimin altında bir çox vəsaitlərin olmasına baxmayaraq, bu kitabı yazmağı təxirə saldım və bu da bir çox səbəblərə görə oldu: Bunlardan vaxtın azlığı, həqiqətən bu kimi kitabı yazmaq tərtibə ehtiyac duyur ki, hətta kitab kamil bir şəkildə çıxsın və bu vaxt isə işlərin və dərslərin çoxluğuna görə indiyə qədər əldə olunmayıb. İkinci səbəb isə, bu günlərdə bu mövzuda fasid və xarab yazıların çoxalmasını, kimin ağlına nə rəy gəldi yazıb-yaymasını və bunun da hərc-mərcliyə, elmə olan hörmətsizliyə və elmdə donu altında xətaların yayılmasına aparıb çıxarmasını görərək (yazmaqdan) tərəddüd etməyim oldu.
Sonra isə, az vaxt ərzində tələsik olaraq, heç bir tərtibat və fəsillərə ayırmadan, ətrafında suallar artan bir məsələ barəsində bu müxtəsər kitabı yazmağı məsləhət bildim, bu məsələ də şəriətdən cahil olduğu halda bu ümmətdən olan şirk edən kəsin hökmü məsələsindən ibarətdir.

Kitabı endir  (2.84 MB, 143 səhifə)
Blogger tarafından desteklenmektedir.