Mənhəcin əsasları

Titulo

12.10.2016

Könüllü sədəqə


Könüllü sədəqəni, çox vermək müstəhəbdir.
Uca Allah buyurur:
"Mallarını Allah yolunda sərf edənlərin halı yeddi sünbül verən bir toxuma bənzər ki, bu sünbüllərin hər birində yüz ədəd dən vardır. Allah istədiyi kimsə üçün bunu qat-qat artırır. Allah (lütfü ilə) genişdir, (buna layiq olanları) biləndir".

Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Hər gün insanlar səhərə çıxdıqda iki mələk nazil olar. Onlardan biri deyər ki, Allahım sədəqə verənə bunun əvəzini ver. Digəri isə deyər ki, Allahım xəsislik edib sədəqə verməyənə xəsarət ver"[1].
Müsəlmanın sədəqəsinə ən layiq olan kimsə, onun ailəsi, qohum-əqrəbasıdır. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Miskinlərə kömək etmək sədəqədir. Qohum-əqrəbaya kömək etmək isə iki savabdır. Həm sədəqə, həm də qohumluq əlaqələrini qorumaq"[2].

* * *



[1] Buxari: 3/ 304/ № 1442. Müslim: 2/ 700/ № 1010.
[2] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: № 3858. Tirmizi: 2/ 84/ № 653.

Blogger tarafından desteklenmektedir.