Mənhəcin əsasları

Titulo

9.10.2016

Şeyx İbn Useymin - Aşura orucu (12 oktyabr 2016)



Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Aşura orucu haqqında demişdir:
“Allahdan diləyirəm ki, bu günün orucu ilə keçən ilin günahlarını bağışlasın.” (Muslim: 1162).

Lakin Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) aşura günü ilə bərabər bir gün öncə, yaxud bir gün sonra oruc tumağı da əmr etmişdir.
Hədisdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) belə demişdir:
“Əgər gələn ilə qalsam doqquzuncu günü də oruc tutacam.” 
Yəni, aşura günü ilə birlikdə.

Sünnəyə görə Aşura günü oruc tutmaq istəyən aşuradan bir gün öncə yəni (Məhərrəm ayının) doqquzu, yaxud bir gün sonra (Məhərrəm ayının) on biri oruc tutsun. Aşura günü uca Allah Musa peyğəmbəri Firondan xilas etdiyi üçün (oruc tutan) yəhudilərə müxalif olaraq belə etmək sünnədir.

Aşura günü həm müsəlmanların, həm də islamdan əvvəlki ümmətlərin yaddaşında mühüm hadisələrin baş verdiyi gün kimi yadda qalmışdır. Ona görə də insanlar bu gündə Allah Təalaya şükür olaraq oruc tuturlar.

2016-cı il üçün aşura günü oktyabr ayının 12-nə müvafiq olacaqdır. Ayın 11+12, 11+12+13, yaxud 12+13-cü günləri oruc tutmaq Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) tövsiyə etdiyi əməllərdəndir.

Bu gündə həmçinin hər bir müsəlmanı kədərləndirən hadisə, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) nəvəsi Hüseynin (Allah ondan razı olsun) qətl hadisəsi də baş vermişdir. Biz bu günə görə kədərlənir, şəhid olanlar üçün Allahdan rəhmət diləyirik.

Aşura günü yas günü deyil, Allah rəsulunun söylədiyi kimi oruclu, namazlı ibadət günü olmalıdır.

Mənbə: Sələf Xəbər
Blogger tarafından desteklenmektedir.