Mənhəcin əsasları

Titulo

9.11.2016

Qamət Süleymanovun Səlim Əbu Omara 2-ci cavabı


Rəhman və Rəhim olan Allahın adı ilə

Səlim qardaş, sizin məktubunuzu oxudum. Cavaba görə Allah sizi xeyirlə mükafatlandırsın. Lakin, bəzi məsələlər hələ də anlaşılmaz olaraq qalır.

Birincisi, siz tez-tez söhbəti başqa məcraya yönəldirsiniz. Deyirsiniz ki, siz sələfiyyəyə dəvət aparanda, mən hələ şiəlikdən sələfiliyə keçirdim. Və yaxud da siz Azərbaycanın qanunlarından danışırsınız və hətta onları azərbaycan dilində originalda təqdim edirsiniz. Qardaş, bunun bizim söhbətimizə nə aidiyyatı var? Əgər bilmək istəyirsinizsə, mən 1998-ci ildən məscidin rəsmi imamıyam və ölkəmin qanunlarına müvafiq olaraq dini fəaliyyətlə məşğul olmaq hüququm var. Xahiş edirəm mənim qanuna tabe olub-olmadığım barədə narahat olmayasınız və söhbətdən yayınmayasınız. Özünüzün də dediyiniz kimi, vaxt sizin üçün çox dəyərlidir və cavab yazmaq üçün güclə vaxt tapırsınız. Əgər belədirsə, onda gəlin söhbətimizə aidiyyatı olmayan məsələlərə vaxt sərf etməyək.

Əgər siz qanuna tabe olmaq barədə məsələ qaldırır və mənə mənim ölkəmin qanunlarından sitat gətirirsinizsə, sizdən soruşmaq istəyirəm: sizin yaşadığınız ölkənin (BƏƏ) qanunları sizə dəvət aparmağa icazə verirmi? Əgər verirsə, o zaman zəhmət olmasa mənə sizə BƏƏ-də hökumətin icazəsi olmadan dəvət aparmağa icazə verən qanunu göstərin. Başqalarını günahlandırmazdan əvvəl, əvvəlcə öz halınız barədə düşünün.


İkincisi, sizdən çəkindirmək və ya sizi nədəsə günahlandırmaq üçün nöqsanlarınızı axtardığım və əleyhinizə “kompromat” topladığımı düşünməklə problemə düzgün yanaşmırsınız. Bu sadəcə Allahın öz Kitabında “Ey iman gətirənlər! Zənnə çox qapılmayın. Çünki zənn edilənlərin bir qismi günahdır” (49:12) deyərək qadağan etdiyi zənndir.
Mən sizin nöqsanlarınızı axtarmıram, çünki buna heç vaxtım da oxdur. Lakin, çoxdandır sizin ətrafınızda söhbətlər və ittihamlar dolaşır və mən sizdən onlara münasibətdə öz mövqeyinizi bildirməyi xahiş etdim. Bundan əlavə, mən bu vaxta qədər sizi nədəsə günahlandırmamışam. Sadəcə olaraq bəzi məsələlər və ittihamlarla bağlı öz mövqeyinizi bəyan etmək və açıq-aydın şəkildə göstərməyinizi xahiş etmişəm. Mən bunu sizin xeyrinizə etdim ki, siz açıq-aydın şəkildə öz sələf əqidənizi göstərəsiniz və bu söhbətlər səngisin, biz də sizi ürəklə tövsiyyə edə bilək.

Mənim “kənarda dayanmağım” o demək deyil ki, mən sizi islah etməyə çalışmamışam. Mən dəfələrlə qardaşlardan xahiş etmişəm ki, sizə nöqsanlarınızı bildirsinlər. Onlar bunu ediblər, lakin ola bilsin ki, onlardan bunu mənim xahiş etdiyimi sizə deməyiblər. Məsələn, bu yaxınlarda yanıma sizin yaxın bir tələbəniz gəlmişdi və sizin barənizdə bildirdi ki, siz təkfirin şərtləri və maneələrinə riayət etmədən, hər şirk edəni kafirlikdə ittiham etməyə icazə verirsiniz. Bu qardaş və digər bir neçə qardaş dərsdə sizinlə mübahisə etməyə başlayıb, lakin siz öz fikrinizdə qalmaqda davam etmisiniz. Həmin qardaş mənə bu barədə danışanda, mən ona dedim ki, ola bilsin siz bu məsələni düzgün başa düşməmisiniz və o qardaş vasitəsilə sizə çatdırması üçün xeyli dəlillər göndərdim. Eşitdiyimə görə, siz artıq şəxsi və ümumi təkfiri ayırd edə bilrsiniz və bu barədə məqalə tərcümə etmisiniz. Sizin bu məsələdə rəyinizin dəyişməsinə kimin səbəb olduğu mənə maraqlı deyil, lakin bizim üçün əsas olan odur ki, siz kiminsə nəsihətini qəbul etməklə və ya bu məsələni araşdırmaqla islah olmusunuz, daha sonra bu və digər məsələlərdə sələfi mənhəcinizi açıq-aydın şəkildə göstərmisiniz. Əgər siz hər hansı mühüm məsələdə fikrinizi dəyişirsinizsə - necə ki, siz bunu tez-tez edirsiniz - o zaman bu barədə bəyan etmək lazımdır ki, bidətçilər sizin sözlərinizdən istifadə edə bilməsinlər. Həqiqətə qayıdış hər bir alim üçün böyük şərəfdir, o ki qaldı elm tələb edənlər və ya bunun iddiasında olanlar üçün. Açıq şəkildə səhvə yol verən şəxs, tövbə etdiyini də açıq şəkildə bəyan etməlidir ki, heç bir şübhəyə yer qalmasın.

Sizə müxtəlif məsələlər barədə dəlillər çatdırdığım bir çox halları da nümunə gətirmək olar, lakin hal-hazırda bunu münasib hesab etmirəm.

Mən ədalətsiz rəhbərə qarşı çıxmaq məsələsi barədə mövqeyinizlə bağlı dediyiniz sözləri oxudum. Lakin, siz bu məsələdə mövqeyinizi açıq-aydın bildirməmisiniz və mən bunu sizdən elə-belə soruşmuram. Axı siz Misir hadisələri zamanı deyirdiniz ki, ədalətsiz rəhbərə qarşı çıxmaq olar. Bunu dərslərinizdə sizdən şəxsən eşitmiş tələbələr çatdırıblar. Əgər unutmusunuzsa, tələbələrinzdən soruşun və onlar sizə xatırladar inşəAllah. Daha sonra, siz Tunis hadisələri ilə bağlı məqalə tərcümə etmisiniz və ya yazmısınız və haşiyədə müsəlman rəhbər barəsində aşağıdakıları qeyd etmisiniz:

“Və əgər o ölkəni Şəriətə müvafiq olaraq idarə etməkdən imtina edibsə, rəhbərin birbaşa öhdəliklərini yerinə yetirmirsə, Allahın Kitabında qoyulmuş hüdudlara riayət etmirsə, dünyəvi işləri dinin hökmlərinə uyğun olaraq idarə etmirsə, o zaman onu hakimiyyətdən uzaqlaşdırırlar və onun uzaqlaşdırılması vacib olur (lakin, adı çəkilən şərtlərlə tənzimlənir). Özü də vacib deyil, onun haqqında kafir olduğu barədə hökm çıxarılıb ya yox. Axı əgər rəhbər görmə qabiliyyətini itirib və ya dəli olubsa və onun psixi sağlamlığının bərpa olunacağı proqnozlaşdırılmırsa, hətta əgər o ədalətli və xeyirxah müsəlmandırsa belə, onu hakimiyyətdən uzaqlaşdırırlar. Beləliklə, əsas meyar rəhbərin bilavasitə öhdəliklərini şəriətə müvafiq yerinə yetirməsi və dünya işlərini də şəriətə müvafiq idarə etməsidir”.

Bu məqalə hansısa səbəbdən daha sizin saytınızda yoxdur, amma sizin saytınızın adından qeyri-işlək istinadla internetdə bu günə qədər yayılmaqda davam edir. Əgər siz öz fikrinizi dəyişib tövbə etmisinizsə, Allaha həmd olsun, biz buna ancaq sevinərik. Lakin sizdən tələb olunan, fikirləriniz və məqaləniz səbəbilə söz-söhbətlər yayıldıqdan və sizə qarşı şikayətlər edildikən sonra sakitcə məqaləni saytdan silərək ümumi sözlərlə rəhbərə qarşı çıxmağı icazəli görmədiyinizi demək yox, bu barədə açıq-aydın şəkildə bəyan etməkdir.

İxvanlar və hizbçilər də kifayət qədər gücə sahib olmadıqda və fitnəyə səbəb olacağı halda rəhbərə qarşı çıxmağı icazəli görmürlər. Yaxud da onlar deyir ki, ümumiyyətlə rəhbərə qarşı çıxmaq olmaz, lakin bununla onlar müsəlman rəhbərləri yox, öz əmirlərini və partiya rəhbərlərini nəzərdə tuturlar. Çünki onlar müsəlman rəhbərləri qanuni (şəri) rəhbər hesab etmir. Odur ki, sizdən xahiş edirəm aşağıdakı suallara dəqiq şəkildə cavab verəsiniz:

1) siz bugünkü müsəlman rəhbərləri (MDB və digər müsəlman ölkələrin rəhbərlərini) müsəlman hesab edirsinizmi?

2) siz onları şəri (qanuni) rəhbər hesab edirsinizmi?

3) Siz hər hansı hallarda (onların küfrə düşdüyü hallar istisna olmaqla) onlara qarşı çıxmağı icazəli görürsünüz?

Mənhəcimizdə rəhbərlərə münasibət məsələsi bizi hizbçilərdən və digər bidətçilərdən fərqləndirən əsas məsələdir. Xüsusilə indiki zamanda. Əgər biz diqqətlə baxsaq, görərik ki, bu məsələdə bütün hizbçilərin mövqeyi demək olar ki, eynidir: onlar ya rəhbəri təkfir edir, ya da onu şəri rəhbər adlandırmırlar. Hər iki halda, əgər imkan varsa, onu devirməyi icazəli görürlər. Odur ki, mən sizdən bu məsələdə son dərəcə dəqiq olmağı tələb edirəm. Yəqin siz özünüz də görürsünüz ki, bəzi saytlar, onlarla bu məsələdə razı olmayacağınız və onları da qınayacağınız qorxusu ilə sizə bu sualı verməyimdən narazıçılıq bildiriblər. Bir sözlə, sizin açıq-aydın şəkildə mövqeyinizi bəyan etməyinizin ilk növbədə sizin özünüzə faydası var. Bu məsələdə mövqeyinizi bəyan etməyinizi istəməyimi sizi nədəsə təqsirləndirdiyim kimi qəbul etməyin.

Həmçinin təriflədiyiniz və müdafiə etdiyiniz Quranın mənaca tərcüməçisi ilə bağlı mövqeyiniz də maraqlıdır. Məgər siz söhbətin kimdən getdiyini anlamırsız? Yoxsa bəlkə elə bilirsiniz ki, mən Kraçkovskiydən danışıram? Və ya bəlkə sizə elə gəlir ki, mən Poroxova haqqında danışıram? Və yaxud da bəlkə ümumiyyətlə siz mənim Quranı ingilis dilinə tərcümə etmiş Yusuf Əli haqqında danışdığımı düşünürsünüz? Niyə siz özünüzü sanki söhbətin kimdən getdiyini anlamırmışsınız kimi göstərməklə öz mövqeyinizi bəyan etməkdən çəkinirsiniz? Öz mövqeyinizi göstərəcyiniz məqamda özünüzü müdafiə etməyə tələsdiniz. Bu halda nə baş verdi? Mən hələ də saytınızda olan məqalənizdə müdafiə etdiyiniz tərcüməçi haqqında danışıram. Mən hətta sizə öz məqalənizdən sitat da gətirdim və sizin sözləriniz və tərcüməçi ilə bağlı məsələlərə bütövlükdə aydınlıq gətirməyi xahiş etdim.

Lakin, siz öz məqalənizdə açıq şəkildə yazırsınız ki, onunla və digər hizbçilərlə bağlı öz mövqeyinizi bəyan etmək fikrində deyilsiniz:

“Mən konkret qardaşları açıq şəkildə pisləməkdən uzağam, xüsusilə əgər şəxsi şəkildə onların nöqsanlarını bildirmək imkanım varsa. Bu məsələdə mən Qamət Süleymanova bənzəmək istəmirəm. Mən öz məqsədlərimə başqalarının ləyaqətini alçaltmaqla çatmıram. Əgər sözü gedən insan mənim ətrafımdan deyilsə və mən onun haqqında bütün xırdalıqları bilmirəmsə və vəziyyətdən xəbərim yoxdursa, həqiqi və ya yalan şəkildə bu insanların şəxsiyyətlərinə toxuna bilmərəm. Mən sadəcə Qurana, Sünnəyə və alimlərin yekdil rəyinə zidd olan hər hansı rəyi, əməli və ya əqidəni qınaya bilərəm. Özü də mən nəyisə qınayanda, müdrik və yumşaq şəkildə, gücü və zəifliyi, dəyəcək xeyri və zərəri nəzərə alaraq, xeyir əvəzinə ziyan vurmamaq üçün bunu Sünnəyə müvafiq olaraq edirəm. Və mən bilavasitə insanın şəxsiyyətinə toxunmuram”.

Siz deyirsiniz ki, yalnız nöqsanları bildirirsiniz, şəxsiyyətlərlə işiniz yoxdur, xüsusilə əgər onlara şəxsən nəsihət etmə imkanınız varsa. Guya siz bizdən fərqli olaraq bu məsələdə Sünnəyə riayət edirsiniz. Birincisi, sizin dediyiniz, hizbçilərin bidətçilərə münasibətdə uydurduğu qaydadır: “Biz səhvləri düzəldirik, şəxsiyyətləri isə təqsirləndirmirik” (نصحح و لا نجرح).
Şeyx Useymin, şeyx Fövzan, şeyx Rabi və digərləri də daxil olmaqla, bizim alimlərimiz hizbçilərin bidət tərəfdarlarını müdafiə etmək üçün uydurduqları bu qaydanı qəti şəkildə qınayırdılar.

İkincisi, o zaman niyə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) bizə xəvariclər barədə çoxlu sayda hədislər xəbər verib? O bunu elə-belə edib? Və ya niyə bizim alimlərimiz şəxsiyyətlərinə toxunmadan sadəcə nöqsanlarını göstərməklə adbaad müxtəlif hizbçilərdən və ixvanlardan çəkindirirlər? Və sizin şəxsən kiməsə nəsihət edib-etmədiyinizin söhbətə nə aidiyyatı var? Sizin sözlərinizdən belə çıxır ki, siz onlara şəxsən nəsihət etməmisiniz deyə, biz bu gün Məqdisi, Zəvahiri, Salman əl-Övdə, Ben Laden və digər məşhur təkfirçilər və hizbçilərdən çəkindirməli deyilik? Yoxsa belə çıxır ki, siz ölkələrimizdə heç bir təkfirçidən və hizbçidən çəkindirməyəcək, sadəcə bəzən onların nöqsanları haqqında danışacaq və onları dinləməyə və onlardan elm almağa davam etməyə icazə verəcəksiniz? Bu sələfi mənhəci deyil qardaş, əksinə, hizbçi mənhəcidir.

Bizim alimlərimiz bu gün yüzlərlə hizbçi və ixvanı şəxsən tanımadan və onlara nəsihət etmədən onlardan adbaad çəkindirirlər. Belə çıxır ki, onlar bu məsələdə Sünnəyə zidd gedirlər? Bizim ölkələrimizdə alimlər yoxdur və əgər biz bidətçilərdən çəkindirməsək, bunu bizim əvəzimizə kim edəcək? Bəs onda biz gəncləri hizbçilərdən və digər bidətçi təbliğatçılardan necə qoruyacağıq?

Bu o demək deyil ki, biz bidətçilərə nəsihət etməməliyik və edə bilmərik. Əgər siz bidətçilərə nəsihət etmək istəyirsinizsə, bu sizin haqqınızdır və hətta əgər siz ən azğın təkfirçini də islah etməyə çalışırsınızsa, bu Allahın sevdiyi bir əməldir. Lakin, əgər siz kiminsə ixvançılıq, təkfirçilik və ya digər bidətləri təbliğ etdiyini bilirsinizsə, onu kiməsə tövsiyyə etməyə və onun sələfi və ya əhli-sünnə olduğunu deməyə haqqınız yoxdur. Məgər siz anlamırsınız ki, sizə etibar edən insanları aldadır və onların doğru yoldan azmasına səbəb olursunuz?!

Həm də qardaş, sizin probleminiz ondadır ki, siz nəinki hizbçilərdən çəkindirmirsiniz, hələ üstəlik onları tərifləyirsiniz də. Əgər siz onların əqidədə olan nöqsanlarından çəkindirmək istəmirsinizsə, heç olmasa onları tərifləməyin. Hansısa hizbçinin sadəcə tərcüməçi yox, guya dahi alim olduğunu sübut etmək üçün uzun-uzadı məqalə yazmağa nə ehtiyac var? Hələ üstəlik məqalənin sonunda etiraf edirsiniz ki, insanların daha çox onun ardınca getmələrini istəyirsiniz. Özü özünü sələfi hesab etməyən, əksinə sələf şeyxlərinə dil uzadan bir nəfər haqqında bu sözləri necə demək olar?

Sizin bu məqalədə yazdıqlarınız, hətta bidətçilərin “mənhəc əl-müvazənət” (nöqsanlarla bərabər yaxşı cəhətlərin bildirilməsi) prinsipindən də pisdir. Hizbçilər bu prinsipdən istifadə edir və deyirlər ki, əgər sən bidətçilərin nöqsanları barədə danışırsansa, həm də həmişə onların yaxşı cəhətləri barədə danışmalısan. Beləliklə, hizbçilər bu prinsipi uydurublar ki, biz insanları bidətçilərdən çəkindirə bilməyək. Lakin, bu düzgün deyil. Firon da Misirin əhalisi üçün bir çox yaxşı işlər görmüşdü, lakin Uca Allah onun küfrü və azğınlığı barədə bəhs edəndə, bizə onun yaxşı işləri barədə xəbər vermir. İnsanın nöqsanlarından çəkindirməyin zəruri olduğu hallarda (məsələn, əgər səndən bu insanın halı barədə soruşurlarsa və ya əgər sənin tərifin insanları doğru yoldan azdıra bilər və insanlar bu bidətçinin ardınca getməyə başlayarlarsa), onun yaxşı cəhətləri haqqında danışmaq olmaz.

Şeyz Fövzandan (Allah onu qorusun) soruşurlar:
Biz çəkindirdiyimiz insanın yaxşı cəhətləri barədə danışmalıyıqmı?

Şeyx cavab verir:
“Əgər sən onların yaxşı cəhətlərindən danışsan, bu o demək olacaq ki, sən onun ardınca getməyə çağırırsan. Xeyr, onların yaxşı cəhətləri barədə danışma! Yalnız onların nöqsanları barədə danış, çünki sən onun yaxşı cəhətləri barədə danışmağa məcbur deyilsən. Onların nöqsanları barədə danışmalısan ki, onlar tövbə etsinlər və digərləri onların ardınca getməsinlər” (“əl-Əcvibə əl-Mufidə alə Əsilə əl-Mənəəhic əl-Cədidə”, səh. 13)

Lakin, siz bu hizbçinin nöqsanlarını bilə-bilə, öz böyük məqalənizdə onu tərifləyir, onu sələfi və ya əhli-sünnə adlandırır və “qərəzsiz” insanları onun ardınca getməyə çağırırsınız. Yəni siz, öz məqalənizdə bu tərcüməçinin əqidəsində olan böyük nöqsanları bildirməməklə, hizbçilərin “mənhəc əl-müvazənət” prinispindən də pis əməl etmisiniz.

İbn Teymiyyənin (Allah ona rəhmət etsin) bidətçilərə münasibətdə bu sözləri barəsində düşünün:

“Özünü onlara nisbət edən və ya onları müdafiə edən və ya tərifləyən və ya onların kitablarına ehtiram göstərən və ya onlara kömək edən və ya onları qınamağı sevməyən və ya onlar üçün yalnız cahil və ya münafiqin deyə biləcəyi “onun bununla nə demək istədiyi məlum deyil” və ya “kim deyib ki, bu kitabı o yazıb?” və bunun kimi digər müxtəlif bəhanələr tapan hər bir kəs cəzalandırılmalıdır. Bundan əlavə, onların halından xəbərdar olan, lakin onlara qarşı çıxmaqdan imtina edən hər bir kəs cəza almalıdır. Çünki onlara qarşı çıxmaq ən vacib vəzifələrdəndir. Axı onlar alimlər və rəhbərlərin sırasından insanların ağlını və dinini korlayıblar. Onlar dünyada fitnə-fəsad törədir və insanları Allahın dinindən sapdırırlar” (“Məcmu əl-Fətəva”, 2/122).

Əgər siz onu tərifləməsəydiniz, mən heç vaxt sizdən o tərcüməçi ilə bağlı mövqeyinizi bəyan etməyinizi istəməzdim. Mən heç indi də ondan çəkindirməyinizi tələb etmirəm, sadəcə onunla və digər hizbçilərlə bağlı öz mövqeyinizi bəyan etməyi tələb edirəm.

Yeri gəlmişkən, tərcüməçi ilə bağlı məsələdə, mən sadəcə “kənarda dayanıb” baş verənləri seyr etmirdim. Mən bilirdim ki, sizə onun nöqsanlarını bildiriblər və siz hətta özünüz bəyan etmisiniz ki, onun böyük nöqsanları var. Lakin, bütün bunlardan sonra, siz məqalə yazaraq onun müdafiəsinə qalxırsınız və bu günə qədər düzgün etdiyinizi hesab edirsiniz.

Siz deyirsiniz ki, məndən fərqli olaraq, qardaşlar barəsində yaxşı zənn edirsiniz və onları müdafiə edirsiniz. Siz məni və digər dəvətçiləri hizbçilərin və ixvanların ittihamlarından müdafiə etdiyiniz məqaləyə istinad vermisiniz. Əziyyətiniz üçün Allah sizi xeyirlə mükafatlandırsın, qardaş. Lakin, bu məqalədə siz eyni zamanda bizi ittiham edən hizbçiləri müdafiə edərək deyirsiniz ki, onlar hizbçi deyillər, əhli-sünnədirlər. Bu məqalədə siz həm sələfləri, həm də hizbçiləri əhli-sünnə adlandırırsınız və bizləri “elmi mübahisələrə” son qoymağa və rafizilər və sekulyarçılara qarşı birləşməyə çağırırsınız. Yenə təkrar edirəm, əgər hizbçiləri qınamaq və onlardan çəkindirmək istəmirsinizsə, heç olmasa onları sələfi və ya əhli-sünnə adlandırmayın. Sələfi gəncləri doğru yoldan azdırmayın.

Siz deyirsiniz ki, yazdıqlarımdan yalnız sizin “qütbçülük” terminini qınadığınız məqaləni tənqid etməkdə haqlıyam. Lakin, burda da mən gecikmişəm, çünki Kanat qardaş məni bu məsələdə qabaqlayıb və sizə nəsihət edib. Lakin, siz Kanat qardaşdan nəsihəti qəbul etmisinizmi? Siz əksinə, onunla mübahisə edərək bu məsələdə haqlı olduğunuzu, Kanat qardaşın isə haqsız olduğunu sübut etməyə çalışımısınız. Lakin, hətta əgər siz daha sonra öz səhvinizi anlamısınızsa, niyə bu barədə heç yerdə bildirməmisiniz və açıq şəkildə bəyan etməmisiniz ki, siz bu məsələdə yanılmısınız? Bu fakt bir daha göstərir ki, siz mən sadəcə kənarda dayanmamışdım, çünki sizə nəsihət edib və nöqsanlarınızı göstəriblər. Həmçinin bu fakt onu göstərir ki, əgər siz açıq şəkildə yanılmısınızsa, sakit şəkildə məqaləni saytdan silməklə və ya təklikdə bir-iki qardaşa bu barədə bildirməklə yox, açıq şəkildə də tövbə etməli və öz səhviniz barədə bəyan etməlisiniz.

Şeyx Rabiyə gəldikdə isə, mənim sözlərim əsassız deyil. Əgər mənə, sizin öz məclislərinizdə onun haqqında pis fikirlər söylədiyiniz dəqiq şəkildə məlum olmasaydı, mən bu məsələni qaldırmazdım. Bu, sizin dərslərinizdə iştirak edən hər bir kəsə məlumdur. Əgər siz, həmin qardaşa təklikdə şeyxin öz cərhlərinə görə pul aldığını demədiyinizi iddia edirsinizsə, ola bilər ki, o sizi düzgün anlamayıb və ya siz bunu fikirləşmədən, bilmədən demisiniz. Lakin, siz bilirsiniz ki, qardaş bunu sizdən eşitdiyini iddia edir və hətta bu yaxınlarda o Allaha and içərək sizin bunu dediyinizi bəyan edib və öz səsini yazaraq sizə və başqalarına göndərib. Bu qardaş qayıtdıqda mütləq sizinlə görüşəcək və üz-üzə şahidlik edəcək. Mən ondan xahiş etmişəm ki, sizinlə şahidlərin yanında söhbət etsin və söhbəti diktofona yazsın ki, yalançı ittihamlara yer qalmasın.

Həmçinin siz, guya şeyx Rabinin bütün cərhlərindən imtina etdiyi barədə sözlərini özünüzə sərf edən şəkildə şərh etməyinizlə bağlı heç bir cavab vermədiniz. Həmçinin o yollamada siz dolayısı ilə iddia edirsiniz ki, guya şeyx ümmətin bölünməsinə səbəb olub.

Siz qiybət etməyin və dəqiqləşdirmədən danışmağın qadağan olunması barədə bir çox hədislər və əsərlər gətirirsiniz. Siz şeyx Rabi haqqında danışanda niyə bu əsərləri xatırlamırsınız? Məgər siz bilmirsiniz ki, alimlər haqqında qiybət etmək zəhərli ət yemək kimidir?

Həmçinin siz məni, guya digər yolunu azmış firqələrdən çəkindirmədiyim, sadəcə sələfilər barədə danışdığım üçün qınayırsınız. Birincisi, bu doğru deyil. Bütün məni tanıyanlara məlumdur ki, mən daim bütün azmış firqələrdən çəkindirir və onların nöqsanlarını bildirirəm. Sizi düzgün məlumatlandırmayıblar.

İkincisi isə, biz başa düşməliyik ki, rafizilərin və digər bidətiçilərin dəvəti açıq-aşkardır, onlar heç özlərini sələfilərə nisbət etmirlər. Lakin, sələfilər üçün daha böyük təhlükə özlərini sələfi adlandıran hizbçilərdir. Söhbət bu gün sələfi adı altında gizlənərək təkfir yayan və rəhbərlərə qarşı çıxmağı icazəli görənlərdən gedir. Biz ilk öncə bu cür insanları üzə çıxarıb ifşa etməliyik ki, sadə sələfilər onların ucbatından yalnış yola düşməsinlər.

Sonra, sizin sözlərinizdən belə çıxır ki, digər açıq-aşkar yolunu azmış firqələr ola-ola, bizim şeyxlərimiz hizbçilərdən çəkindirməklə doğru etmirlər? Bu cür mülahizələr irəli sürməklə, sizdən cavabı tələb oluna bilən yeni suallara yol açırsınız.

Daha sonra siz yazırsınız:
“Sizin bir çox təbliğatçılar barədə narazıçılıq bildirdiyiniz mənim üçün yenilik deyil. Bəzən sizin onlara qarşı iddialarınız, hətta aralarında yaşadığınız və təbliğat apardığınız rafizilərin nümayəndələrindən daha çox olur”.

Nəyə görəsə siz bu ittihamınızı açıqlamamısınız. Mən hansı təbliğatçıya qarşı haqsız şəkildə narazıçılığımı bildirmişəm? Zəhmət olmasa adlar çəkin və əlinizdə əsas olmadan səsli bəyanatlar verməyin. Mən həmişə yalnız öz əqidəsində nöqsanları olan təbliğatçılardan çəkindirmişəm. Əgər siz məni buna görə qınayırsınızsa, belə çıxır ki, siz o təbliğatçıların nöqsanları ilə razısınız.

Bütövlükdə mən görürəm ki, siz mənim suallarıma cavab verməkdən daha çox, ictimaiyyətdə təəssürat doğurmaq üçün yazırsınız. Siz göstərmək istəyirsiniz ki, “bu Qamət də ki, həmişə bütün təbliğatçıları ittiham edir və fitnə salır. Ona fikir vermək lazım deyil”.
Odur ki, mən isrararla sizdən xahiş edirəm ki, haqsız şəkildə tənqid etdiyim təbliğatçıların adını çəkəsiniz.

Bir daha təkrar edirəm, mən sizdən bu məsələlər barədə mövqeyinizi açıq şəkildə bildirməyi xahiş etmişəm, çünki sizin nöqsanlarınız da artıq açıq şəkildədir. Bildirdiyim nöqsanlardan əksəriyyəti sizin saytınızda və ya yollamalarınızda var. Bundan əlavə, məndən əvvəl sizə nöqsanlarınız barədə bildiriblər, lakin siz açıq şəkildə o nöqsanlardan imtina etməmisiniz. Əgər siz indi açıq şəkildə öz səhvlərinizi bəyan etsəniz, bütün söhbətlər bağlanacaq, odur ki, bunun ilk növbədə sizin özünüzə faydası var.

Mənim açıq şəkildə yol verdiyim nöqsanlara gəldikdə isə, əgər o nöqsanları bilirsinizsə, mənə bildirin. Mən ya açıq şəkildə onlardan üz döndərəcəm, ya da öz mövqeyimi izah edəcəm. Mən hətta mənə açıq şəkildə səhvlərimi göstərmiş insana açıq şəkildə təşəkkürümü bildirəcəm. Bunda pis bir şey yoxdur və əksinə mən buna yaxşı baxıram.

Beləliklə, mən yuxarıda dediklərimə yekun vururam və 5 məsələ ilə bağlı öz mövqeyinizi açıq-aydın şəkildə bəyan etməyinizi xahiş edirəm:

1. Müsəlman rəhbər ilə bağlı suallarıma cavab verin.

2. Hizbçilərə münasibətinizi dəyişin: onları tərifləməyə və müdafiə etməyə son qoyun, həmçinin onların sələfi və ya əhli-sünnə olduğunu deməyin.

3. Şeyx Rabiyə (Allah onu qorusun) qarşı münasibətinizi dəyişin və ona qarşı etdiyiniz hörmətsizliyə görə tövbə edin.

4. Sizə hökumətin icazəsi olmadan dəvət aparmağa icazə verən BƏƏ qanununu mənə göstərin.

5. Hansı təbliğatçılara qarşı haqsız narazıçılıq bildirdiyimi deyin.

Mən suallarıma birbaşa və qısa şəkildə cavab verməyinizi və insanlarda təəssürat doğurmaq üçün uzun-uzadı yazmamağı sizdən xahiş edirəm. İlk 3 suall mən hələ ilk məktubumda qeyd etmişdim. İki son yeni sualı isə siz əsassız ittihamlar etməklə özünüz siyahıya əlavə etdiniz. Mən suallarıma qısa və aydın şəkildə cavab verməyi və mövzudan yayınmamağı xahiş edirəm. Siz mövzudan yayınanda, yeni suallar meydana çıxır.

Allah sizi xeyirlə bərəkətləndirsin.

Qamət Süleymanov
27.09.2014
Blogger tarafından desteklenmektedir.